Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Zirə”nin qonağı olacaq “Osiyek” daha bir futbolçusunu Bakıya gətirməyəcək.
Bunu baş məşqçi Federiko Koppitelli açıqlayıb. O bildirib ki, ermənistanlı mərkəz müdafiəçisi Styopa Mkrtçyan Osiyekdə qalacaq:
“Styopa Azərbaycanda özünü rahat hiss etməzdi. Ona görə də futbolçumuzu belə vəziyyətə salmaq istəmədik. Styopa olmadan da Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmağa çalışmalıyıq”.
Qeyd edək ki, “Zirə” – “Osiyek” oyunu avqustun 15-də “Liv Bona Dea Arena”da keçiriləcək. Xorvatiyadakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.(“Qafqazinfo”)