Skip to content
17 İyul, 2026
  • Ana səhifə
  • Blog
  • Contact
  • Landing Page
  • Pattern Background
  • Pattern Dark Background
  • Patterns
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Blog
  • Contact
  • Landing Page
  • Pattern Background
  • Pattern Dark Background
  • Patterns
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
Light/Dark Button
  • Home
  • Kateqoriyasızlar
  • Milli Məclis Fransa ilə bağlı bəyanat yaydı
  • Kateqoriyasızlar

Milli Məclis Fransa ilə bağlı bəyanat yaydı

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Bəyanat yayıb. Bəyanatı təqdim edirik: “2024-cü il yanvarın 28-də
Cavidan 3 Fevral, 2024
DSC_9647_1624631850

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Bəyanat yayıb. Bəyanatı təqdim edirik: “2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib. Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna hörmət göstərməyərək hərəkatın yaranmasından iki gün sonra “Nazione”nin fəallarına qarşı təqiblərə başlayıb. Yanvarın 30-da “Nazione”nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Fransa polisi “Nazione”nin fəallarının evlərinə hücum çəkərək qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edib, evlərini dağıdıb, uşaqların oyuncaqlarını qəsdən sındırıb. Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparılıb. Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içərisində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə dağıdılması riyakarlıqdır. Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir. Bu gün də Fransa polisinin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır. Lakin fevralın 2-də “Nazione” hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini dayandıra, onu boyun əyməyə məcbur edə bilməz. Xatırladaq ki, 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib. Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bunun özü şovinizmdir. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bəyannaməsi” də var. Həmçinin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiyası”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, “Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası” və s. buraya daxildir. Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu olaraq: – Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik; – Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik; – Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır; – Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edirik”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Yeni ixtisas əlavə edildi
Next: Ermənistandan Azərbaycana keçmək istəyən şəxs saxlanıldı

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-15 155622
  • Kateqoriyasızlar

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-15 104120
  • Kateqoriyasızlar

Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edəcək

Cavidan 15 İyul, 2026
Screenshot 2026-07-13 121416
  • Kateqoriyasızlar

Aİ Rusiyaya qarşı 250 bənddən ibarət rekord sanksiya siyahısını razılaşdırır

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 757)
  • Dünya (3. 459)
  • Gündəm (11. 956)
  • İdman (675)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (524)
  • Kriminal (1. 415)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 018)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH Screenshot 2026-07-16 165012 1
  • Cəmiyyət

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH

16 İyul, 2026
Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir Screenshot 2026-07-16 163605 2
  • Dünya

Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir

16 İyul, 2026
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq Screenshot 2026-07-16 154029 3
  • Cəmiyyət

Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

16 İyul, 2026
Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb Screenshot 2026-07-16 151345 4
  • Gündəm

Şabranda 53 yaşlı kişini cərəyan vuraraq öldürüb

16 İyul, 2026
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-07-16 144719 5
  • Cəmiyyət

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

16 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9757) Dünya (3459) Gündəm (11956) Kateqoriyasızlar (524) Kriminal (1415) Mədəniyyət (356) Siyasət (3018) Texnologiya (15) İdman (675) İqtisadiyyat (606)
  • Ana səhifə
  • Blog
  • Contact
  • Landing Page
  • Pattern Background
  • Pattern Dark Background
  • Patterns
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
  • Sample Page
© Addim.az | MoreNews by AF themes.