Skip to content
11 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Vilayət Eyvazov Lənkəranda vətəndaşların problemini yerindəcə həll etdi – FOTOLAR
  • Cəmiyyət

Vilayət Eyvazov Lənkəranda vətəndaşların problemini yerindəcə həll etdi – FOTOLAR

Cavidan 30 Mart, 2022
1648630910.277525369_347486334073174_9087334147455382382_n

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. 

Daxili İşlər Nazirliyindən “Addim.az”a verilən məlumata görə, nazir əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib, önünə gül dəstəsi qoyub. 

Daha sonra Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasında Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının 71 sakinini qəbul edən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, problemlərinin operativ həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini  tapıb. 

Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə davamlı olaraq belə qəbulların təşkilinə, dövlət qurumlarının rəhbərləri tərəfindən ərizə və müraciətlərinə operativ yanaşılmasına, həssas münasibətə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.

Səfər çərçivəsində nazir DİN-in Daxili Qoşunlarının Lənkəranda yerləşən hərbi hissəsində də olub. General-polkovnik V.Eyvazov hərbi qulluqçuların kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu ilə maraqlanıb, silah təminatı, avtomobil və zirehli texnika parkı, ərazidə aparılan abadlıq, quruculuq işləri ilə yaxından tanış olub, həmçinin xüsusi-taktiki təlimləri izləyib. Polis əməkdaşlarının və hərbi qulluqçuların peşə və döyüş hazırlığını yüksək qiymətləndirən nazir öz tapşırıq və tövsiyələrini verib.

Daha sonra general-polkovnik V.Eyvazov Lənkəran Şəhər Rayon Polis Şöbəsində bölgə üzrə polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.  

Sıra baxışında ətraf şəhər və rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Daxili işlər orqanlarında xidmətə qəbulun şərtlərinə uyğun gələn 46 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 10-u  Vətən müharibəsi iştirakçısı, 6-sı isə şəhid ailələrinin üzvləri olublar.

Vilayət Eyvazov Lənkəranda vətəndaşların problemini yerindəcə həll etdi - FOTOLAR
Vilayət Eyvazov Lənkəranda vətəndaşların problemini yerindəcə həll etdi - FOTOLAR
Vilayət Eyvazov Lənkəranda vətəndaşların problemini yerindəcə həll etdi - FOTOLAR
Vilayət Eyvazov Lənkəranda vətəndaşların problemini yerindəcə həll etdi - FOTOLAR

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: MİDA mənzilləri 4 saniyəyə necə satıb?
Next: Prezident Ceyms Hippini qəbul edib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-10 174521
  • Cəmiyyət

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 160045
  • Cəmiyyət

Azərbaycan və Moldova hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edib

Cavidan 10 İyul, 2026
Screenshot 2026-07-10 131653
  • Cəmiyyət

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Cavidan 10 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 718)
  • Dünya (3. 452)
  • Gündəm (11. 941)
  • İdman (673)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Axtarışda olan 83 nəfər saxlanılıb Screenshot 2026-07-11 094347 1
  • Kriminal

Axtarışda olan 83 nəfər saxlanılıb

11 İyul, 2026
Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb Screenshot 2026-07-11 091708 2
  • Kriminal

Qazaxda yol qəzasında 3 nəfər xəsarət alıb

11 İyul, 2026
Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-10 174521 3
  • Cəmiyyət

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

10 İyul, 2026
Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub Screenshot 2026-07-10 172427 4
  • Dünya

Ukrayna Rusiyanın “kölgə donanması”na məxsus daha 12 gəmini vurub

10 İyul, 2026
Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH Screenshot 2026-07-10 162939 5
  • Siyasət

Avroparlanmentin Türkiyəyə qarşı iddiası – qeyri-ciddi orqana çevrilən məclis – ŞƏRH

10 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9718) Dünya (3452) Gündəm (11941) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.