Skip to content
21 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 722)
  • Dünya (3. 132)
  • Gündəm (10. 895)
  • İdman (607)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 315)
  • Mədəniyyət (328)
  • Siyasət (2. 925)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Cəmiyyət
  • Cəmiyyət

Hava şəraiti ilə bağlı əhaliyə – Xəbərdarlıq

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 26-sı gündüz saatlarınadək davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir
Cavidan 25 Sentyabr, 2021

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 26-sı gündüz saatlarınadək davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi gözlənilir.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb:

“Leysan xarakterli intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Həmçinin, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən, hündür ağaclardan uzaq durmaq, elektrik dirəyi və naqillərinin altında dayanmamaq tövsiyə olunur.

Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir”.

Nazirlikdən bildirilib ki, təhlükə zamanı 112-yə zəng etmək lazımdır.

Continue Reading

Previous: Rus sülhməramlıların yeni komandanı Karapetyanla görüşdü
Next: Azərbaycanda Anım günüdür – 27 sentyabr

Bölmənin digər xəbərləri

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib
  • Cəmiyyət

Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib

21 Yanvar, 2026
ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib
  • Cəmiyyət

ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib

21 Yanvar, 2026
Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib
  • Cəmiyyət

Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib

21 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8722) Dünya (3132) Gündəm (10895) Kateqoriyasızlar (452) Kriminal (1315) Mədəniyyət (328) Siyasət (2925) Texnologiya (14) İdman (607) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Tramp: Kanada ABŞ-ın sayəsində mövcuddur 21 Yanvar, 2026
  • Ukrayna humanitar yardıma görə Azərbaycana təşəkkür edib 21 Yanvar, 2026
  • ANAMA Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirib 21 Yanvar, 2026
  • Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL 21 Yanvar, 2026
  • Misir Sülh Şurasına daxil olmaqla bağlı dəvəti qəbul edib 21 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.