Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Kateqoriyasızlar
  • İrəvanda əsgi parçası qaldıranlar – kapitulyasiyanı unudanların yaddaşını yeniləmək olar – ŞƏRH
  • Kateqoriyasızlar

İrəvanda əsgi parçası qaldıranlar – kapitulyasiyanı unudanların yaddaşını yeniləmək olar – ŞƏRH

Ermənistanda revanşistlər, keçmiş qondarma “DQR” rejiminin tör-töküntüləri yenidən fəallaşıb. Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı
Cavidan 11 Fevral, 2025
c9bb51a1-0771-3e82-8618-196617ddc41a_850 — копия

Ermənistanda revanşistlər, keçmiş qondarma “DQR” rejiminin tör-töküntüləri yenidən fəallaşıb. Onlar Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamalar verir, o cümlədən, Qərbdəki havadarlarına arxalanaraq yenə “beynəlxalq təminat altında Qarabağa qayıdış”dan dəm vururlar.

Revanşist və separatçı rejimin qalıqları İrəvanda Üçkilsədə (Eçmiədzin) yenindən qondarma rejimin “bayrağını” qaldırıblar.

Təxribatların və müharibə tərəfdarlarının artması təsadüfi sayıla bilməz. Bu fəallaşmanı müxtəlif səbəblərlə əlaqələndirmək olar. Hər zaman fürsətcillikləri ilə seçilən ermənilər, şübhəsiz ki, Azərbaycana məxsus mülki təyyarənin Rusiya səmasında vurulmasından sonra münasibətlərdə yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar.

Bəllidir ki, rəsmi Bakı Qroznıda vurulan və Aktauda yerə düşən təyyarə ilə bağlı narazılığını Kremlin diqqətinə çatdırıb, üzrxahlıq, təzminat və təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edib.

Ehtimal etmək olar ki, Ermənistandakı qüvvələr Azərbaycanın Rusiya ilə münasibətlərində yaşananları gərginlik kimi görərək hərəkətə keçiblər. Separatçı kəsim və Ermənistandakı revanşizm tərəfdarları ümid edirlər ki, yaranmış vəziyyət onlara Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı planlarının həyata keçirilməsinə imkan verəcək.

Bu, tanış mənzərədir. Lakin indi nə ötən əsrin 90-cı illəridir, nə də Azərbaycan həmin ölkədir. Baş verən hakimiyyət çevrilişləri, tam xaos və ikitirəlik nəticəsində Azərbaycan nəinki torpaqlarının 20 faizindən məhrum oldu, hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Yalnız Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə Azərbaycanın bir dövlət kimi məhv olmasının qarşısı alındı. Məhz həmin illərdə Ermənistan əsas və başlıca havadarı Rusiya Federasiyasının siyasi, hərbi və iqtisadi yardımı ilə hərəkətə keçərək işğal planını reallaşdırdı.

Otuzillik işğal dövründə də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi işğala son qoyulması ilə bağlı hər hansı bir təşəbbüslə çıxış etmədi, bir növ, bunun marağında olmadı.

Azərbaycan xalqı bu işğala yalnız 2020-ci ildə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özü son qoydu. Nə həmsədrlər, nə də BMT-nin qətnamələri bu işdə rol oynadı. Azərbaycan həmin qurumların faydasını görmədi, onların etmədiyi işi təkbaşına həyata keçirdi. Nəticədə Ermənistana elə bir zərbə vuruldu ki, hələ də bunun nəticələrindən özünə gələ bilmir.

Maraqlıdır ki, separatçı kəsim və revanşistlər “bayrağı” qaldırmaq üçün yeri də təsadüfi seçməyib. Separatçılar əsgi parçalarını birbaşa tapşırıq və əmrlər aldıqları ermənilər üçün dini mərkəzdən çox, siyasi mərkəz rolunu oynayan Üçkilsədə qaldırıblar.

Görünən odur ki, “miatsum”, “Böyük Ermənistan” xülyası hələ də separatçıların canından çıxmayıb. Halbuki Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda verdiyi açıqlamada birbaşa həmin kəsimə ünvanlanan tutarlı cavab verib. O, erməniləri separatçı və tarixi uydurmalara son qoymağa çağırıb. Baş nazir Qarabağdan olan “məcburi köçkünlər”in bəzi dairələrini Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan addımlar atmaqda günahlandırıb.

“Açıq şəkildə bəyan etmək istəyirəm ki, Ermənistanda yalnız bir hökumət var və o da bu zalda əyləşib. Lazım gələrsə, xarici qüvvələrin bəzi dairələrdən təhlükəsizliyə təhdid yaratmaq üçün istifadə edə bilməməsi üçün müvafiq tədbirlər görülməlidir. Dövlətə hörmət sərhədini aşan hər kəs cavab almalıdır”, – Paşinyan bildirib.

Lakin məsələ ondadır ki, baş nazir dəfələrlə verdiyi bəyanat və fikirləri təkzib etməsi ilə yadda qalıb. Hər halda yaxşı olardı ki, Paşinyan hakimiyyəti separatçılara qarşı apardığı sistemli mübarizədə davamlılıq nümayiş etdirsin. Düzdür, ara-sıra bu istiqamətdə addımlar atılır. Götürək elə separatçı rejimin nümayəndələrinə qarşı çıxarılan məhkəmə qərarlarını. Məsələn, bu günlərdə Ermənistan məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin “komandanı” Cəlal Arutyunyanı xidməti səhlənkarlıqda təqsirli bilərək 5,5 il müddətinə azadlıqdan məhrum edib.

İrəvanda erməni siyasi mərkəzi kimi tanınan Eçmiədzində separatçı “bayrağını” qaldıranlara gəldikdə isə onların diqqətinə Bakıda keçirilən və artıq tarixə “İkinci Nürnberq” kimi düşən məhkəmə proseslərini çatdırmaq istərdik.

Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2 548 epizod üzrə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər – Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Arutyunyan Arayik Vladimiri (Vladimiroviç), Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertin Bakıda məhkəməsi aparılır.

Göründüyü kimi, onların əməllərində müharibə cinayətlərinin bütün faktorları var. Azərbaycanın ayaqlar altına atdığı əsgi parçasını İrəvanda yenidən qaldıranlar bunu da unutmasınlar. İddialarından əl çəkməsələr, onlar da ittiham kürsüsünə çıxarılacaq və törətdikləri cinayətlərə görə cavab verəcəklər.

Ermənistan hakimiyyəti də dayanıqlı və davamlı sülh istəyirsə, qondarma rejimi xatırladacaq “simvolları” aradan götürməlidir. Çünki Ermənistan kapitulyasiya aktına imza atıb. Bunu unudanların isə yaddaşını asanlıqla yeniləmək olar…(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Göyərtəsində Trampın xüsusi nümayəndəsinin olduğu ehtimal edilən təyyarə “Vnukovo”ya enib
Sonrakı: Prezident Sərəncam imzaladı

Bölmənin digər xəbərləri

vvv
  • Kateqoriyasızlar

XİN rəhbəri: Almaniya Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi dəstəkləyir

Cavidan 13 Oktyabr, 2026
  • Kateqoriyasızlar

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cavidan 12 Oktyabr, 2026
BIjYOFUZ_1200
  • Kateqoriyasızlar

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Cavidan 12 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Playground Games Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Süni intellekt Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 282)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (13)

Xəbər Trendi

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək SDXkIAO v97NdHtFhjxsTbEy0_1200 1
  • Cəmiyyət

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

15 Oktyabr, 2026
Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib v8Pip bcLyStvxp_1200 2
  • Cəmiyyət

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

15 Oktyabr, 2026
Kompakt Xbox Nano Controller geympadı təqdim olundu Kompakt Xbox Nano Controller geympadı təqdim olundu 3
  • Texnologiya

Kompakt Xbox Nano Controller geympadı təqdim olundu

15 Oktyabr, 2026
Optik işıq filtrlərinə malik Fujifilm Instax Square 2 ani çap kamerası təqdim edildi Optik işıq filtrlərinə malik Fujifilm Instax Square 2 ani çap kamerası təqdim edildi 4
  • Texnologiya

Optik işıq filtrlərinə malik Fujifilm Instax Square 2 ani çap kamerası təqdim edildi

15 Oktyabr, 2026
Sabah Bakıda hava çiskinli olacaq UKtTjWirvou6KzOv 5
  • Cəmiyyət

Sabah Bakıda hava çiskinli olacaq

15 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3282) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (13) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 115
  • 110
  • 4. 770

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.