Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Novruz Aslanov Bərdəyə səfər etdi – FOTOLAR
  • Cəmiyyət

Novruz Aslanov Bərdəyə səfər etdi – FOTOLAR

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatı nəticəsində Bərdə şəhərinin raket hücumuna məruz qalmasından bir il
Cavidan 29 Oktyabr, 2021
1635486960_4acf861b-dc9c-4e7a-9463-9e37107f2caa

İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatı nəticəsində Bərdə şəhərinin raket hücumuna məruz qalmasından bir il ötür.

Unikal.org xəbər verir ki, 2020-ci il oktyabrın 28-də erməni silahlı birləşmələri Bərdə şəhərində əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini, həmçinin fərdi və çoxmənzilli yaşayış binalarının yerləşdiyi ərazini beynəlxalq konvensiya ilə qadağan edilmiş “Kasetli bomba”lar ilə atəşə tutub. Bu hadisə nəticəsində 21 mülki şəxs həyatını itirib və 70-ə yaxın insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Məlumat üçün bildirək ki, 3-4 dekabr 2008-ci il tarixində Norveçin paytaxtı Oslo şəhərində Kasetli silahlara dair Konvensiyanın imzalanma mərasimi keçirilib. Bu Konvensiya kasetli silahların istifadəsini, istehsalını, ehtiyatının toplanmasını və ötürülməsini qadağan edir.

Bərdə terrorunun ağır nəticəsini Azərbaycan Qızıl Aypara Cəmiyyəti də yaşayıb. Belə ki, hadisə zamanı Cəmiyyətin könüllüsü Məhərrəm Mustafayev həlak olub və iki könüllüsü yaralanıb. Onlar öz humanitar missiyalarını həyata keçirdiyi zaman terrorun qurbanı olublar. 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov oktyabrın 28-də Bərdəyə səfər edərək şəhidlər xiyabanını, mərhum Məhərrəm Mustafayevin qəbrini ziyarət edib, ailəsinə baş çəkib və onlara başsağlığı verib. Ailə üzvləri ilə səmimi söhbətdə millət vəkili mərhumun könüllü kimi fəaliyyətindən danışıb, onun ehtiyaclı insanlara yardımların çatdırılmasındakı əməyini yüksək qiymətləndirib. 

Hadisədən dərhal sonra AzQAC bu hadisə barədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına,  Beynəlxalq Qızıl Xaç Komitəsinə və digər beynəlxalq təşkilatlara məlumat verib. Bu hadisə dünyada böyük rezonans yaradıb, beynəlxalq təşkilatların kəskin reaksiya vermələrinə təkan verib.

Sonra Novruz Aslanov AzQAC-ın rayon bölmə sədrlərinin və könüllülərin iştirakı ilə regional müşavirə keçirib. Müşavirə iştirakçıları bu il ərzində görülən işlər, xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə zərər çəkmiş mülki əhaliyə edilən yardımlar, pandemiya dövründə həyata keçirilən humanitar layihələr  baradə ətraflı məlumatlar veriblər. Novruz Aslanov azad olunmuş rayonlarda bərpa işlərinin sürətlə getdiyini, bütün hökumət strukturlarının bu məqsədlə səfərbər olduğunu diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş zəfər bölgənin gələcək inkişafına və təhlükəsizliyinə verilən ən böyük töhfə olduğunu bidirib.  

Sonda qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR
Novruz Aslanov Bərdəyə səfər etdi- FOTOLAR

Bizi Telegramda izləyin!

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Sahibə Qafarova Türkiyəni təbrik etdi
Next: İki il keçsə də, AZAL biletlərin pulunu qaytarmır

Bölmənin digər xəbərləri

547d37ae-d642-3 v
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

Cavidan 25 İyun, 2026
1782307156_thumb v
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

Cavidan 25 İyun, 2026
6a3bde15110926a3bde15 v
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 643)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (602)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib 547d37ae-d642-3 v 1
  • Cəmiyyət

Azərbaycan Mozambiki Müstəqillik Günü münasibətilə təbrik edib

25 İyun, 2026
600 bal toplayanların ən çoxu I qrupdadır 1782307156_thumb v 2
  • Cəmiyyət

600 bal toplayanların ən çoxu I qrupdadır

25 İyun, 2026
Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb s1LvCOTdpb v 3
  • Kriminal

Mərdəkanda dənizdə batanlardan sonuncusunun meyiti tapılıb

25 İyun, 2026
Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib 6a3cb1706cada6a v 4
  • İqtisadiyyat

Dünya bazarlarında “WTI” neftinin qiyməti 70 dollardan aşağı enib

25 İyun, 2026
Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 5
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9643) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (602)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.