“Artıq Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrıla bilməyəcək səviyyəyə çatıb”.
Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
“Demək olar ki, bütün sahələrdə, xüsusilə də təhlükəsizlik sahəsində əməkdaşlığımızı nəzərdə tutan Şuşa Bəyannaməsi bu istiqamətdə atılmış tarixi addımdır”, – deyə Akar bildirib.