Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Bu avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad ediləcək
  • Kateqoriyasızlar

Bu avtomobillərin idxalı ilə yanaşı, satışı da ƏDV-dən azad ediləcək

“Bu aydan Vergi Məcəlləsinə yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərin əhatə etdiyi sektorlardan biri də avtomobil idxalı və satışı
Cavidan 3 Yanvar, 2022
1625051057.masin-car-1

“Bu aydan Vergi Məcəlləsinə yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərin əhatə etdiyi sektorlardan biri də avtomobil idxalı və satışı ilə bağlıdır”.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dəyişikliklərə əsasən, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı bu aydan başlayaraq növbəti 3 ildə ƏDV-dən azad edildi:

“Dəyişikliklərə görə, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışı da ƏDV-dən azad ediləcək. Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. Digər dəyişiklik mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması, habelə idxal olunan minik avtomobillərin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalın tətbiq edilməsidir”.

Deputat bildirib ki, iqtisadi baxımdan son dəyişikliklər avtomobil bazarına iki istiqamətdə təsir göstərməlidir:

“Birincisi, sözügedən dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalamlar istisna edilmir. Belə ki, ƏDV-dən azad olma onların xərcinin orta hesabla 18 faiz azalmasına səbəb olacaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, istehsal tarixi 3 ildən çox olmayan həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə də tələbin artmasına gətirib çıxaracaq. Elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının da ƏDV-dən azad edilməsi onların maya dəyərini aşağı salacaq. Digər tərəfdən, mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə aksiz dərəcələrinin artırılması onların xərcini yüksəldəcək və bu da həmin maşınların qiymətlərində artımlara gətirib çıxaracağı istisna deyil”.

V.Bayramov qeyd edib ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər iqtisadi baxımdan anlaşılandır: “Məqsəd hibrid və elektron avtomobillərə marağı artırmaq, mühərriki böyük olan və ili köhnə olan avtomobillərə tələbi azaltmaqdır. Bu ekoloji və yol təhlükəsizliyi baxımından da vacibdir. Eyni zamanda, dünya bazarında enerji məhsullarının qiymətinin mütəmadi artdığını və volatilliyin yüksək olduğunu nəzərə aldıqda, hibrid və elektrik avtomobillərinə üstünlük verilməsi xərcin optimallaşdırılması baxımından da məqsədəuyğundur”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Nizami Gəncəvinin “Xəmsə”sinin səhifəsi Bakıya necə gətirilib?
Next: Azərbaycanda siqaret bahalaşdı

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-24 092356
  • Kateqoriyasızlar

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 152232
  • Kateqoriyasızlar

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-22 182621
  • Kateqoriyasızlar

Azərbaycan vətəndaşları Gürcüstanda daimi yaşayan əcnəbilərin ilk beşliyindədir

Cavidan 22 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 637)
  • Dünya (3. 413)
  • Gündəm (11. 896)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (516)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir Screenshot 2026-06-24 103054 1
  • Cəmiyyət

Bakıda XI Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilir

24 İyun, 2026
Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib Screenshot 2026-06-24 095133 2
  • Dünya

Ukrayna Orenburqda qaz emalı zavoduna zərbə endirib

24 İyun, 2026
Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq Screenshot 2026-06-24 092356 3
  • Kateqoriyasızlar

Bakının iki rayonunun bəzi ərazilərində işıq olmayacaq

24 İyun, 2026
Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib 4
  • Cəmiyyət

Məhəmməd Baqer Qalibaf Azərbaycana işgüzar səfərə gəlib

24 İyun, 2026
İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI Screenshot 2026-06-23 173441 5
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

23 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9637) Dünya (3413) Gündəm (11896) Kateqoriyasızlar (516) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.