Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • İdman
  • DÇ-2022-də davranış qaydaları: Yerli qadınlara toxunmaq olmaz
  • İdman

DÇ-2022-də davranış qaydaları: Yerli qadınlara toxunmaq olmaz

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi turnir ərzində iştirakçılar və turistlər üçün ölkədə davranış qaydalarını dərc
Cavidan 30 Sentyabr, 2022
sss

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi turnir ərzində iştirakçılar və turistlər üçün ölkədə davranış qaydalarını dərc edib.

16 səhifəlik sənəddə akkreditə olunmuş şəxslər, habelə azarkeşlər üçün bütün təlimat və tövsiyələr sadalanır.

Təlimatın ilk hissəsi yerli sakinlərlə ünsiyyətə aiddir. Burada qeyd olunur ki, evə daxil olarkən ilk növbədə ən yaşlı şəxsə və “daha ​​yüksək statusa” malik olanlara salam vermək lazımdır.

Bildirilir ki, qətərli qadınlara toxunmaq və onlarla qucaqlaşmaq olmaz. Xanımlara müəyyən məsafə saxlayaraq şifahi salam verməyə icazə verilir. Qətərlilərlə, xüsusən də qadınlarla əl sıxmaq məsləhət görülmür.

İkinci hissədə ictimai yerlərdə davranış qaydaları təsvir olunur. Qətərlilərə nəzər salmaq “kobud və yersiz” hesab olunduğu üçün tövsiyə edilmir. Qeyd olunur ki, qətərli başqasına nə isə verirsə, onu sağ əli ilə almaq lazımdır. Ayaqları çarpaz oturmaq tövsiyə edilmir – bu, təhqir hesab olunur.

Həmçinin, ölkə qonaqlarına qadınlarla flört etmək məsləhət görülmür.

Üçüncü hissə dini məsələlərdən bəhs edir. Ölkəyə gələn qonaqlardan gündə 5 dəfə verilən azan zamanı yüksək səsli musiqini açmamaq xahiş olunur. Məsciddən başqa heç bir qanun qadınların çadra taxmasını tələb etmir, lakin onu “yerli mədəniyyətə inteqrasiya və hörmət göstərmək üçün” taxmaq yaxşı hal hesab olunur.

Dördüncü hissə geyim məsələlərinə aiddir. Ziyarətçilərdən təvazökar geyinmələri, çiyinlərini və dizlərini örtən paltarda gəzmələri xahiş olunur. Qadınlar uzun şalvar və ya ətək, sinə və boynu örtən üst paltar geyinməlidirlər. Qızlar üçün qolsuz köynəklər, qısa paltarlar və ya ətəklər, qısa toplar qəti qadağandır. Həm də paltarların çox şəffaf və ya sıx olması uyğun deyil.

Kişilərə dizlərini örtən şort geyinməyə icazə verilir. Dar şalvar, atletik şort geyinməmək tövsiyə olunur.

Sənədə əsasən, saat və ya nikah üzüyündən başqa zinət əşyaları qeyri-münasib sayılır. İslamdan başqa bir dinə aid hər hansı bir əşya varsa, onu paltarın altında saxlamaq xahiş olunur.

Qeyd edək ki, Dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Mənbə: sports.ru

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bürclər bu günə nə deyir?
Next: Bakıda hotel qiymətləri bahalaşıb? – VİDEO

Bölmənin digər xəbərləri

1mYgenY6Cy9DaaHzyv
  • İdman

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

Cavidan 26 İyun, 2026
1782304152051-664152687
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

Cavidan 24 İyun, 2026
Screenshot 2026-06-23 162549
  • İdman

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.