Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • “Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib
  • Kateqoriyasızlar

“Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası” dəyişib

Nazirlər Kabineti 25 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası”nda
Cavidan 28 İyul, 2025
fc2ed7ea-d650-3812-a498-19565d0c04e6_850

Nazirlər Kabineti 25 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin humanitar məqsədlər üçün idxalı Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra humanitar məqsədlər üçün Azərbaycan ərazisinə gətirilən dərman vasitələri gömrük məntəqələrində rəsmiləşdirilərkən, həmin dərman vasitələrini gətirən ərizəçilər Nazirlər Kabinetinin razılığını gömrük orqanlarına təqdim etməlidirlər. İndiyədək Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı tələb olunurdu.

Nazirlər Kabineti həmçinin 15 sentyabr 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə daxil olan humanitar yüklərin qəbul edilməsi, uçotunun aparılması, təyinat yerinə çatdırılması, saxlanılması, mühafizəsi və bölgüsü Qaydaları”nda dəyişiklik edib. Ə.Əsədovun imzaladığı yeni qərara əsasən, bundan sonra mövcud tələbat nəzərə alınmaqla, humanitar yüklərin qəbul edilməsi məsələsi Nazirlər Kabinetinin razılığı əsasında rəsmiləşdiriləcək.

Həmçinin humanitar yükün Nazirlər Kabinetinin razılığında və gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğu müəyyən olunduqdan sonra həmin yük qəbul ediləcək. Yükün rəsmiləşdirilərək qəbul edilməsi, həmçinin aşkar olunan kənarlaşma və bunun səbəbləri barədə məlumatı “Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nə uyğun olaraq Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinə göndərəcək. İndiyə qədər bu sənədlərə Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiya baxırdı.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Xankəndidə ehtiyatsızlıqdan yanğın törədən şəxs həbs edilib
Sonrakı: Fələstinin tanınması oyunu  – 78 ildir açılmayan düyün – ŞƏRH

Bölmənin digər xəbərləri

vvv
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

Cavidan 13 Oktyabr, 2026
  • Kateqoriyasızlar

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cavidan 12 Oktyabr, 2026
BIjYOFUZ_1200
  • Kateqoriyasızlar

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Cavidan 12 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 275)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır 753c2c08-584e-3583-a7ea v 1
  • İdman

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

15 Oktyabr, 2026
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq HrORBeEahVUEHCvoxnsQK8 b 2
  • Cəmiyyət

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

15 Oktyabr, 2026
Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub uC41Nw6b8rLfmv 3
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

14 Oktyabr, 2026
Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək vmeliyOwJuwFHl4oE v 4
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

14 Oktyabr, 2026
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb bL6ZvIjssklf7_1200 5
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3275) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (250) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 82
  • 80
  • 4. 737

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.