Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Azərbaycanda İran öz şəbəkəsini uzun illər ərzində formalaşdırıb – FAKT BUDUR!
  • Dünya

Azərbaycanda İran öz şəbəkəsini uzun illər ərzində formalaşdırıb – FAKT BUDUR!

İranın Azərbaycanda xüsusi agentura şəbəkəsinin varlığı və fəaliyyəti ilə bağlı çoxsaylı araşdırmalar var. Hətta bununla bağlı istintaq materialları
Cavidan 21 Oktyabr, 2021
1634788992_0001

İranın Azərbaycanda xüsusi agentura şəbəkəsinin varlığı və fəaliyyəti ilə bağlı çoxsaylı araşdırmalar var. Hətta bununla bağlı istintaq materialları da mövcuddur. “İslam Partiyası”nın işi ilə bağlı olan məhkəmə və istintaq prosesində qəti olaraq sübuta yetirilib ki, Azərbaycanda bir qrup şəxslər İranın müvafiq təhlükəsizlik orqanları tərəfindən ələ alınıb və onlar dövlətimiz əleyhinə fəaliyyət göstəriblər. Şübhə yox ki, söhbət Azərbaycan daxilində, ölkəmizin konstitusion quruluşuna qarşı fəaliyyət göstərən qüvvələrdən gedirsə, o qüvvələrin başında dayanan şəxslərdən biri Azərbaycanı bir müddət öncə tərk edən Ocaq Nejat idi. Bu şəxs İran ali rəhbərinin ölkəmizdəki “xüsusi nümayəndəsi” sayılırdı. Onun formalaşdırdığı və buradan İranın Qum şəhərinə göndərdiyi şəxslərin ölkəmiz əleyhinə necə təbliğat apardıqlarını hər kəs bilirdi.

Faktiki olaraq, onlar İranın mövcud rejiminin Azərbaycandakı “5-ci kolon” təmsilçiləri kimi iştirak ediblər. Ocaq Nejat uzun müddət İran dini liderinin xüsusi nümayəndəsi kimi Azərbaycanda fəaliyyət göstərib. Azərbaycanda sadəcə xüsusi agentura şəbəkəsinin yaradılması ilə məşğul olub. Hüseynçilər hərəkatı, İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı və s. zərərli təriqətlərin kurasiyasını həyata keçirib. Onun fəaliyyətinin şübhəli olması ilə bağlı mütəmadi olaraq məlumatlar yayılır, rəhbərlik etdiyi ofisin missionerlik fəaliyyəti ilə məşğul olduğu bildirilirdi.

Ona görə də mütəmadi olaraq, bu nümayəndəliyin bağlanması sosial sifariş kimi səslənirdi. İran dövləti artıq onun regionumuza diktə etdiyi virusların taleyi ilə barışmalıdır. OcaqNejat kimi ifşa olunub arxasına baxmadan Tehrana qaçanlar mütləq şəkildə bilməlidirlər ki, onların gizli qapılar arxasında qurduqları planlar artıq ifşa mərhələsindədir. Ocaqnejatkimilərin Azərbaycanda qurmağa çalışdığı agentura şəbəkəsi məhvə məhkum olub. Bundan sonra istər “Hüseynçilər”, istərsə də “Ocaqnejatçılar” peyda olsun, fərq etməz, bu cür qaragüruhların aqibəti bəllidir. Azərbaycan xalqının şüurunda və yaddaşında xain damğası ilə qalacaq bu şəxs və onun əlaltıları artıq ölkəmizə qarşı təxribatlarına davam edə bilməyəcəklər.

Məlumat üçün onu da əlavə edək ki, ayın 19-da İçərişəhər cümə məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb və dindirildikdən sonra sərbəst buraxılıb. İ.İbrahimovun evində də axtarış aparılıb. Məlumatı Hacı İlqar özü də təsdiqləyib və bildirib ki, xüsusi xidmət orqanında onunla çox peşəkar davranıblar və araşdırılan mövzu ilə bağlı sualları cavablandırıb: “Məni apardılar. Şahid qismində dindirilmək üçün dəvət olunmuşdum. Bir neçə saat ərzində suallara cavab vermişəm. Mənə ünvanlanan bütün suallardan sonra sərbəst buraxıldım. Xahiş edirəm, bir neçə gün sosial şəbəkələrdən müraciət etməyin. Çünki texniki imkanım xidmətinizdə durmağa imkan verməyəcək. İnşallah, bir neçə gündən sonra xidmətinizdə durmaq imkanımız olacaq. Hər birinizə təşəkkür edirəm”. İddialara görə, Hacı İlqar İbrahimovun İran xüsusi xidmət orqanları ilə əlaqəsinin olub-olmadığı araşdırılır. Onun DTX-də dindirilməsinin də bununla bağlı olduğu söylənilir. Xatırladaq ki, Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən saxlanılan din xadimi yalnız Hacı İlqar olmayıb. Deyilənə görə, Şeyx Sərdar Hacıhəsənli, Hacı Cəlal Şəfiyev, Hacı Qadir Məmmədov və Təmkin Cəfərov da həbs olunanlar arasında olub. Həbslər Azərbaycan-İran münasibətlərinin gərginləşdiyi dövrə təsadüf etdiyindən bu şəxslərin saxlanılmaqlarına həmin ölkə ilə əlaqələrinin əsas olduğu ehtimal olunur. Qeyd edək ki, saxlanılanlar “Azərbaycan Ruhanilər Məclisi” adlı qeyri-leqal təşkilatın üzvləridir. Onu da əlavə edək ki, casus şəbəkəsi son günlərdə daha aktiv şəkildə sosial şəbəkələrdə fəaliyyət göstərməkdədir. Ekspertlərə görə, onların fəaliyyəti müvafiq qurumlar tərəfindən diqqətlə izlənilməli və qarşısı alınmalıdır.

İranın agentura şəbəkəsinin çözülməsi prosesi ilə bağlı “Şərq”ə danışan ilahiyyatçı-alim Tural İrfan deyib ki, Azərbaycan-İran arasında yaranmış siyasi gərginlik bir çox simaların iç üzünü ortaya çıxardı. Ekspertin sözlərinə görə, əfsuslar olsun ki, din amilindən tarix boyu siyasi məqsədlər üçün istifadə edilib:

“Lakin İran qədər din amilini sui-istifadə edən ikinci dövlət dünya tarixində olmayıb. Azərbaycanda İran öz şəbəkəsini uzun illər ərzində formalaşdırıb. Din pərdəsi altında axund simasında fiqurlar yetişdirib. İranda “təhsil” adı altında siyasi təlimlər verib. Təəssüf ki, İran rejimi öz casuslarını ölkəmizdə də yerləşdirməyə nail olub. Əgər adi bir məscid axundu yaşadığı dövlətin xüsusi xidmət orqanına dəvət olunursa və bunun fonunda kənar dövlətin rıçaqları işə düşürsə, deməli, həmin şəxs başqa dövlətin əlində alətə çevrilib. İçəri Şəhər Cümə Məscidi Bakının göbəyində yerləşir. Çox güman, İran böyük “zəhmət” bahasına “öz adamını” ora yerləşdirə bilib. Belə fiqurlardan hər zaman istifadə ediblər”.
T.İrfan vurğulayıb ki, əsl din xadimi siyasətə qarışmamalı, qarışsa belə qeyd-şərtsiz öz dövlətini dəstəkləməlidir: “Axundun vəzifəsi dini ayinlərə rəhbərlik etmək, insanları mənəviyyata çağırmaqdır. Əgər bir şəxsi hüquq-mühafizə orqanları çağırırsa, deməli, ortada ciddi məsələlər var. Bu addım qətiyyən din xadiminə təzyiq kimi qiymətləndirilməməlidir. Din xadimi ilk növbədə vətəndaşdır. Azərbaycanda sabitqədəm heç bir din xadiminə təzyiq yoxdur. Əksinə, bizim ölkədə din adamlarına verilən sərbəstlik heç islam dövlətlərində yoxdur. Ancaq bu sərbəstlikdən bəziləri sui-istifadə edərək xarici maraqların təsirinə düşürlər. Ona görə də dövlətin təhlükəsizliyi naminə din xadimlərinin müəyyən mənada nəzarətə götürülməsi çox doğru addımdır. Əlbəttə, biz hüquqi, dünyəvi dövlətik, ölkədə din və etiqad azadlığı var. Fəqət bu azadlıqdan dövlətin və xalqın əleyhinə istifadə edənlər kimliyindən asılı olmayaraq, məsuliyyətə alına bilər”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 1 il ötür
Next: Zəhərlənmədən ölən uşaqlar göbələyi özləri yığıbmış…

Bölmənin digər xəbərləri

1782288808_thumbsv
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 115546
  • Dünya

Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 112717
  • Dünya

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 640)
  • Dünya (3. 416)
  • Gündəm (11. 898)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (517)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm” A6kgJ7FoPd8uuyvrVhOAMyGcEVI8wJAkKATPvwER_1200 1
  • Kateqoriyasızlar

Nazim Sadıxov: “Braziliyalı rəqibimin zəif və güclü tərəflərini təhlil etmişəm”

24 İyun, 2026
İlham Əliyev Numan Kurtulmuşu qəbul edib 1782298572_888V 2
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

24 İyun, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 10d0ee22-3ae6-3 v 3
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq sUg7nNMfefQu80tb 4
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

24 İyun, 2026
Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır 1782288808_thumbsv 5
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9640) Dünya (3416) Gündəm (11898) Kateqoriyasızlar (517) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.