Skip to content
19 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • İdman
  • Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH
  • İdman

Makron üçün 10 sentyabr kabusu: Fransa yeni etiraz dalğasının astanasında – ŞƏRH

Fransa iqtisadiyyatındakı problemlər, xarici dövlət borcunun yüksək olması və hökumətin bununla bağlı atmaq istədiyi addımlar kəskin narazılıq dalğasına
Cavidan 21 Avqust, 2025
0cb1f466-3031-335c-9622-bab34f7a6f8b_850

Fransa iqtisadiyyatındakı problemlər, xarici dövlət borcunun yüksək olması və hökumətin bununla bağlı atmaq istədiyi addımlar kəskin narazılıq dalğasına rəvac verə bilər.

Baş nazir Fransua Bayrun 44 milyard avro məbləğində qənaəti nəzərdə tutan 2026-cı il büdcə layihəsini elan etdikdən sonra sosial şəbəkələrdə “10 sentyabr səfərbərliyi” adlı yeni etiraz hərəkatı başlayıb. Onun əsas şüarlarından biri “hər şeyi 10 sentyabrda bloklayacağıq”dır. Qeyd edilir ki, “bu tətil deyil, xalqın dinc üsyanıdır”. Şəhərlər üzrə fəaliyyətləri tənzimləmək üçün Telegram qrupların yaradılacağı da bildirilir.

Yayılan mesajlar onu göstərir ki, hərəkatın məqsədi sentyabrın 10-dan etibarən Fransada bütün fəaliyyəti tam və müddətsiz dayandırmaq, ölkəni bir növ iflic vəziyyətinə salmaqdır. Sosial şəbəkələrdə fəaliyyət göstərən qruplar müxtəlif cür aksiyalara, o cümlədən mitinqlərə, tətillərə, eləcə də məktəbi, işləməyi, kart ödənişlərini, istehlakı dayandırmağa, bank hesablarından pulları çıxarmağa çağırırlar. Onlar dövlət təsisatlarının fəaliyyətini sarsıtmaqla “təşkil edilmiş reketçiliyə dayan” demək istəyirlər.

Hərəkatın təşkilatçıları haqqında məlumat verilmir. Adətən, Fransada etiraz nümayişləri həmkarlar ittifaqlarının təşəbbüsü və təşkilatçılığı ilə keçirilir, lakin bu dəfə həmkarlar təşkilatları heç bir rol oynamırlar. Səfərbərlik onlardan kənarda formalaşır ki, bu da vəziyyətin nəzarətdən çıxmaq ehtimalını artırır.

Hərəkat üzvləri heç bir partiyanı təmsil etmədiklərini, onların fəaliyyətindən siyasi partiyaların bəhrələnməsindən ehtiyat etdiklərini yazır, lakin müşahidəçilər onların şüarlarının daha çox sol düşərgəyə yaxın olduqlarını qeyd edirlər. Bəzi müşahidəçilər bunun aşağıdan gələn pərakəndə təşkilatlanma olduğu və “sarı jiletlər”ə bağlı qruplar tərəfindən tədricən yönləndirildiyi qənaətindədir.

Hərəkatın sürətlə genişlənməsi hakimiyyət düşərgəsində ciddi narahatlıq yaradıb. Onlar 2018-ci ilin payızında meydana çıxan “sarı jiletlilər” hərəkatına oxşar etirazların yenidən yaşanmasından ehtiyat edirlər. Hakimiyyətin əsas məqsədi hazırkı əlverişsiz siyasi şəraitdə 2027-ci il prezident seçkilərinə qədər mövcudluğunu davam etdirməkdir. Prezident Emmanuel Makron daxili siyasətə faktiki olaraq qarışmır, son müsahibəsində parlamentin buraxılması ideyasını istisna etməklə bu vəziyyətlə barışdığını və yalnız xarici siyasətlə məşğul olacağını etiraf etmiş olub. O, baş nazir Fransua Bayrunun 2027-ci ilə qədər vəziyyətin öhdəsindən gələ biləcəyinə inandığını bildirib.

Lakin hökuməti devirib, prezidentin istefasına və növbədənkənar prezident seçkilərinə nail olmaq istəyən qüvvələr hazırkı vəziyyətdən yararlanmaq istəyirlər. Artıq ifrat sağ “Üsyankar Fransa” hərəkatının lideri Jan-Lük Melanşon avqustun 17-də hazırkı hakimiyyəti “bitirmək” istəyən “xalq təşəbbüsünü” dəstəklədiyini ifadə edib.

Yaranmış vəziyyətdə Fransa hökuməti çətin duruma düşə bilər. Sentyabr ayında, bir tərəfdən, küçələrdə etirazlar başlaya, digər tərəfdən isə tətildən qayıdan parlamentdə büdcə layihəsi müzakirəsi olunarkən hökumətə etimadsızlıq təklifi səsverməyə çıxarıla bilər. Təsadüfi deyil ki, Jan-Lük Melanşon deputatları hökuməti devirməyə çağırıb. Onun partiyasının hökumətə etimadsızlıq təklifi ilə çıxış edəcəyi gözlənilir.

Həmkarlar təşkilatları da büdcə layihəsinə qarşıdırlar və sentyabrın əvvəlində görüşüb atacaqları addımları müzakirə etməlidirlər. Onlar kollektiv şəkildə büdcəyə etiraz imzası toplamağa başlayıblar və 275 mindən çox imzanı artıq toplayıblar. “Fəhlə Gücü” (FO) təşkilatı müzakirələri gözləmədən sentyabr ayında etiraz nümayişi keçirəcəyi ilə bağlı məlumat verib. “Ümumi Əmək Konfederasiyası”nın (CGT) bəzi departament filialları ayın 10-da səfərbər olunmağa çağırışlar edib, lakin “10 sentyabr səfərbərliyi”nə qoşulma ilə bağlı yekun qərar yoxdur.

Hələlik, Yelisey sarayı və Daxili İşlər Nazirliyi konkret fikir bildirməkdən yayınır, onlar məlumat topladıqlarını və müşahidə etdiklərini bəyan edir və hərəkatın sentyabr ayında özünü necə büruzə verəcəyi ilə bağlı fikir söyləməyin tez olduğunu bildirirlər. Hərəkatın hansı gücə malik olması ilə bağlı da aydın mülahizə yoxdur.

Qeyd edək ki, Fransa Avropa İttifaqının ikinci iqtisadiyyatı sayılsa da, inkişaf templərinə görə Avropa üzrə orta göstəricilərdən geri qalır. Baş nazir Fransua Bayrun təklif etdiyi qənaət paketini xarici dövlət borcunun yüksək olması ilə əlaqələndirib. Təklif qəbul olunarsa dövlət qurumlarının birləşdirilməsi, pensiya və sosial müavinətləri də əhatə edən bir sıra xərc maddələrinin dondurulması və hətta iki dövlət bayramının ləğvi nəzərdə tutur.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Xocalı soyqırımı zamanı Ermənistan ordusunun girov götürdüyü azərbaycanlı: Həyat yoldaşımın başını kəsdilər
Sonrakı: Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub

Bölmənin digər xəbərləri

  • Gündəm

Azərbaycan Premyer Liqasında bu gün “Qarabağ” “Neftçi” ilə qarşılaşacaq

Cavidan 17 Oktyabr, 2026
753c2c08-584e-3583-a7ea v
  • İdman

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Cavidan 15 Oktyabr, 2026
v3BCXODwt_1200
  • Gündəm

İlham Əliyev: “Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır”

Cavidan 14 Oktyabr, 2026

Teqlər

Agent A: A Puzzle in Disguise Aktiv yaddaş Android ani çap AnTuTu Apple AzInTelecom Bad Cheese bazar Business Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Microsoft Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Reytinq Roadster Rəqəmsal İmza sahibkarlar Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World İlon Mask

Bölmələr

  • Cəmiyyət (3. 307)
  • Dünya (1. 085)
  • Gündəm (3. 467)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (441)
  • Texnologiya (19)

Xəbər Trendi

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək 6ad5fd84067396ad5fd8406 v 1
  • Dünya

Fransada iğtişaşlar fonunda bəzi şəhərlərdə komendant saatı tətbiq ediləcək

19 Oktyabr, 2026
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb – FOTO zWaX0A6DtvzX9S4RRYa b 2
  • Cəmiyyət

Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb – FOTO

19 Oktyabr, 2026
Bir qrup energetik təltif edilib – Sərəncam 6cfa4b76-74f1-39d8-a59v 3
  • Gündəm

Bir qrup energetik təltif edilib – Sərəncam

19 Oktyabr, 2026
Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər 4
  • Texnologiya

Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər

19 Oktyabr, 2026
Sabah rayonlara yağış yağacaq 9104b958-1e43-45d4-86fbv 5
  • Cəmiyyət

Sabah rayonlara yağış yağacaq

19 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3307) Dünya (1085) Gündəm (3467) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (441) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 79
  • 73
  • 4. 917

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.