Skip to content
8 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
  • Kateqoriyasızlar

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

Cavidan 8 Sentyabr, 2026
Снимок экрана 2026-09-08 104818

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək ixtisas seçimi elan edilib.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəs­sisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi 2026-cı il 8 sentyabrdan 10 sentyabr saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib //www.e-gov.az/az/services/read/3149/2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabi­qədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.

Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

Boş qalan yerlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub. Jurnalı DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), “Abituriyent” satış məntəqəsindən (Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, 2A), həmçinin kitab mağazalarından almaq,  www.abiturient.az saytında və Wolt tətbiqində sifariş etmək mümkündür.  //shorturl.at/B4g0M

Jurnalın elektron versiyasını (PDF formatda) www.abiturient.az saytında ödəniş etməklə əldə etmək olar.

Post navigation

Previous: Küləkli havada 4 nəfər xəsarət alıb
Next: Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb

Bölmənin digər xəbərləri

6a9fa861a1c5 v
  • Kateqoriyasızlar

Küləkli havada 4 nəfər xəsarət alıb

Cavidan 8 Sentyabr, 2026
6a9ea0b4e09c46 v
  • Kateqoriyasızlar

“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub

Cavidan 7 Sentyabr, 2026
Screenshot 2026-09-02 173301
  • Cəmiyyət

“Nizami” metrostansiyası qarşısında avtobus dayanacağı ərazisi uzadılıb

Cavidan 2 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 092)
  • Dünya (1. 052)
  • Gündəm (3. 354)
  • İdman (233)
  • İqtisadiyyat (160)
  • Kateqoriyasızlar (206)
  • Kriminal (281)
  • Mədəniyyət (95)
  • Siyasət (410)
  • Texnologiya (15)

Xəbər Trendi

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb Снимок экрана 2026-09-08 124150 1
  • Cəmiyyət

Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb

8 Sentyabr, 2026
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib vcrMyLIl9JHkUe V 2
  • Gündəm

İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib

8 Sentyabr, 2026
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb Снимок экрана 2026-09-08 115333 3
  • Cəmiyyət

Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb

8 Sentyabr, 2026
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb Снимок экрана 2026-09-08 104818 4
  • Kateqoriyasızlar

Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb

8 Sentyabr, 2026
Küləkli havada 4 nəfər xəsarət alıb 6a9fa861a1c5 v 5
  • Kateqoriyasızlar

Küləkli havada 4 nəfər xəsarət alıb

8 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3092) Dünya (1052) Gündəm (3354) Kateqoriyasızlar (206) Kriminal (281) Mədəniyyət (95) Siyasət (410) Texnologiya (15) İdman (233) İqtisadiyyat (160)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.