Skip to content
22 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH
  • Cəmiyyət

İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil – ŞƏRH

ABŞ və İran qarşılıqlı olaraq bir-birinin hərbi obyektlərinə zərbələr endirdiklərinə dair açıqlamalar yayır. Məlumatlara əsasən, tərəflər arasında iyunda
Cavidan 16 İyul, 2026
Screenshot 2026-07-16 165012

ABŞ və İran qarşılıqlı olaraq bir-birinin hərbi obyektlərinə zərbələr endirdiklərinə dair açıqlamalar yayır. Məlumatlara əsasən, tərəflər arasında iyunda imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunun müddəaları 42 dəfə pozulub.

Bununla belə, Vaşinqton və Tehran bu razılaşmadan tamamilə imtina etdikərini bildirmir. Əksinə, İranın nüvə proqramına dair texniki danışıqların davam etdiyi vurğulanır. Odur ki, ölkələr arasında hadisələrin perspektivinə dair müxtəlif ehtimallar, proqnozlar irəli sürülür. Habelə, ABŞ-nin İran hakimiyyəti ilə bağlı əsl hədəfinə dair müxtəlif mülahizələr yürüdülür.

Ötən gün ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evin bu kimi məsələlərlə bağlı mövqeyinə müəyyən mənada aydınlıq gətirib. Onun sözlərinə görə, Ştatlar İranda hakimiyyət dəyişikliyini həyata keçirmək üçün 150 minlik quru qoşunlarını göndərmək niyyətində deyil, çünki hesab edir ki, bu işi İran xalqının özü yerinə yetirməlidir. Vitse-prezident onu da vurğulayıb ki, İrana əsgər göndərməyi təklif edənlər İran xalqının görməli olduğu işi ABŞ Silahlı Qüvvələrinin görməsini istəyirlər: “Biz artıq bununla məşğul olmuruq”.

Cey Di Vens bununla son zamanların ən aktual – “ABŞ İranda hakimiyyəti dəyişmək istəyir?” – sualına, ritorikasına indiki şərait üçün cavab verib. O, Tehrana da bu istiqamətdə açıq ismarış verib. Yəni indiki əməliyyatların hədəfi İslam Respublikasında hakimiyyət dəyişikliyi deyil.

Lakin baş verənlərə əsasən, hakimiyyət dəyişikliyi barədə İranın narahatlıq keçirməsi də təsadüfi deyil. Çünki İraq, Misir, Liviya, Suriyada etiraz aksiyaları və hərbi müdaxilə nəticəsində hakimiyyət dəyişiklikləri baş verib. Odur ki, həmin hadisələr Tehran hakimiyyətinin aqibətinin də belə nəticələnə biləcəyi ehtimalını artırır.


Vensin sözlərinə görə, ABŞ-nin indiki şəraitdə İrana yönəlik mövcud hədəfləri neft və təbii qazın təhlükəsiz və fasiləsiz nəqlini təmin etmək, İranın nüvə silahına sahib olmasının qarşısını almaq, münaqişələrin diplomatiya yolu ilə həll edilməsinə nail olmaqdan ibarətdir.

Vitse-prezident bütün bunlarla yanaşı, hadisələrin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdıra bilmədiyini etiraf edərək ABŞ-nin düzgün istiqamətdə irəlilədiyini düşündüyünü də vurğulayıb. Onun qənaətinə əsasən, Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi problemini yalnız hərbi üsullarla həll etmək mümkün deyil, ona görə də mövcud bütün vasitələrdən istifadə edilməlidir. Vitse-prezident qeyd edib ki, bunun üçün silahlı qüvvələr bir, diplomatiya isə başqa vasitədir.

O, ABŞ-də və başqa ölkələrdə İran hakimiyyəti ilə danışıqlara qarşı olanların davranışından məyusluğunu gizlətməyib: “Bəs sizin təklifiniz nədir? Hörmüz boğazında gəmilərə atəş açılmasını dayandırmaq üçün nə etmək lazımdır? Onlara zərbələr endirmək, radarlarını məhv etmək, bəzi pilotsuz uçuş aparatlarını və raketləri vurmaq olar. Gəmilərə hücum etmək də çox asandır. Odur ki, dialoqa hazır olduğunuzu göstərmək və problemi həll etməyə çalışmaq lazımdır”.

Bununla belə, İranda da ABŞ-nin körfəz ölkələrindəki hərbi bazalarına qurudan və havadan əməliyyat keçirərək əsgərlərini ələ keçirilməsi təklifi ilə çıxış edənlər də var. İslam Respublikasının keçmiş xarici işlər naziri, deputat Mənuçehr Müttəqiki ABŞ-nin regiondakı hərbi bazalarına vertolyot dessant əməliyyatları keçirmək, onun İranın Xark adasını ələ keçirmək cəhdlərinə cavab olaraq yüzlərlə amerikalı əsgəri əsir götürməklə hədələyəci çıxış edib. O, Yaxın Şərqdəki Amerika bazalarına birbaşa quru hücumu keçirməyi, əsgərləri ələ keçirib, onları Tehrana gətirmək təklifini irəli sürüb.


Deputat bu ilin martında da oxşar təkliflə çıxış etmişdi.

Yeri gəlmişkən, Mənuçehr Müttəki də Qərblə danışıqların “qurbanlarındandır”. 2010-cu ilin dekabrında Seneqalda səfərdə olarkən keçmiş nazir tutduğu vəzifədən azad edilmişdi. Ovaxtkı prezident Mahmud Əhmədinejadın bu qərarı ilə bağlı konkret səbəb açıqlanmadı. Ancaq Müttəki də uzun müddət Qərblə İranın nüvə proqramı ilə bağlı danışıqlarda əsas fiqurlardan olub. Onun danışıqlarda fəal olması bəzi dairələri narahat edirdi. Keçmiş nazir uranın zənginləşdirilməsi proqramını dayandırmaq məqsədilə beynəlxalq təzyiqlərə zəif müqavimət göstərməkdə ittiham olunurdu.

Müttəki bir müddət qərbyönlü siyasətçi sayılıb. Hətta 2007-ci ilin mayında Misirdə, Şarm əş-Şeyxdə keçirilən beynəlxalq konfrans çərçivəsində ABŞ dövlət katibi Kondoliza Rays və İranın xarici işlər naziri Manuçehr Müttəki eyni otaqda olmuşdu. Onların kulis arxasında danışdığına dair xəbər də yayılmışdı. Düzdür, onda Tehran bunu təkzib etsə də, 2008-ci ilin iyul ayında ABŞ və İranın rəsmi nümayəndə heyətləri Cenevrədə görüş keçirmişdilər.

ABŞ və İran tərəfdə danışıqları dayandırıb birbaşa quru əməliyyatı keçirilməsini təklif edənlər olsa da, Vaşinqton və Tehranda vəziyyətin hələ o yerə çatmadığını düşünənlər də az deyil. Ona görə də hər iki tərəfin bir əlinin tətikdə, o birinin isə danışıqlar masasında olduğu istisna edilmir.

ABŞ və İslam Respublikası arasında danışıqlar aparmaq üçün müxtəlif vaxtlarda cəhdlər olub. 2007-ci ilin aprelində Ştatların ozamankı Prezidenti Corc Buş dövlət katibi Kondoliza Raysa İslam Respublikası ilə birbaşa danışıqlara icazə vermişdi. Onda İraqdakı vəziyyət müzakirə olunsa da, bütün hallarda bu, iki ölkə arasında təmas idi və münasibətlərin yumşalması üçün yaranan şərait sayılırdı.

Bu həm də onu göstərir ki, rəsmi Vaşinqton regional məsələlərdə İran hakimiyyətinin də mövqeyini birbaşa öyrənib.

Tehran hakimiyyəti 47 il boyunca ABŞ-nin onu devirəcəyi məsələsini həmişə gündəlikdə saxlayıb. O bunu müxtəlif şəkildə ictimaiyyətə sızdırıb. Ancaq Ağ Ev belə bir planının olmadığını da dəfələrlə vurğulayıb.

Kondoliza Rays bəyan edirdi ki, Corc Buşun administrasiyası İranda “rejimin dəyişdirilməsinə” nail olmağa çalışmır. Onun sözlərinə görə, Ağ Evin hədəfi İranda hakimiyyətin dəyişməsi deyil, onun davranışını dəyişdirməsindən ibarətdir.


Dövlət katibi bildirirdi ki, Tehrаnа təklif edilən iqtisadi təkliflər paketinə (İranın nüvə proqramı ətrafında böhranın həlli məqsədilə) iqtisadi və siyasi dialoqu mümkün şəkildə qurulması üçün bəzi tədbirlər daxildir: “Biz Ümumdünya Ticarət Təşkilatı ilə bağlı etirazlarımızı aradan qaldırdıq ki, İran bu təşkilata üzvlük üçün müraciət edə bilsin. Düşünürəm ki, Amerikanın mövqeyi tamamilə aydındır”.

Bu kimi çıxışlardan məlum olur ki, ABŞ-İran savaşının əsas hədəfi hələ ki hakimiyyət dəyişikliyi deyil. Çünki son 20 ildə Vaşinqtonun bunu reallaşdırmaq üçün imkanı olub. ABŞ hakimiyyət dəyişikliyinə niyə önəm vermir? Belə ehtimal etmək olar ki, İslam Respublikası özünü müdafiə etmək üçün hələ gücə malikdir. Ona görə, düşünmək olar ki, Vaşinqton, ilk növbədə, bu maneəni aradan qaldırmağı hədəfləyir. Bu səbəbdən İranın öncə hərbi bazalarını, aparıcı sahələrini sıradan çıxarmağı planlaşdırır.

Belə qənaətə gəlmək olar ki, hakimiyyət dəyişikliyi məsələsi ABŞ-nin əlində İslam Respublikası rəhbərliyinə qarşı çəkindiricilik alətidir. Ona görə də bu mövzu zaman-zaman tərəflərin münasibətlərində gündəliyə gəlir. Rəsmi Vaşinqton belə xəbərləri vaxtilə Kondoliza Raysın, bu günlərdə isə Cey Di Vensin açıqlaması ilə təkzib edir.

İranı dəstəkləyənlərin istəyi ABŞ-ni İslam Respublikasında silahlı qarşıdurmaya cəlb edib, ona Vyetnamdakı, yaxud Əfqanıstandakı vəziyyəti yaşatmaqdır. Onlar iddia edirlər ki, bununla da ABŞ-nin beynəlxalq nüfuzunu sarsıda bilərlər. Tehranda bəzən bunu Səddam Hüseynin İrana hücumu ilə müqayisə edirlər. Ancaq belə zənn edənlər ABŞ-nin İraqdan neçə dəfə güclü olduğunu nəzərdən qaçırmasınlar. Bütün hallarda onlara görə, ABŞ İranı işğal edərsə, İranda əhali hakimiyyətin müdafiəsinə qalxacaq.

ABŞ-nin qüdrətli olduğuna inanlar onun İslam Respublikası ərazisində quru əməliyyatı keçirməsini, bununla ölkənin strateji obyektlərinə nəzarət etməsini düşünürlər. Ancaq tarixi hadisələr ABŞ-yə bu aksiyanın uğurlu olmayacağını da ehtimal etməyə əsas verir. Düzdür, Vyetnamda ABŞ-yə qarşı onillərlə mübarizə aparıb, təkcə torpaqlarını deyil, həm də sol düşüncə sistemini müdafiə etməyə nail olsalar da, ancaq son illərdə rəsmi Hanoy Vaşinqtonla münasibətləri inkişaf etdirməyi hədəfləyir.

Ştatların İrana hücumuna çalışanlar, onu təşviq edənlər onun siyasi bataqlığa da düşəcəyini, təəssüf ki, nəzərə almırlar.

ABŞ İrana qarşı ənənəvi əməliyyat keçirib, ərazini tutub, hakimiyyət başçılarını həbs edib, tələblərini qeyd-şərtsiz qəbul etdirmək planı üzrə hərəkət etmir. Çünki ali rəhbər Seyid Əli Xameneinin, bir sıra hərbi və siyasi liderlərin öldürülməsi ilə buna nail ola bilmədi. Deməli, ABŞ-ni İrana qarşı açıq, quru əməliyyatı keçirmək planından imtina etdirən bu amillərdən sayıla bilər.

Liderin və aparıcı fiqurların sıradan çıxarılması İran hakimiyyətini müəyyən qədər zəiflədə bilib. Elə bəlkə ona görə İranda hələ də ictimaiyyət arasında görünməyən yeni ali rəhbər Müctəba Xameneinin yerinə alternativ axtarışına səbəb yaranıb. Belə ehtimal edilir ki, Ruhullah Xomeyninin nəvəsi, islahatçı sayılan Həsən Xomeyni 2025–2026-cı illərdə Müctəba Xameneiyə əsas rəqiblərdən olub.

Bu baxımdan, İranda hakimiyyətdaxili xətlərin mübarizəsi davam edir. Belə bir şəraitdə ABŞ-nin hakimiyyəti dəyişmək cəhdi bu istiqamətdə davam edən prosesə mane ola bilər. Odur ki, Vaşinqtonun Tehranda rəhbərliyi dəyişəcəyi ideyası hələ ki aktual sayılmır.

Deməli, ABŞ-nin İrana qarşı quru əməliyyatları, Tehranda hakimiyyət dəyişikliyi hələ ki təxirə salınır. Çünki İslam Respublikası hələ Venesuela deyil…(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Zelenski: Klimenko Ukraynanın müdafiə naziri postuna namizədlərdən biridir
Sonrakı: Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Bölmənin digər xəbərləri

bv
  • Cəmiyyət

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Cavidan 22 Oktyabr, 2026
6ad9ed03196426ad9ed03 B
  • Cəmiyyət

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Cavidan 22 Oktyabr, 2026
6ad9c7172f0666ad9c7172f v
  • Cəmiyyət

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Cavidan 22 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Epic Games Store fotoaparat Fujifilm geympad Google Chrome HDD Instax Square 2 JBOD Meta Microsoft Muse Wonder NAS Newsbeat OpenAI oyun Oyunlar PCI DSS Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science spacex SSD Süni intellekt SİMA İmza Texnologiya USB 4 World Xbox Xbox Nano Controller İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 329)
  • Dünya (1. 091)
  • Gündəm (3. 474)
  • İdman (252)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (241)
  • Kriminal (303)
  • Mədəniyyət (97)
  • Siyasət (443)
  • Texnologiya (25)

Xəbər Trendi

Etiraz aksiyalarını qadağan edəcəklər france b 1
  • Dünya

Etiraz aksiyalarını qadağan edəcəklər

22 Oktyabr, 2026
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub bv 2
  • Cəmiyyət

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

22 Oktyabr, 2026
Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub 6ad9fabf2ee296ad9f b 3
  • Gündəm

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

22 Oktyabr, 2026
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib 6ad9ef39460dc6ad9ef3v 4
  • Dünya

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

22 Oktyabr, 2026
Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək 6ad9ed03196426ad9ed03 B 5
  • Cəmiyyət

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

22 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3329) Dünya (1091) Gündəm (3474) Kateqoriyasızlar (241) Kriminal (303) Mədəniyyət (97) Siyasət (443) Texnologiya (25) İdman (252) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 4
  • 888
  • 447
  • 6. 076

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.