Skip to content
10 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr
  • Kateqoriyasızlar

BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr

[center][img]https://azadmedia.az/uploads/posts/2026-06/1781068347_screenshot-2026-06-10-091007.png[/img][/center] 1918-ci ilin yayında Osmanlı qoşunlarının Gəncə istiqamətində hərəkəti Sovet Rusiyası və Bakı Xalq Komussarları Sovetində ciddi narahatlıq
Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-10 091007

[center][img]https://azadmedia.az/uploads/posts/2026-06/1781068347_screenshot-2026-06-10-091007.png[/img][/center]

1918-ci ilin yayında Osmanlı qoşunlarının Gəncə istiqamətində hərəkəti Sovet Rusiyası və Bakı Xalq Komussarları Sovetində ciddi narahatlıq doğururdu.Bu məsələ ilə bağlı Almaniya da Gürcüstana təsir göstərir, Türkiyə qoşunlarını öz ərazisindən Azərbaycana buraxmamağa çağırırdı. Buna görə iyunun 10-da Azərbaycana hərəkət edən türk qoşunları alman-gürcü hərbi birləşmələri ilə üz-üzə dayandı. Az sürən hərbi əməliyyat nəticəsində Türkiyə ordusu general Kressin başçılıq etdiyi alman-gürcü ordu dəstələrini geri oturtdu və xeyli əsir götürdü.

Bəs, iyunun 10-da dünyada daha hansı hadisələr baş verib?

1. 10 iyun 1916-cı ildə Məkkə şəhəri Osmanlı dövlətindən, üsyan nəticəsində, ərəblərin əlinə keçdi.

2. 1930-cu ilin bu günündə Türkiyə ilə Yunanıstan arasında, Əhali Mübadiləsi Razılaşması imzalandı.

3. 10 iyun 1934-cı ildə İran şahı Rza Pəhləvi, Türkiyəni ziyarət məqsədilə Gürbulakda Türkiyə sərhəddinə gəldi və təntənəli şəkildə qarşılandı.

4. 1940-cı ilin 10 iyununda Mussolini Hitlerin müttəfiqi olaraq II Dünya Müharibəsinə girdi.

5. 10 iyun 1943-cü ildə Amerikalı ticarət agenti Milton Reynolds ilk diyircəkli qələmi patentləşdirib. Kütləvi istehsal edilən bu qələmə tələbat həddən çox olub. Nyu-Yorkun bir mağazasında gün ərzində on min belə qələm satılıb.

6. 1946-cı ilin 10 iyununda İtaliyada monarxiya ləğv edildi, respublika elan olundu.

7. 10 iyun 1967-cı ildə Ərəb-İsrail müharibəsində İsrail Qəzzə zolağı, Colan təpələri, Şərqi Qüds, İordan çayının qərb hissəsi və Sinay Yarımadasını işğal etdi.

8. 2000-ci ilin bu günüdə Suriya Prezidenti Hafız Əsad vəfat etdi və yerinə oğlu Bəşər Əsəd gətirildi.

10 iyunda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycan xalq qəhrəmanı Qaçaq Nəbi 1854-cü ilin 10 iyununda dünyaya gəlib. Kəndlilərin torpaqlarını tutmaq istəyən yerli mülkədarlara müqavimət göstərdikdən sonra qaçaq düşən Nəbi 1875-ci ildən Zəngəzur qəzasında çar hökumətinə qarşı 20 il mübarizə aparıb.

2. Bu gün Azərbaycanın xalq şairi Süleyman Rüstəmin xatirə günüdür. Onun İkinci Dünya Müharibəsi dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Sonrakı illərdə siyasi lirika və məhəbbət lirikasının gözəl nümunələrini yaradıb (1906-1989).

3. Bu gün Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun xatirə günüdür. 30-cu illərdə “Bayatı Kürd” muğamı əsasında fantaziya, “Cəngi” və “Qəhrəmani” pyesləri məhz xalq çalğı alətləri orkestri üçün yazan Səid Rüstəmov həm də “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyalarının müəllifidir. Bəstəkar 1983-cü ilin bu günü 82 yaşında dünyasını dəyişib (1907-1983).

4. Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, filologiya elmləri doktoru , professor, Azərbaycan SSR EA həqiqi üzvü, Azərbaycanın SSR Əməkdar elm xadimi Məmməd Arif (Dadaşzadə) 10 iyun 1904-cü ildə anadan olub.

5. 10 iyun dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş, həm Qırğızıstan, həm də bütün türk dünyasının fəxri olan Çingiz Aytmatovun xatirə günüdür. O, 2008-ci ilin 10 iyununda vəfat edib. Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biri kimi qəbul olunur. Çingiz Aytmatovun yaradıcılığının pik nöqtəsi “Əsrə bərabər gün” romanıdır. 1980-ci ildə yazdığı bu roman sovet ədəbiyyatının Qərb ədəbiyyatı ilə rəqabətdəki xüsusi çəkisini, hətta qələbəsini meydana qoydu.(Bizim.Media)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək
Next: Xəzər dənizində zəlzələ olub

Bölmənin digər xəbərləri

  • Kateqoriyasızlar

İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib

Cavidan 8 İyun, 2026
Screenshot 2026-06-08 104145
  • Kateqoriyasızlar

Tbilisidə 500-ə yaxın Azərbaycan vətəndaşına Səyyar “ASAN xidmət” göstərilib

Cavidan 8 İyun, 2026
Screenshot 2026-06-05 111521
  • Kateqoriyasızlar

İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq

Cavidan 5 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 577)
  • Dünya (3. 402)
  • Gündəm (11. 857)
  • İdman (660)
  • İqtisadiyyat (599)
  • Kateqoriyasızlar (509)
  • Kriminal (1. 398)
  • Mədəniyyət (352)
  • Siyasət (3. 002)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var Screenshot 2026-06-10 105739 1
  • Dünya

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var

10 İyun, 2026
Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib Screenshot 2026-06-10 100933 2
  • Cəmiyyət

Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib

10 İyun, 2026
Xəzər dənizində zəlzələ olub Screenshot 2026-06-10 093311 3
  • Cəmiyyət

Xəzər dənizində zəlzələ olub

10 İyun, 2026
BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr Screenshot 2026-06-10 091007 4
  • Kateqoriyasızlar

BİZİM TƏQVİM:10 iyunda baş vermiş tarixi hadisələr

10 İyun, 2026
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək Screenshot 2026-06-09 111626 5
  • Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndəriləcək

9 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9577) Dünya (3402) Gündəm (11857) Kateqoriyasızlar (509) Kriminal (1398) Mədəniyyət (352) Siyasət (3002) Texnologiya (15) İdman (660) İqtisadiyyat (599)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.