Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • Premyer Liqa: “Qarabağ” bu gün çempionluğu təmin edə bilər
  • Gündəm
  • İdman

Premyer Liqa: “Qarabağ” bu gün çempionluğu təmin edə bilər

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək. Matçlardan biri bölgədə, digəri isə paytaxtda baş
Cavidan 13 May, 2023
qarabag (1)

Bu gün Azərbaycan Premyer Liqasında XXXIV turun daha iki oyunu keçiriləcək.

Matçlardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.

Günün ilk qarşılaşmasında “Qəbələ” doğma meydanda “Turan Tovuz”u qəbul edəcək. Hazırda “qırmızı-qaralar” 48 xalla dördüncü, Tovuz klubu isə 35 xalla altıncı pillədə qərarlaşıb.

İki komanda bunadək ölkə çempionatında üç dəfə üz-üzə gəlib. İlk matçda “Qəbələ” qələbə qazanıb. Son iki görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də Elmar Baxşıyevin başçılıq etdiyi komanda üstündür – 3:1.

Günün son oyununda “Qarabağ” “ASCO Arena”da “Səbail”in qonağı olacaq. Hazırda 84 xalla turnir cədvəlinə başçılıq edən Ağdam klubu qalib gələcəyi təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcək. Elitada qalmaq uğrunda mübarizə aparan “dənizçilər” isə 25 xalla doqquzuncu sırada yer alıblar.

Komandaların indiyədək çempionatda baş tutan 22 görüşündə “köhlən atlar” 18 dəfə qələbə sevinci yaşayıblar. Bakı klubunda bu göstərici cəmi ikidir. Eyni sayda qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların nisbəti də son Azərbaycan çempionunun xeyrinədir – 47:8.

“Qarabağ” son beş oyunda qələbə qazanıb. Son yeddi matçda ən azı üç qol vurub.

Azərbaycan Premyer Liqası

XXXIV tur

13 may (şənbə)

18:00. “Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Qəbələ şəhər stadionu.

20:30. “Səbail” – “Qarabağ”

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: İlham Əliyev

“ASCO Arena”.

Qeyd edək ki, XXXIV turun açılış oyununda “Zirə” evdə “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə razılaşıb. Turun “Neftçi” – “Şamaxı” matçı mayın 14-də, “Sumqayıt” – “Sabah” qarşılaşması isə mayın 17-də keçiriləcək.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şəhid Məhəmməd Qarayev Qəbələdə dəfn olunacaq – FOTO
Next: Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 144509
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.