Skip to content
24 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • NETTY 2026 nominantların seçiminə başlayır
  • Texnologiya

NETTY 2026 nominantların seçiminə başlayır

Noyabrın 24-də Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY 2026-nın növbəti mərhələsi — nominantların seçimi başlayır. Müsabiqədə 350-dən çox layihə iştirak edir.
KiberSözçü 24 Noyabr, 2026
NETTY 2026 nominantların seçiminə başlayır

Noyabrın 24-də Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY 2026-nın növbəti mərhələsi — nominantların seçimi başlayır. Müsabiqədə 350-dən çox layihə iştirak edir. Dekabrın 4-dək Ekspert Şurası və internet istifadəçilərindən ibarət Virtual Münsiflər Heyəti səs verərək final mərhələsinə keçəcək layihələri müəyyənləşdirəcəklər.

İştirakçıların statistikası

Müsabiqənin iştirakçıları arasında 257 veb-sayt, 46 tətbiq və 51 sosial şəbəkə layihəsi var. Ümumi sayda onların payı yuvarlaq hesabla müvafiq olaraq 72%, 13% və 15% təşkil edir.

Ən çox layihə “Rəqəmsal iqtisadiyyat, biznes və fintex” nominasiyasında təqdim olunub — 114 layihə. Sonrakı yerlərdə “Media, mədəniyyət və rəqəmsal kontent” — 70 layihə və “Elm, təhsil və rəqəmsal savadlılıq” — 64 layihə gəlir. Bu üç nominasiya birlikdə iştirakçıların təxminən 70%-ni əhatə edir.

Nominantlar necə seçiləcək

Ekspert Şurası yeddi əsas nominasiyada veb-saytları, tətbiqləri və sosial şəbəkə səhifələrini ayrı-ayrılıqda qiymətləndirəcək. Hər istiqamət üzrə ən çox səs toplayan üç layihə nominant olacaq. Beləliklə, hər üç istiqamət üzrə müsabiqə keçirilən nominasiyada doqquz nominant müəyyənləşir. Finalda Akademiya hər üçlükdən bir qalib seçərək ən yaxşı veb-saytı, tətbiqi və sosial şəbəkə səhifəsini mükafatlandıracaq. Layihələr ideya, məzmun və icra meyarları üzrə qiymətləndirilir.

Virtual Münsiflər Heyəti isə bütün iştirakçılar arasından yalnız ayrıca “Virtual münsiflər heyətinin seçimi” nominasiyası üzrə üç nominantı müəyyənləşdirəcək. Bu seçimdə layihənin hansı əsas nominasiyaya və növə aid olmasının fərqi yoxdur.

İnternet istifadəçiləri netty.az saytının Virtual jüri bölməsində Google hesabı ilə daxil olaraq səsverməyə qoşula bilərlər. Hər layihəyə bir dəfə səs vermək olar. İstifadəçi istədiyi sayda layihəni dəstəkləyə bilər. Ən çox səs toplayan üç layihə “Virtual münsiflər heyətinin seçimi” mükafatının nominantı olacaq.

Final səsverməsi və mükafatlandırma

Seçim mərhələsi dekabrın 4-də başa çatacaq. Nominantların yekun siyahısı seçim nəticələri əsasında elan ediləcək. Dekabrın 5-dən 15-dək NETTY Akademiyası əsas nominasiyalar və “Virtual münsiflər heyətinin seçimi” üzrə nominantlar arasından qalibləri müəyyənləşdirəcək.

NETTY 2026-nın qalibləri dekabrın 16-da keçiriləcək təntənəli mükafatlandırma mərasimində rəsmi elan olunacaq. Bütün nominantlar mərasimə dəvət ediləcək. Nominantlara diplomlar, qaliblərə isə NETTY mükafatları təqdim olunacaq.

2004-cü ildə təsis edilmiş NETTY Azərbaycanın ilk internet mükafatıdır. Bu il müsabiqə 21-ci dəfə keçirilir.

NETTY 2026-nın tərəfdaşları

Rəsmi tərəfdaşlar — AZINTELECOM, Bolt for Business.
Tərəfdaşlar — MSolution | Chewick, Ultra Technologies, SmartHost, Savalan, Renley, Online.az.
İnformasiya tərəfdaşları — Report İnformasiya Agentliyi, InfoCity, Technote.az, “Kaspi” qəzeti, Oxu.az, Baku.ws, Baku.TV, Media.az, Azərbaycan Fotoqrafları Birliyi, ALR MEDIA, Sapunov Online, Banks.az.

İştirakçılar, səsvermə və müsabiqə haqqında ətraflı məlumat netty.az saytındadır. Əməkdaşlıq və əlavə suallar üçün info@netty.az ünvanına yaza bilərsiniz.

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: Azərbaycan İnternet Mükafatı NETTY 2026 Nominantlar Texnologiya

Post navigation

Əvvəlki: NETTY 2026 nominantların seçiminə başlayır
Sonrakı: NETTY 2026 nominantların seçiminə başlayır

Bölmənin digər xəbərləri

“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib
  • Texnologiya

“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib

KiberSözçü 24 Noyabr, 2026
NETTY 2026 nominantların seçiminə başlayır
  • Texnologiya

NETTY 2026 nominantların seçiminə başlayır

KiberSözçü 24 Noyabr, 2026
NETTY 2026 nominantların seçiminə başlayır
  • Texnologiya

NETTY 2026 nominantların seçiminə başlayır

KiberSözçü 24 Noyabr, 2026

Teqlər

AI Android AnTuTu Apple AzInTelecom Azərbaycan Ağdam Bee biznes Business Epic Games Store Google Google Maps informasiya təhlükəsizliyi innovasiya Kiber təhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 506)
  • Dünya (1. 147)
  • Gündəm (3. 544)
  • İdman (266)
  • İqtisadiyyat (180)
  • Kateqoriyasızlar (260)
  • Kriminal (318)
  • Mədəniyyət (99)
  • Siyasət (453)
  • Texnologiya (86)

Xəbər Trendi

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar AXYkKfl13WF5e j jjT9DOt_1200 (1) 1
  • Cəmiyyət

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

24 Noyabr, 2026
2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb 92G3R8Zr7i2oA vj84nTY7ie6_1200 2
  • Cəmiyyət

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

24 Noyabr, 2026
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub Re1skwUZIjYpSvINKD Vce_1200 (1) 3
  • Cəmiyyət

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

24 Noyabr, 2026
Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq Fk9beMCbSm v0 4
  • İdman

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq

24 Noyabr, 2026
“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib “Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib 5
  • Texnologiya

“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib

24 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3506) Dünya (1147) Gündəm (3544) Kateqoriyasızlar (260) Kriminal (318) Mədəniyyət (99) Siyasət (453) Texnologiya (86) İdman (266) İqtisadiyyat (180)

Sayt üzrə statistika

  • 0
  • 240
  • 144
  • 17. 245

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.