Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Paşinyan niyə Putinin maşınına mindi…
  • Dünya
  • Gündəm

Paşinyan niyə Putinin maşınına mindi…

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan 6 ölkədən 5-nin prezidenti KTMT Şurasının növbəti sessiyasında
Cavidan 24 Noyabr, 2022
1669270657_166926105615f046dd610d92517c632b9641e18a7d9 (1)

[center][img]https://azadmedia.az/uploads/posts/2022-11/1669270959_1669270657_166926105615f046dd610d92517c632b9641e18a7d9-1.jpg[/img][/center]

Məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan 6 ölkədən 5-nin prezidenti KTMT Şurasının növbəti sessiyasında iştirak etmək üçün dünən Ermənistana gəlmişdi. Ev sahibi kimi Ermənistanın təşkil etdiyi sessiya bir sıra maraqlı məqamlarla yadda qalıb.

Diqqət çəkən məqamlardan biri dövlət başçılarının İrəvan hava limanında necə qarşılanmağı olub.

Belə ki, İrəvana gələn 5 dövlət başçısından 4-nü Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb. O, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistan prezidentləri Kasım-Jomart Tokayev, Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmonu aeroportdan KTMT iclasının keçirldiyi “Dvin” mehmanxanasına qədər müşayiət edib.

Yalnız Rusiya Federasiyasının prezidenti Vladimir Putini şəxsən erməni baş nazir Nikol Paşinyan qarşılayıb.

Digər maraqlı hadisə prezidentlərin hərəkət etdiyi maşınlarla bağlı olub. Belə ki, 5 ölkənin liderlərindən yalnız Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xidməti maşınlarını özləri ilə İrəvana gətiriblər ki, burada öz avtomobilləri ilə hərəkət etsinlər.

Qırğızıstan, Belarus və Tacikistan prezidentləri – Sadir Japarov, Aleksandr Lukaşenko və Emomali Rahmon isə erməni tərəfinin verdiyi zirehli maşınlarla qarşılanıb.

İrəvan hava limanında müşahidə olunan digər maraqlı fakt Paşinyanın Putinin maşınına minməsi olub. Rusiya prezidentini şəxsən qarşılayan erməni baş nazir “Dvin” mehmanxanasına yola düşərkən Putinin avtomobilinə əyləşib.

Maraqlı hadisələrdən biri də Putinin İrəvana Rusiya istehsalı olan “Aurus” zirehli maşınlarından ibarət kortejini gətirməsi olub. Putin özü ilə ayrıca təyyarədə 6 hamısı zirehli olan “Aurus” maşını gətirib, 3- sedan, 3-ü mikroavtobus. Putinin özü Paşinyanla birgə sedanlardan birində əyləşib.
Putini müşayiət edən karvanda Ermənistanın verdiyi avtomobillər olub.

Diqqət çəkən məqamlardan biri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin avtomobilinin nisbətən sadı olması idi: W222 kuzovlu zirehli Mercedes Maybach.

Digər ölkələrin liderlərini – Belarus Prezidenti Aleksandr Lukaşenkonu, Qırğızıstan Prezidenti Sadir Japarovu və Tacikistan Prezidenti Emomali Rahmonu Ermənistanın təqdim etdiyi köhnə W221 kuzovlu S-Class Mercedes avtomobilləri aparıb. Onlar zirehli olsalar da fiziki cəhətdən köhnəlmiş maşınlar idi.

Dövlət başçılarının zirehli maşınlarla qarşılanması protokol tələbidir. Yəni böyük tədbirlərə ev sahibi edən ölkə yüksək rütbəli qonaqları qarşılamaq, lazım gəldikdə onların təhlükəsizliyini təmin etmək üçün zirehli maşınlara malik olmağa borcludur.

Erməni mətbuatı yazır ki, Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin avtomobil parkı kifayət qədər bərbad və acınacaqlı vəziyyətdədir. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra büdcə hesabına W222 kuzovlu iki zirehli Mercedes alınıb ki, onlardan biri və ya bəlkə hər ikisi növbə ilə baş nazirə xidmət edir.

Təhlükəsizlik Xidmətinin avtomobil parkındakı digər maşınlar daha yaşlı, təxminən on və ya daha çox yaşı olan W221 gövdəli S-klass Mercedeslərdir. Həmin maşınlardan biri üçüncü prezident Serj Sarkisyana həvalə olunub. Ermənistan mətbuatının məlumatına görə, həmin maşın tez-tez texniki problemlər yaradır, mühərriki daha çox “yağ yandırır”.

Təhlükəsizlik Xidmətinin avtomobil parkında bir vaxtlar sabiq president Armen Sarkisyana xidmət etmiş bir zirehli BMW-760 da var. Amma onun da yaxşı texniki vəziyyətdə olmadığı qeyd edilir. 2018-ci ildə Almaniya kansleri Angela Merkel həmin BMW ilə qarşılanıbmış. Həmin gün Armen Sarkisyan qarşılanma mərasiminə şəxsi Cadillac avtomobili ilə getməli olub, çünki ona təyin edilmiş zirehli BMW Angela Merkelə verilmişdi.

Modern.az

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Brent” nefti yenidən UCUZLAŞDI
Next: “İran xüsusi xidmət orqanları aktiv kəşfiyyat-pozuculuq fəaliyyəti həyata keçirir” – DTX

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 173056
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.