Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Dünya
  • Özbəkistanda nə baş verir? – Kürşad Zorlu
  • Dünya
  • Gündəm

Özbəkistanda nə baş verir? – Kürşad Zorlu

Özbəkistan son dövrlərdə geosiyasi mövqeyi, əhalisi və etdiyi siyasi seçimlərə görə dünya təhlükəsizlik arxitekturasının yenidən müzakirəyə çıxarıldığı indiki
Cavidan 4 İyul, 2022
nukus

Özbəkistan son dövrlərdə geosiyasi mövqeyi, əhalisi və etdiyi siyasi seçimlərə görə dünya təhlükəsizlik arxitekturasının yenidən müzakirəyə çıxarıldığı indiki dövrdə diqqəti daha çox cəlb edir. Daşkənd 2017-ci ildən sonra atdığı inteqrasiya addımları, Ukrayna müharibəsində qəti mövqeyi və Əfqanıstan probleminin həllində açar olması ilə, eyni zamanda TDT-nin üzvlərindən biri kimi xüsusi önəmə sahibdir.

Bu sözləri Axar.az-a Özbəkistanın tərkibindəki Qaraqalpaq Muxtar Respublikasında baş verən son hadisələr haqqında danışan Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib. Problemin tarixindən bəhs edən professor məsələnin kökündə rus imperializminin “parçala və hökm sür” siyasətinin olduğunu qeyd edib:

“Qaraqalpaqlar Orta Asiyada yaşayan, türk dilində danışan və müstəqil dövlət statusu olmayan xalqdır. Qaraqalpaq Muxtar Respublikası Özbəkistanın tərkibindədir, cənubda Türkmənistan, qərb və şimalda Qazaxıstanla əhatə olunub. Qızıl Orda dövlətinin süqutundan sonra Sırdərya çayının hövzəsində yerləşən qaraqalpaqlar bir müddət kalmıklarla mübarizənin ardından Xivə xanlığının tərkibinə daxil olublar. Dilləri qıpçaq-bulqar qrupuna daxildir. Uzun müddət Çar Rusiyasına qarşı ciddi müqavimət göstərən qaraqalpaqlar 1873-cü ildə zorla imperiyanın tərkibinə daxil edilib. Sözügedən ərazi 1930-cu ildə Qazaxıstanın tərkibində muxtar bölgə olub, 1932-ci ildə birbaşa Moskvaya tabe edilib, 1936-cı ildə isə Özbəkistana verilib. Hazırda yaşanan problemlərin kökündə də bu birləşmə və ayrılmalar, süni yaradılan sərhəd problemləri və rus imperializminin idarəetmə anlayışı dayanır. SSRİ-nin dağılmasından sonra QMR-in müstəqil olma fikri ortaya çıxsa da, müəyyən bir mərhələnin ardından, 1993-cü ildə Özbəkistanla 20 illik birləşmə müqaviləsi imzalanıb. Müqaviləyə görə tərəflər 2013-cü ildə yenidən ya müddəti uzatmalı, yaxud referendum yolu ilə xalq Özbəkistandan ayrılaraq öz müqəddəratını təyin etməli idi”.

Kürşad Zorlu Qaraqalpaq Muxtar Respublikasında baş verən iğtişaşların öz məcrasından çıxma ehtimalının mümkünlüyünü bildirib və Türkiyənin liderliyində TDT-nin bütün ehtimallara qarşı hazırlıqı olmasının vacibliyini vurğulayıb:

“Hadisələr yeni Konstitusiya layihəsinin cəmiyyətin müzakirəsinə təqdim edilməsindən sonra başladı. Nümayişçilərin bir qisminin təşkilatlanmış formada hərəkət etməsi isə xaricdən müdaxilə ehtimalları ilə bağlı narahatlığı artırıb. Etirazlara Konstitusiyanın 70 və 74-cü maddələrində edilən dəyişikliklərin səbəb olduğu vurğulanır. Belə ki, 70-ci maddədə QMR-in suveren olduğu göstərilir. Onun suverenliyinin qarantı Özbəkistandır. Lakin müzakirəyə çıxarılan hazırki dəyişikliklərdə bu yoxdur. QMR Özbəkistanla ziddiyyət təşkil etməməsi şərti ilə öz konstitusiyasına sahib ola bilər və muxtar respublikanın sərhədləri xalqın razılığı olmadan dəyişdirilə bilməz. 74-cü maddədə Qaraqalpaq Muxtar Respublikasının ümumxalq səsverməsi ilə Özbəkistandan ayrılma haqqına sahib olduğu təsbit edilib. Lakin indiki Konstitusiya layihəsindən bu maddə çıxarılıb. Hadisələr başlayandan sonra Prezident Şövkət Mirziyayev Nukusa iki dəfə səfər edib, ölkədə fövqəladə vəziyyət elan olunub. Baş verən toqquşmalarda ölən və yaralananlar var. Hadisələr böyüyə və öz məcrasından çıxa bilər. Bu isə ancaq Mərkəzi Asiyada kirli oyunlar oynamaq istəyənlərin işinə yarayar. Ona görə rəsmi Daşkənd hadisələrə müdaxilə edərkən ifrat gücdən istifadədən çəkinməlidir. Qazaxıstan dövləti dünən verdiyi açıqlamada Özbəkistanı dəstəklədiyini bildirib. Fikrimcə, Türkiyə və Türk Dövlətləri Təşkilatı qardaş ölkəmiz olan Özbəkistana hər cür dəstəyi verməli, xaricdən mümkün müdaxilələrə qarşı bütün diplomatik və hətta hərbi həll yolları masada müzakirə edilməlidir”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 
Next: İran bu bazar uğrunda Rusiya ilə “döyüşür”

Bölmənin digər xəbərləri

1782288808_thumbsv
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 115546
  • Dünya

Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-24 112717
  • Dünya

Numan Kurtulmuş: Türkiyə İran-ABŞ danışıqlarının müsbət nəticələnməsini alqışlayır

Cavidan 24 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 640)
  • Dünya (3. 416)
  • Gündəm (11. 898)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (516)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib 1782298572_888V 1
  • Cəmiyyət

İlham Əliyev Numan Kurtulmuşu qəbul edib

24 İyun, 2026
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb 10d0ee22-3ae6-3 v 2
  • Cəmiyyət

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

24 İyun, 2026
Sabah Bakıda və rayonlarda yağış yağacaq sUg7nNMfefQu80tb 3
  • Cəmiyyət

Sabah Bakıda və rayonlarda yağış yağacaq

24 İyun, 2026
Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır 1782288808_thumbsv 4
  • Dünya

Türkiyəyə köçən xarici vətəndaşlar – Azərbaycanlılar da siyahıdadır

24 İyun, 2026
Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir Screenshot 2026-06-24 115546 5
  • Dünya

Qalibaf: Əsas məqsədimiz bölgənin təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9640) Dünya (3416) Gündəm (11898) Kateqoriyasızlar (516) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.