Skip to content
27 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • “Qarabağ” – “Lion”: Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli – ARAŞDIRMA
  • Gündəm
  • İdman

“Qarabağ” – “Lion”: Azərbaycan çempionunun Fransa klublarına qarşı 11-ci dueli – ARAŞDIRMA

UEFA Avropa Liqasının Liqa mərhələsində “Lion”la oyun “Qarabağ”ın avrokuboklarda Fransa təmsilçilərinə qarşı 11-ci matçı olacaq. “Köhlən atlar” indiyədək
Cavidan 26 Noyabr, 2024
80602aa9-eab4-3dec-a4cf-c4e2e4f3d190_850

UEFA Avropa Liqasının Liqa mərhələsində “Lion”la oyun “Qarabağ”ın avrokuboklarda Fransa təmsilçilərinə qarşı 11-ci matçı olacaq.

“Köhlən atlar” indiyədək bu ölkənin beş klubu ilə üz-üzə gəlib.

Azərbaycan çempionu ilk dəfə 1999-cu ildə İntertoto Kubokunda “Monpelye”yə rəqib olub. Turnirin II t’snifat mərhələsinin Bakıda baş tutan oyununda 0:3 hesabı ilə uduzan ağdamlılar səfərdə 6 cavabsız qola üzülüblər.

“Qarabağ” daha sonra 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində “Sent Etyen”lə qarşılaşıb. Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan I turun oyununda qolsuz heç-heçəyə razılaşıblar. Fransada gerçəkləşən V turun matçında da qalib müəyyənləşməyib – 1:1.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2015/2016 mövsümündə eyni turnirin qrup mərhələsində “Monako” ilə qarşılaşıb. III turda II Lui stadionunda məğlub olan (0:1) Ağdam təmsilçisi IV turda Bakıda bərabərliklə (1:1) kifayətlənib.

Azərbaycan çempionunun 2021/2022 mövsümündə başqa turnirdə – UEFA Konfrans Liqasında Fransa klubu ilə yolu kəsişib. Qrup mərhələsində ikinci olan komanda pley-offda “Marsel”ə rəqib olub. Hər iki matç Liqa 1 təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:0, 3:1.

“Qarabağ” son olaraq 2022/2023 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Nant”la qarşılaşıb. II turda Bakıda 3 cavabsız qolla qalib gələn təmsilçimiz V turda məğlubiyyətlə (1:2) üzləşib.

Beləliklə, “köhlən atlar” bu qarşılaşmaların 1-də qələbə qazanıb, 3-də heç-heçə edib, 6-da isə uduzub. Komandanın 7 qoluna rəqiblər 20 qolla cavab veriblər.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunun noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil ediləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də start götürəcək.(“Report”)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: 3 nəfər dönərdən ZƏHƏRLƏNDİ
Next: Azərbaycanda ekoloji vergilərə yenidən baxıla bilər

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.