Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər
  • Cəmiyyət

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələrin vacibliyini qeyd ediblər

Xarici işlər naziri Ceyhun Bayramov Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Abhay Kumarı qəbul edib. Bu barədə Xarici
Cavidan 1 Aprel, 2026
bb

Xarici işlər naziri Ceyhun Bayramov Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Abhay Kumarı qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Hindistan arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlərin müzakirəsi baxımdan faydalı olacağını qeyd ediblər.

Görüşdə ölkələr arasında tarixi münasibətlərin əlaqələrin təməlini formalaşdırdığı bildirilib, birbaşa təyyarə reyslərinin mövcudluğu, turizm və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məmnunluq ifadə olunub.

Enerji sahəsində əməkdaşlığa toxunularaq, Hindistanın “ONGC Videsh” şirkətinin Azərbaycanın “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində paya sahib olması ikitərəfli iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri olduğu bildirilib.

Görüş zamanı həmçinin Yaxın Şərqdə mövcud gərginlikdən narahatlıq ifadə olunub. Hindistan səfiri ölkəsi adından İran ərazisindən Hindistan vətəndaşlarının təxliyəsi zamanı göstərilən dəstəyə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü ifadə edib.

Nazir Ceyhun Bayramov səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Abhay Kumar səmimi qəbula görə təşəkkürünü bildirərək, fəaliyyəti dövründə Azərbaycan-Hindistan münasibətlərinin bütün istiqamətlər üzrə genişləndirilməsinə töhfə vermək niyyətində olduğunu xüsusi vurğulayıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: BƏƏ-də İranın zərbələri nəticəsində yaralananların sayı 190-a çatıb
Sonrakı: “Qazprom”: “Türk axını” qaz kəmərinin obyektinə hücum cəhdi olub

Bölmənin digər xəbərləri

tkJDoqxsBqEbnUlr84yLvo v
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Cavidan 16 Oktyabr, 2026
v-a593-3838e9591392_1200
  • Cəmiyyət

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Cavidan 16 Oktyabr, 2026
vuqar v
  • Cəmiyyət

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

Cavidan 16 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 296)
  • Dünya (1. 083)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (15)

Xəbər Trendi

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin 1
  • Texnologiya

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqləyin

16 Oktyabr, 2026
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə! 2
  • Texnologiya

Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə!

16 Oktyabr, 2026
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq tkJDoqxsBqEbnUlr84yLvo v 3
  • Cəmiyyət

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

16 Oktyabr, 2026
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib v-a593-3838e9591392_1200 4
  • Cəmiyyət

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

16 Oktyabr, 2026
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi vuqar v 5
  • Cəmiyyət

Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3296) Dünya (1083) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 2
  • 78
  • 72
  • 4. 888

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.