Skip to content
2 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Metroda foto-video çəkmək niyə qadağandır? – RƏSMİ
  • Cəmiyyət

Metroda foto-video çəkmək niyə qadağandır? – RƏSMİ

“Metropolitendən istifadə qaydalarında video-foto çəkmək qadağası rəsmən qoyulub və səbəblər çoxdur”. “Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar
Cavidan 8 Aprel, 2022
1649404221.metro

“Metropolitendən istifadə qaydalarında video-foto çəkmək qadağası rəsmən qoyulub və səbəblər çoxdur”.

“Bakı Metropliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qadağanın səbəblərini açıqlayıb.

Bildirib ki, əsas nəqliyyat vasitəsidir ki, bu da sərnişini mənzil başına zamanında çatdırmaqdan ibarətdir:

“Sərnişinin rahat və təhlükəsiz daşınması isə ən əsas vəzifələrdir. İndi təsəvvür edin ki, metroda şəkil çəkməyə qadağa yoxdur. Hərə əlinə bir mobil cihaz alacaq, şəkil çəkəcək – eskalatorun qarşısında, üstündə, aşağı meydançada, orta zalda çəkəndə qatardan sərnişinlər axınla düşüb çıxmaq istəyəndə, ya da elə stansiya yolunda. Ən maraqlı şəkil də qatar stansiyaya girəndə çəkiləcək. Hələ mən bəy-gəlin, nə bilim filankəsin ad günü foto-videosessiyalarını demirəm. Bunlar məsələnin hələ cüzi, məhz cüzi bir qismidir.

İndi özünüzə sual verin: qadağa götürülsə, sizə və ya tanıdığınız başqa birinə metro işçisi, ya polis “burada şəkil çəkməyin, sərnişinlərə mane olursunuz” deyəndə, nə edəcəksiniz? İnanıram ki, özünüzə obyektiv cavab verəcəksiniz. Yaxud da başqa bir sərnişin “burada şəkil çəkmə, mənə mane olursan” desə və “əcəb edirəm” cavabını alıb mübahisə yaransa, nə baş verəcək.

İndi deyin, bu olmayacaq yəni? İnsanyönümlü şəhər hər şeyin hər-kəsin istədiyi kimi olması, yaxud demokratiya “ürəyim istəyir, edirəm” prinsipi ilə olmamalıdır. Bu saat bir-iki misal çəksəm, əməlli mübahisələr qızşacaq. Bir anlıq düşünək, bu foto-video qadağası götürülsə və metro işçisi kimdənsə, sərnişin təhlükəsizliyinə mane olmamağı tələb etsə, nə baş verəcək?! Metro işçisinin vəzifəsi sərnişin təhlükəsizliyini maksimum təmin etməkdir. Buna görə işçilərin nə qədər əzab-əziyyətlə qarşılaşdığını da düşünək. Hələlik qadağa qüvvədə qalsa, yaxşıdır”

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycan-İran sərhədində atışma: Ölən var
Next: Putin Jirinovski ilə vida mərasiminə gəldi – VİDEO

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 160646
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

Cavidan 2 İyul, 2026
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 684)
  • Dünya (3. 431)
  • Gündəm (11. 921)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 1
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 2
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026
Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib 3
  • Cəmiyyət

Qazaxıstanın Azərbaycandakı səfirinə yeni diplomatik rütbə verilib

2 İyul, 2026
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var Screenshot 2026-07-02 145210 4
  • Dünya

Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var

2 İyul, 2026
AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır Screenshot 2026-07-02 130551 5
  • Cəmiyyət

AAYDA: Bakıda daha iki yol sahəsində təmir işləri aparılır

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9684) Dünya (3431) Gündəm (11921) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.