Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə bu gün start veriləcək.
Əvvəlcə “Turan Tovuz” “Zirə” ilə üz-üzə gələcək.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 17:30-da start götürəcək.
Ardınca turnirin son qalibi “Sabah” “Qarabağ”la münasibətlərə aydınlıq gətirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.
Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.
