Skip to content
10 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Business
  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • Health
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Newsbeat
  • Siyasət
  • Sports
  • Stories
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
Canlı
  • Home
  • Dünya
  • Soçi görüşünün ardından Ərdoğanın Azərbaycan yolunu tutması… – TƏSADÜFİ DEYİL…
  • Dünya

Soçi görüşünün ardından Ərdoğanın Azərbaycan yolunu tutması… – TƏSADÜFİ DEYİL…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində
Cavidan 1 Oktyabr, 2021
1633063279_0001 (1)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Ərdoğanın Azərbaycana səfərinə münasibət bildirən siyasi-şərhçi Aqşin Kərimov “Şərq”ə açıqlamasında qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə hava limanlarının tikilməsinin iqtisadi məqsədləri ilə yanaşı təhlükəsizlik üçün də böyük əhəmiyyəti var:

“Fikir verirsinizsə, postkonflikt dövründə məhz hava limanlarının tikilməsi ön plana çıxarıldı. Bununla da, ilk olaraq hava məkanına təhdidlər aradan qalxdı. Çünki hava limanları həm də təhlükəsizlik üçün beynəlxalq qarantın bir elementidir. İkincisi, bu hava limanlarından hərbi məqsədlər, daha dəqiq ifadə etsək, hərbi yük daşımaları həyata keçirmək üçün istifadəsi gözlənilir. Üçüncüsü, ermənilərin, Rusiyanın Xankəndi hava limanını “kozır” kimi istifadə etməsinin qarşısını alır. Onsuz da Xankəndi hava limanının beynəlxalq tanınması yoxdur. Azərbaycan hələ işğal müddətində ora sərnişin daşınmasının qarşısını almaq üçün xəbərdarlıqlar etmişdi”.

Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanının açılışında iştirakına gəlincə, analitik hesab edir ki, Ərdoğan bununla Qarabağdakı layihələrin təhlükəsizliyinin qarantının həm də Türkiyə olduğuna mesaj verir:

“Ümumiyyətlə, Ərdoğan Qarabağa gedib, əvvəllər də bu mesaj verilib. Elə Şuşa Bəyannaməsinin Şuşada imzalanması da təsadüfi deyildi. Ankara bununla dünya güclərinə ismarıc verdi ki, Qarabağda var və iştirakını artıracaq. Soçidə cənab Ərdoğanın Rusiya lideri Vladimir Putinlə görüşündə də Ankaranın Qarabağdakı iştirakını genişlətməsinə dair razılığın əldə olunması ehtimal edilir. Təsadüfi deyil ki, Putin Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən danışarkən onun fəaliyyət istiqamətini həm də Qarabağdakı Azərbaycan-Ermənistan sərhədinin üzərinə proyeksiya edib. Ərdoğanın Soçi səfərindən sonra Füzuli Hava Limanının açılışında iştirak etmək üçün Azərbayana gəlişi də diqqət çəkir. Belə ki, Türkiyə Rusiyadakı “paketi” Azərbaycan tərəfinə çatdıracaq və Ankara-Bakı müştərək maraqları ilə uzlaşdırılması üçün müzakirələr aparacaq”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Mahir Emreli – Azərbaycan qızılı!” – Polşalılar ondan danışır
Next: Bu sənədlərə görə yeni dövlət rüsumları TƏTBİQ EDİLƏCƏK

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-09 085156
  • Dünya

NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin “Apache” zərbə helikopteri qəzaya uğrayıb

Cavidan 9 İyun, 2026
Screenshot 2026-06-08 160507
  • Dünya

İran İsrailə zərbələri dayandırıb

Cavidan 8 İyun, 2026
Screenshot 2026-06-08 084127
  • Dünya

KİV: ABŞ İsrailə Beyruta zərbə endirmək üçün razılıq verməyib

Cavidan 8 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Business (6)
  • Cəmiyyət (9. 575)
  • Dünya (3. 401)
  • Gündəm (11. 856)
  • Health (1)
  • İdman (660)
  • İqtisadiyyat (599)
  • Kateqoriyasızlar (502)
  • Kriminal (1. 398)
  • Mədəniyyət (352)
  • Newsbeat (3)
  • Siyasət (3. 002)
  • Sports (1)
  • Stories (2)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək Screenshot 2026-06-09 111626 1
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək

9 İyun, 2026
XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib – BƏYANAT Screenshot 2026-06-09 104223 2
  • Cəmiyyət

XİN Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib – BƏYANAT

9 İyun, 2026
Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var Screenshot 2026-06-09 095740 3
  • İqtisadiyyat

Kobaxidze: Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var

9 İyun, 2026
Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq Screenshot 2026-06-09 092625 4
  • İdman

Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq

9 İyun, 2026
NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin “Apache” zərbə helikopteri qəzaya uğrayıb Screenshot 2026-06-09 085156 5
  • Dünya

NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin “Apache” zərbə helikopteri qəzaya uğrayıb

9 İyun, 2026

BÖLMƏLƏR

Business (6) Cəmiyyət (9575) Dünya (3401) Gündəm (11856) Health (1) Kateqoriyasızlar (502) Kriminal (1398) Mədəniyyət (352) Newsbeat (3) Siyasət (3002) Sports (1) Stories (2) Texnologiya (15) İdman (660) İqtisadiyyat (599)
  • Business
  • Sports
  • Stories
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.