Skip to content
5 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Ermənistanın daha bir istəyi puç oldu
  • Dünya
  • Gündəm

Ermənistanın daha bir istəyi puç oldu

Ekspert: “Mülki missiyanın monitorinqi atəşkəsin Ermənistan tərəfindən pozulduğunu fiksə edib” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə
Cavidan 15 Dekabr, 2022
2ae09600ac1ff06aad26094e5cde709e (2)

Ekspert: “Mülki missiyanın monitorinqi atəşkəsin Ermənistan tərəfindən pozulduğunu fiksə edib”

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Brüsselin Azərbaycan-Ermənistan sərhədində monitorinq aparmaq üçün göndərdiyi mülki müşahidə missiyasının mandatını uzatmayacağını açıqlayıb. Müşahidə missiyası iki aya yaxındır Ermənistandadır və mandatının müddəti gələn həftə başa çatır. Beləliklə, Avropa İttifaqının Ermənistanda gələn həftə başa çatacaq müşahidə missiyasının mandatını uzatmayacağı açıqlandı. Ermənistan çox çalışırdı ki, mandatın müddəti uzadılsın. Bəs mülki missiyanın mandatının uzadılmamasında hansı faktorlar rol oynadı?

Yeganə Hacıyeva: Gürcüstan bu formatda qismən iştirak edəcək » BAYRAQDAR  MEDİA

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının mülki missiyası Azərbaycan-Ermənistan şərti sərhədində guya kimin atəşkəsi pozmasını fiksə etmək üçün nəzərdə tutulmuşdu. Monitorinq qrupu mülki təyinatlı olsa da, Avropa İttifaqı ölkələrindəki Ermənistan havadarları və İrəvan mülki missiya adı altında faktiki olaraq hərbçilər yerləşdirməyə çalışırdılar: “Ərazidə uzun müddət qalacaq hərbçilərdən ibarət beynəlxalq monitorinq qrupu olmasına çox çalışdılar. Bu işdə Fransa xüsusi canfəşanlıq etdi. Amma Azərbaycan tərəfinin kəskin etirazından sonra ümumilikdə 400 nəfərdən ibarət mülki missiya monitorinq qrupu əraziyə göndərildi. Mülki missiya iki ay ərzində sərhəddə gərginliyi monitorinq elədi. Azərbaycan mülki missiyanın monitorinq aparmasına ona görə razılıq vermişdi ki, əslində gərginliyin kim tərəfindən yaradıldığı Avropa İttifaqı səviyyəsində fiksə olunsun. Bu iki ay ərzində Ermənistan tərəfi dəfələrlə Azərbaycanı təxribata çəkməyə cəhdlər etdi. Lakin Azərbaycan təxribatlara uymadı. Nəticədə mülki missiya faktiki olaraq Ermənistan tərəfinin atəş açmasını qeydə aldı. Amma Ermənistan bunun əksini istəyirdi. Hətta ATƏT-dəki Ermənistan dostlarının iştirakı ilə bir qondarma missiya təşkil etdilər. Məqsəd o idi ki, Avropa İttifaqının mülki missiyası ermənilərin istədiyi kimi rəy hazırlamayacağı halda, həmin qondarma missiya alternativ “rəy” yaysın və həmin saxta rəyi sonra Avropa Parlamentinə çıxarsınlar. Ermənilər ilk vaxtlar Avropa İttifaqının mülki missiyasının vaxtının uzadılmasına çalışdı. Buna nail ola bilmədilər”.

Ekspertin sözlərinə görə, müddətin uzadılmamasının isə bir neçə səbəbi var: “Birinci səbəb odur ki, mülki missiyanın monitorinqi atəşkəsin Ermənistan tərəfindən pozulduğunu fiksə edib. Avropa İttifaqı institutlarındakı erməni lobbisi nümayəndələrinə qarşı cinayət işlərinin açılması da mülki missiyanın müddətinin uzadılmamasında səbəblərdən biri oldu. Avropa İttifaqında erməni maraqlarının  təbliğatçıları sırasında əsas simalardan biri Eva Kayl rüşvətxorluq ittihamı ilə tutuldu. Bu şəxs Avropa Parlamenti-Ermənistan dostluq qrupunun üzvü idi. Bu həbslər bu qrupu mülki missiyanın müddətinin uzadılması ilə bağlı çox da cəhdlər etməməyə, ehtiyatlı davranmağa sövq etdi. Apardıqları kampaniyaları davam etdirmədilər. Üçüncü səbəb isə ermənilərin yaydığı informasiyaların təsdiqini tapmaması, Azərbaycanın apardığı diplomatik iş, düzgün məlumatlandırma oldu”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Paytaxtın bu yollarında tıxac var – Siyahı
Next: Britaniya səfiri şəhid hərbçimizlə bağlı başsağlığı verdi

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-07-04 124159
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

Cavidan 4 İyul, 2026
6a3cb1706cada6a v
  • Dünya

Neftin qiyməti 72 dolları ötüb

Cavidan 4 İyul, 2026
Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 690)
  • Dünya (3. 434)
  • Gündəm (11. 924)
  • İdman (671)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (520)
  • Kriminal (1. 407)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 009)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub Ekran şəkli 2026-07-04 160124 1
  • Kriminal

Ağdamda ata və iki azyaşlı övladı su anbarında boğulub

4 İyul, 2026
Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL Ekran şəkli 2026-07-04 152001 2
  • Siyasət

Kibertəhlükəsizlik dövlət siyasətinin prioritetinə çevrilir – TƏHLİL

4 İyul, 2026
İmişlidə zəlzələ olub Ekran şəkli 2026-07-04 145221 3
  • Cəmiyyət

İmişlidə zəlzələ olub

4 İyul, 2026
Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir Ekran şəkli 2026-07-04 131113 4
  • Cəmiyyət

Kənd Təsərrüfatı Nazirliyi: Abşeronda çəyirtkələrlə bağlı vəziyyət iqlim dəyişiklikləri ilə əlaqəlidir

4 İyul, 2026
Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib Ekran şəkli 2026-07-04 124159 5
  • Dünya

Ukrayna Rusiya paytaxtına kütləvi dron hücumu edib

4 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9690) Dünya (3434) Gündəm (11924) Kateqoriyasızlar (520) Kriminal (1407) Mədəniyyət (355) Siyasət (3009) Texnologiya (15) İdman (671) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.