Skip to content
24 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Texnologiya
  • NETTY 2026 nominantların seçiminə başlayır
  • Texnologiya

NETTY 2026 nominantların seçiminə başlayır

Noyabrın 24-də Azərbaycanın 21-ci Milli İnternet Mükafatı olan NETTY 2026-nın növbəti mərhələsi — nominantların seçimi başlayır. Müsabiqədə 350-dən çox layihə iştirak edir.
KiberSözçü 24 Noyabr, 2026
NETTY 2026 nominantların seçiminə başlayır

Noyabrın 24-də Azərbaycanın 21-ci Milli İnternet Mükafatı olan NETTY 2026-nın növbəti mərhələsi — nominantların seçimi başlayır. Müsabiqədə 350-dən çox layihə iştirak edir. Dekabrın 4-dək Ekspert Şurası və internet istifadəçilərindən ibarət Virtual Münsiflər Heyəti finala çıxacaq layihələri müəyyənləşdirəcək.

İştirakçıların statistikası

Müsabiqə iştirakçıları arasında 257 veb-sayt, 46 tətbiq və sosial şəbəkələrdə 51 layihə var. Yuvarlaqlaşdırılmış şəkildə onların payı uyğun olaraq 72%, 13% və 15% təşkil edir.

Ən çox layihə «Rəqəmsal iqtisadiyyat, biznes və fintex» nominasiyasında təqdim olunub — 114. Onları «Media, mədəniyyət və rəqəmsal məzmun» — 70 layihə və «Elm, təhsil və rəqəmsal savadlılıq» — 64 layihə izləyir. Birlikdə bu üç nominasiya iştirakçıların təxminən 70%-ni birləşdirir.

Nominantlar necə seçiləcək

Ekspert Şurası veb-saytları, tətbiqləri və sosial şəbəkələrdəki səhifələri yeddi əsas nominasiyanın hər birində ayrı-ayrılıqda qiymətləndirəcək. Öz istiqamətində ən çox səs toplamış üç layihə nominant olacaq. Beləliklə, müsabiqənin bütün üç istiqamət üzrə keçirildiyi nominasiyada doqquz nominant olacaq. Finalda Akademiya hər üçlükdən bir qalib — ən yaxşı sayt, ən yaxşı tətbiq və sosial şəbəkələrdə ən yaxşı səhifə seçəcək. Layihələr üç meyar — ideya, məzmun və icra üzrə qiymətləndirilir.

Virtual Münsiflər Heyəti ümumi iştirakçı sayından yalnız «Virtual Münsiflər Heyətinin seçimi» adlı ayrı mükafat üçün üç nominant seçəcək. Bu seçildə əsas nominasiya və layihənin növü əhəmiyyət daşımır.

Səs vermək üçün internet istifadəçiləri netty.az saytındakı «Virtual Münsiflər Heyəti» bölməsinə Google vasitəsilə daxil olmalıdırlar. Hər bir layihə üçün bir səs vermək olar. İstənilən sayda layihəni dəstəkləmək mümkündür. Ən çox səs toplamış üç layihə «Virtual Münsiflər Heyətinin seçimi» mükafatına nominant olacaqlar.

Final səsverməsi və təltifetmə

Seçim dekabrın 4-də başa çatacaq. Bu mərhələnin nəticələrinə əsasən yekun nominantlar siyahısı elan olunacaq. Dekabrın 5-dən 15-dək NETTY Akademiyası əsas nominasiyalar və «Virtual Münsiflər Heyətinin seçimi» mükafatı üzrə nominantlar arasından qalibləri müəyyən edəcək.

NETTY 2026-nın qalibləri dekabrın 16-da təntənəli mükafatlandırma mərasimində rəsmi olaraq elan olunacaqlar. Tədbirə bütün nominantlar dəvət olunacaqlar. Onlara diplomlar, qaliblərə isə NETTY mükafatları təqdim ediləcək.

NETTY 2004-cü ildə təsis edilmiş Azərbaycanın ilk internet mükafatıdır. Bu il müsabiqə 21-ci dəfə keçirilir.

NETTY 2026-nın tərəfdaşları

Rəsmi tərəfdaşlar — AZİNTELECOM, Bolt for Business.

Tərəfdaşlar — MSolution | Chewick, Ultra Technologies, SmartHost, Savalan, Renley, Online.az.

İnformasiya tərəfdaşları — Report İnformasiya Agentliyi, InfoCity, Technote.az, «Kaspi» qəzeti, Oxu.az, Baku.ws, Baku.TV, Media.az, Azərbaycan Fotoqraflar İttifaqı, ALR MEDIA, Sapunov Online, Banks.az.

İştirakçılar, səsvermə və müsabiqə haqqında ətraflı məlumat netty.az saytındadır. Əməkdaşlıq məsələləri üçün info@netty.az ünvanına müraciət edin.

Mənbə: infocity.tech
Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala
Tags: Azərbaycan İnternet Mükafatı NETTY 2026 Nominantlar Texnologiya

Post navigation

Əvvəlki: Yağış yağacaq, külək əsəcək – SABAHIN HAVASI
Sonrakı: NETTY 2026 nominantların seçiminə başlayır

Bölmənin digər xəbərləri

“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib
  • Texnologiya

“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib

KiberSözçü 24 Noyabr, 2026
NETTY 2026 nominantların seçiminə başlayır
  • Texnologiya

NETTY 2026 nominantların seçiminə başlayır

KiberSözçü 24 Noyabr, 2026
NETTY 2026 nominantların seçiminə başlayır
  • Texnologiya

NETTY 2026 nominantların seçiminə başlayır

KiberSözçü 24 Noyabr, 2026

Teqlər

AI Android AnTuTu Apple AzInTelecom Azərbaycan Ağdam Bee biznes Business Epic Games Store Google Google Maps informasiya təhlükəsizliyi innovasiya Kiber təhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 506)
  • Dünya (1. 147)
  • Gündəm (3. 544)
  • İdman (266)
  • İqtisadiyyat (180)
  • Kateqoriyasızlar (260)
  • Kriminal (318)
  • Mədəniyyət (99)
  • Siyasət (453)
  • Texnologiya (86)

Xəbər Trendi

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar AXYkKfl13WF5e j jjT9DOt_1200 (1) 1
  • Cəmiyyət

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

24 Noyabr, 2026
2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb 92G3R8Zr7i2oA vj84nTY7ie6_1200 2
  • Cəmiyyət

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

24 Noyabr, 2026
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub Re1skwUZIjYpSvINKD Vce_1200 (1) 3
  • Cəmiyyət

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

24 Noyabr, 2026
Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq Fk9beMCbSm v0 4
  • İdman

Sabah Bakı metrosunun Qırmızı xəttində iş saatı uzadılacaq

24 Noyabr, 2026
“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib “Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib 5
  • Texnologiya

“Kaspersky” Google xidməti vasitəsilə kompensasiya ödənişləri haqqında fırıldaqçı e-poçt bildirişləri aşkar edib

24 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3506) Dünya (1147) Gündəm (3544) Kateqoriyasızlar (260) Kriminal (318) Mədəniyyət (99) Siyasət (453) Texnologiya (86) İdman (266) İqtisadiyyat (180)

Sayt üzrə statistika

  • 0
  • 240
  • 144
  • 17. 245

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.