Skip to content
18 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
  • Cəmiyyət
  • Gündəm

Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində sayca beşinci müsabiqənin qalibləri Məmməd Balacanov və Ramil Hüseynzadə
Cavidan 2 Aprel, 2026
W3QAgzT3wa2owQ v

Ədliyyə naziri Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin Mentorluq Proqramı çərçivəsində sayca beşinci müsabiqənin qalibləri Məmməd Balacanov və Ramil Hüseynzadə ilə görüşüb.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fərid Əhmədov qalibləri müsabiqədə əldə etdikləri uğur münasibətilə təbrik edib, müsabiqənin onların gələcək inkişafında önəmini vurğulayıb. Nazir qaliblərin peşəkar inkişafına dəstək məqsədilə öz təcrübəsini bölüşüb, onlara gələcək fəaliyyətlərində faydalı olacaq tövsiyələr verib. Fərid Əhmədov “Yüksəliş” müsabiqəsinin potensiallı kadrların üzə çıxarılmasında mühüm rol oynadığını vurğulayıb və dövlət idarəçiliyinə töhfə verməsi baxımından mühüm təşəbbüs olduğunu qeyd edib.

Nazir qaliblərin fikirlərini dinləyib, mentorluq proqramı çərçivəsində görüləcək işləri qeyd edib, birillik fərdi inkişaf planının icrasından bəhs edib. Görüşdə həmçinin vurğulanıb ki, qaliblərin mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Ədliyyə Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.

Qaliblər Mentorluq Proqramının onların idarəetmə bacarıqlarının formalaşmasına mühüm töhfə verdiyini bildirib, bu çərçivədə əldə etdikləri bilik və təcrübənin praktiki baxımdan əhəmiyyətini vurğulayıblar.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib. Müsabiqə qalibləri bir il müddətində mentor dəstəyi ilə fərdi inkişaf planı əsasında fəaliyyət göstərir və 20 min manat məbləğində mükafat əldə edirlər.

Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: ETX: Vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb
Sonrakı: Aprelin ilk ongünlüyündə hava şəraiti qeyri-sabit olacaq

Bölmənin digər xəbərləri

buTjbMbyi6_1200 (1)
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Cavidan 17 Oktyabr, 2026
cSbeaGkhvXU0 v
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

Cavidan 17 Oktyabr, 2026
Ni14yWlichJYsbfPxGKVaqc b
  • Cəmiyyət

Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür

Cavidan 17 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple AzInTelecom Bankçılıq bazar Bee Birbank Business ChatGPT Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq Fujifilm Gadget geympad Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Qadcetlər Reytinq Rəqəmsal İmza Samsung Science smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (17)

Xəbər Trendi

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 2
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 3
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026
Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq buTjbMbyi6_1200 (1) 4
  • Cəmiyyət

Bazar günü Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

17 Oktyabr, 2026
Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb cSbeaGkhvXU0 v 5
  • Cəmiyyət

Zabrat–Maştağa avtomobil yolununun bir hissəsi bağlanıb

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (17) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 1
  • 3
  • 3
  • 4. 893

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.