Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • İki il keçsə də, AZAL biletlərin pulunu qaytarmır
  • Dünya

İki il keçsə də, AZAL biletlərin pulunu qaytarmır

Bir qrup vətəndaş 2 ildən çoxdur ki, Nyu-York-Bakı istiqamətinə alınan yüzlərlə biletin ödənişlərinin “Azərbaycan Hava Yolları” QSC (AZAL)
Cavidan 29 Oktyabr, 2021
camadan (1)

Bir qrup vətəndaş 2 ildən çoxdur ki, Nyu-York-Bakı istiqamətinə alınan yüzlərlə biletin ödənişlərinin “Azərbaycan Hava Yolları” QSC (AZAL) tərəfindən geri qaytarılmadığını bildirir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən şəxslər bildirib ki, koronavirus pandemiyası səbəb kimi göstərilərək sərnişinlərə ödənişin qaytarılmaması üçün müxtəlif bahanələr gətirilir: “Deyirlər ki, bir başqa istiqamətə uçuş vauçeri verə, yaxud da şirkət bütün beynalxalq uçuşları bərpa etdikdən 60 gün sonra ödənişləri geri qaytara bilər. Biz isə bilirik ki, bu, çox absurd və gülünc yanaşmadır. Çünki dünyanın heç bir ölkəsində aviaşirkətlərdən alınan biletlərin bu şərtlərlə geri qaytarılması təklif olunmur. Aviaşirkət uçuşu ləğv edirsə, sərnişinə biletin ödənişini ən qısa zamanda, əksər hallarda 3-5 iş günü ərzində geri qaytarmalıdır”.

“Qafqazinfo” vətəndaşların müraciəti ilə bağlı AZAL şirkətinə sorğu ünvanlayıb. Şirkətdən saytımıza cavab olaraq bildirilib ki, hazırda davam edən COVID-19 pandemiyası ilə əlaqədar sərhədlərin bağlı olduğu dövrdə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın tələblərinə riayət etməklə yalnız bir sıra istiqamətlər üzrə xüsusi reyslər həyata keçirir: “Bu reyslərə Nazirlər Kabineti yanında Operativ Qərargah və digər ölkələrin aviasiya hökumətləri tərəfindən də xüsusi icazələr verilir və onlar müntəzəm uçuşlar hesab edilmir.

Daha öncə sərnişinlərə məlumat verildiyi kimi, epidemioloji vəziyyət əlverişli olduğu halda və dövlətlərarası hava nəqliyyatında məhdudiyyətlər aradan qaldırıldıqdan sonra müntəzəm uçuşlar başlanandan 60 gün sonra sərnişinlərin aviabiletlərin dəyərinin qaytarılmasına başlanacaq.

Qeyd etmək istərdik ki, hal-hazırda bütün sərnişinlər aviabiletlərini xüsusi reyslərin həyata keçirildiyi bütün istiqamətlərə çox rahatlıqla dəyişə bilirlər”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Novruz Aslanov Bərdəyə səfər etdi – FOTOLAR
Next: Meksikada tanınmış jurnalist qətlə yetirildi

Bölmənin digər xəbərləri

1782288808_thumbsv
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 115546
  • Dünya

Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 112717
  • Dünya

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 639)
  • Dünya (3. 416)
  • Gündəm (11. 898)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (516)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 10d0ee22-3ae6-3 v 1
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq sUg7nNMfefQu80tb 2
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

24 İyun, 2026
Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır 1782288808_thumbsv 3
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

24 İyun, 2026
Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir Screenshot 2026-06-24 115546 4
  • Dünya

Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir

24 İyun, 2026
Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır Screenshot 2026-06-24 112717 5
  • Dünya

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9639) Dünya (3416) Gündəm (11898) Kateqoriyasızlar (516) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.