Skip to content
26 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • Gələcək artıq buradadır: Dünyadakı hər üçüncü iri şirkət süni intellekt agentlərini kibertəhlükəsizlik sahəsində perspektivli texnologiya adlandırıb
  • Texnologiya

Gələcək artıq buradadır: Dünyadakı hər üçüncü iri şirkət süni intellekt agentlərini kibertəhlükəsizlik sahəsində perspektivli texnologiya adlandırıb

“Kaspersky” Laboratoriyasının məlumatına görə, dünyadakı iri təşkilatların üçdə biri süni intellekt agentlərini kibertəhlükəsizlik sahəsində perspektivli texnologiya hesab edir. Şirkət bu barədə “Kazan Digital Week” forumu çərçivəsində məlumat yayıb.
KiberSözçü 26 Noyabr, 2026
Gələcək artıq buradadır: Dünyadakı hər üçüncü iri şirkət süni intellekt agentlərini kibertəhlükəsizlik sahəsində perspektivli texnologiya adlandırıb

“Kaspersky” Laboratoriyasının daxili tədqiqat mərkəzinin məlumatına* görə, dünyadakı iri təşkilatların üçdə biri (33%) süni intellekt agentlərini kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində tətbiq etmək üçün perspektivli texnologiya hesab edir. Şirkət bu barədə “Kazan Digital Week” beynəlxalq forumu çərçivəsində özünün “Səhvsiz hüququ olan Sİ: Yeni imkanlardan yeni risklər olmadan necə istifadə etməli” adlı sessiyasında məlumat verib.

İkinci yerdə süni intellektin təhlükəsizliyini təmin edən platformalar dayanır: respondentlərin 30%-i onları perspektivli adlandırıb. Üçlüyü güclü süni intellekt (Artificial General Intelligence, AGI) qapayır – sorğu iştirakçılarının 27%-i onun potensialını qeyd edir.

“Bir çox şirkətlər üçün süni intellektin tətbiqi rəqabətqabiliyyətliliyin qorunub saxlanılması üçün zəruri şərtə çevrilir. Lakin əsas məsələ sadəcə yeni texnologiyalara yiyələnmək deyil, həm də onlarla əlaqəli riskləri başa düşmək və onları idarə etməyi bacarmaqdır. Nəticədə biznesin təhlükəsizliyini təhlükə altına qoymadan süni intellektin potensialından istifadə edə bilən təşkilatlar qazanacaqlar. Buna nail olmağın yollarından biri kiberimmunitetdir: elə bir yanaşma ki, burada süni intellekt sistemlərinin və agentlərinin təhlükəsizliyi hələ onların layihələndirilməsi mərhələsində qoyulur”, – deyə “Kaspersky” Laboratoriyasının Rusiya və MDB ölkələrində biznesin inkişafı üzrə vitse-prezidenti Anna Kulatшоva şərh edir.

Yeni imkanlar – yeni risklər. Süni intellekt agentləri təşkilatlarda getdikcə daha geniş yayılmış olduğundan, belə alətlərin aşkarlanması, izlənilməsi və onlara nəzarət olunması İT-təhlükəsizlik komandaları qarşısında duran əsas vəzifələrdən biridir.

“Süni intellekt agentləri və onlarla əlaqəli alətlər korporativ infrastrukturda getdikcə daha fəal şəkildə istifadə olunur. Onlar istifadəçi hüquqları ilə müxtəlif əməliyyatlar yerinə yetirə, o cümlədən verilənlərə müraciət edə, əmrlər işə sala və xarici xidmətlərlə qarşılıqlı əlaqədə ola bilərlər. Bu, yeni İT-təhlükəsizlik riskləri yaradır, xüsusən də əgər belə alətlərin istifadəsi təhlükəsizlik xidmətinin nəzarətindən kənarda və işlənib hazırlanmış təhlükəsizlik siyasətləri tətbiq olunmadan baş verərsə. Texnologiyadan maksimum fayda əldə etmək üçün təşkilatlara təhdidlər landşaftının tam görünməsini təmin edən və riskləri, o cümlədən süni intellektlə əlaqəli riskləri aşkar edib qarşısını almağa imkan verən ekspert səviyyəli kiberkəşfiyyat xidmətləri də daxil olmaqla, müasir mühafizə vasitələri lazımdır”, – deyə “Kaspersky” Laboratoriyasının antivirus tədqiqatları laboratoriyasının rəhbəri Vladimir Kuskov qeyd edir.

“Süni intellekt agentlərinin korporativ infrastruktura tətbiqi informasiya təhlükəsizliyinə yanaşmaların yenidən nəzərdən keçirilməsini tələb edir. Nəzərə almaq vacibdir ki, belə alətlər korporativ verilənlərə giriş əldə edə, əmrlər yerinə yetirə və xarici xidmətlərlə qarşılıqlı əlaqədə ola bilərlər. Buna görə də şirkətlər onların səlahiyyətlərinə nəzarət etməli, hərəkətlərini izləməli və anomal fəaliyyəti vaxtında aşkar etməlidirlər. Mühafizəyə kompleks yanaşma olmasa, hətta faydalı süni intellekt alətləri belə kiberhücumlar üçün əlavə giriş nöqtəsinə çevrilə bilər”, – deyə “Kaspersky” Laboratoriyasının Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov şərh edir.

“Kaspersky” Laboratoriyası texnologiyaların inkişafını diqqətlə izləyir və yeni təhdidlərə vaxtında reaksiya vermək üçün öz həllərini daim yeniləyir. Süni intellekt agentləri ilə əlaqəli riskləri azaltmaq üçün ekspertlər təşkilatlara aşağıdakıları tövsiyə edirlər:

  • pisniyyətlilərin süni intellekt agentlərindən istifadə etməsinin aktual ssenarilərindən xəbərdar olmaq üçün kiberəks-təhdidlər landşaftındakı dəyişiklikləri izləmək. Məsələn, qlobal təhdid məlumatlarına çıxışı təmin edən “Kaspersky Threat Intelligence” xidmətləri kompleksi vasitəsilə. Xüsusilə, portalda müxtəlif süni intellekt agentlərinin təsvirləri və pisniyyətlilər tərəfindən onlardan istifadə üsulları olan profillər mövcuddur;
  • son nöqtələrin mühafizəsi həllərindən, məsələn, “Kaspersky EDR Expert”dən istifadə etmək. Süni intellekt agentləri öz mahiyyətinə görə əməliyyat sistemində son nöqtələrdə icra olunan proqramlardır (proseslərdir) və həmçinin belə prosesləri işə sala bilərlər. Həll süni intellekt agentlərinin mövcudluğunu və işə düşməsini aşkar edir, onların fəaliyyətini izləyir və şübhəli hərəkətlər baş verdikdə onlara reaksiya verilməsini təmin edir;
  • süni intellekt agentlərinin işə salınmasına nəzarət etmək və onu məhdudlaşdırmaq üçün həll quraşdırmaq. Məsələn, belə imkanlar “Kaspersky” biznes üçün təhlükəsizlik həllində nəzərdə tutulub. O, “Tətbiqlərə nəzarət” komponentinin köməyi ilə süni intellekt agentlərinin mövcudluğunu aşkar etməyə və onların işini tənzimləməyə imkan verir, “Veb-nəzarət” komponentinin köməyi ilə isə istifadəçilərin müəyyən veb-resurs kateqoriyalarına çıxışını idarə etmək mümkündür;
  • potensial olaraq zərərli təlimatları (skilləri), o cümlədən etibarsız xarici mənbələrdən yüklənənləri aşkar etmək üçün quraşdırılmış tətbiqləri və süni intellekt agentlərini təhlil etmək. Bunun üçün belə təhdidləri aşkar etməyə kömək edən, həmçinin LLM modellərinin fayllarını zərərli kodun olub-olmamasını yoxlayan “Kaspersky Scan Engine”dən istifadə etmək olar.

“Kaspersky” Laboratoriyasının məhsullarının süni intellekt təhdidlərini necə yumşaltması haqqında ətraflı məlumatı Securelist.ru saytından öyrənmək olar.

Süni intellekt agentlərindən istifadənin hansı risklərlə müşayiət oluna biləcəyini və onları necə aradan qaldırmağın mümkün olduğunu “Kaspersky” Laboratoriyasının ekspertləri tərəfindən hazırlanmış “Kiberimmunitet prizmasından süni intellekt agentlərinin təhlükəsizliyi” kitabçasından öyrənmək olar. Sənəd ilk növbədə informasiya təhlükəsizliyi və informasiya texnologiyaları direktorları, İT-rəhbərlər, memarlar və tərtibatçılar üçün nəzərdə tutulub.

Süni intellekt agentlərinin təhlükəsiz tətbiqi təcrübəsi barədə ayrıça olaraq “Bulud tipli süni intellekt agentlərinin işlənmə proseslərinə təhlükəsiz tətbiqi: Kaspersky Laboratoriyasının təcrübəsi” məqaləsindən oxumaq olar. Orada şirkət ekspertləri yuxarıda sadalanan bütün risklər nəzərə alınmaqla proqram təminatının işlənməsi proseslərində bulud tipli süni intellekt agentlərindən necə istifadə etməkdən bəhs edirlər.

* Sorğu 2026-cı ildə keçirilib. Onda 18 ölkədən müxtəlif sahələri əhatə edən təşkilatlarda kibertəhlükəsizliyə cavabdeh olan 1800 əməkdaş iştirak edib.

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: IT Kaspersky kibertəhlükəsizlik Süni intellekt

Post navigation

Əvvəlki: Sabahın hava proqnozu açıqlanıb
Sonrakı: Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişdirilib

Bölmənin digər xəbərləri

Huawei MateBook Fold S təqdim edildi
  • Texnologiya

Huawei MateBook Fold S təqdim edildi

KiberSözçü 25 Noyabr, 2026
Huawei Sense G1 təqdim olundu — qanda qlükoza səviyyəsini fasiləsiz izləyən yeni sensor
  • Texnologiya

Huawei Sense G1 təqdim olundu — qanda qlükoza səviyyəsini fasiləsiz izləyən yeni sensor

KiberSözçü 25 Noyabr, 2026
“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib
  • Texnologiya

“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib

KiberSözçü 24 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam Bee Business Epic Games Store Google Huawei informasiya təhlükəsizliyi innovasiya Kaspersky kibertəhlükəsizlik Kiber təhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar Pulsuz Reytinq Rəqəmsal İmza Sense G1 smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 525)
  • Dünya (1. 149)
  • Gündəm (3. 551)
  • İdman (266)
  • İqtisadiyyat (181)
  • Kateqoriyasızlar (261)
  • Kriminal (320)
  • Mədəniyyət (101)
  • Siyasət (454)
  • Texnologiya (89)

Xəbər Trendi

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib 6b082f92290a16b082 v2290a0 1
  • Cəmiyyət

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib

26 Noyabr, 2026
Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb 6b082db4139286 v1307b8ae70b (1) 2
  • Kateqoriyasızlar

Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb

26 Noyabr, 2026
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb 6b082a5473d6c6b082a5vd686b082a5473d6a 3
  • Cəmiyyət

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

26 Noyabr, 2026
Azərbaycan-Litva Dəyirmi Masası keçirilib 6b081e8ae443cva6b081e8ae443b (1) 4
  • Cəmiyyət

Azərbaycan-Litva Dəyirmi Masası keçirilib

26 Noyabr, 2026
Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq 6b0814d9d0d v0814d9d0df5 5
  • Cəmiyyət

Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

26 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3525) Dünya (1149) Gündəm (3551) Kateqoriyasızlar (261) Kriminal (320) Mədəniyyət (101) Siyasət (454) Texnologiya (89) İdman (266) İqtisadiyyat (181)

Sayt üzrə statistika

  • 2
  • 342
  • 232
  • 17. 511

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.