Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Azərbaycan millisi İrəvanı tərk edib – YENİLƏNİB
  • Dünya
  • Gündəm

Azərbaycan millisi İrəvanı tərk edib – YENİLƏNİB

“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq İrəvanı tərk ediblər”. Addim.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm,
Cavidan 15 Aprel, 2023
1681555898.32169536_1795842440458687_6298986997520269312_n

“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq İrəvanı tərk ediblər”.

Addim.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.

O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi də keçib.

Xatırladaq ki, Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər

***

10:26

Gənclər və İdman Nazirliyi ağır atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması üçün qərar qəbul edib.

Buna səbəb ötən gün baş tutan açılış mərasimində Azərbaycan bayrağının yandırılmasıdır.

“2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılmışdır.

Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir.

Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilmişdir. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.

Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq.

Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bayrağımızı yandıran şəxs işdən qovulacaq – Paşinyan qərar verdi
Next: Azərbaycanın idman mediası: “Ölkəmizdə heç vaxt İrəvandakı kimi iyrənc hadisə baş verməyib”

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 145037
  • Dünya

Bəhreyndə İranın dron və raket zərbələrinin dəf edildiyi bildirilib

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 114105
  • Cəmiyyət

Slovakiya Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 100714
  • Cəmiyyət

Ombudsman aparatının əməkdaşları ahıl şəxslərin sosial xidmət müəssisəsinə baş çəkib

Cavidan 15 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 752)
  • Dünya (3. 455)
  • Gündəm (11. 951)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub Screenshot 2026-07-15 172754 1
  • Cəmiyyət

“Islamabad Post”: IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

15 İyul, 2026
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək Screenshot 2026-07-15 170212 2
  • Cəmiyyət

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

15 İyul, 2026
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb Screenshot 2026-07-15 161255 3
  • Cəmiyyət

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

15 İyul, 2026
Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-15 155622 4
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 İyul, 2026
Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər Screenshot 2026-07-15 152001 5
  • Siyasət

Pelleqrini və Əsədov Slovakiya şirkətlərinin Azərbaycanda iştirakının genişləndirilməsini müzakirə ediblər

15 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9752) Dünya (3455) Gündəm (11951) Kateqoriyasızlar (524) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.