Skip to content
3 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı AÇIQLANDI
  • Cəmiyyət

Ukraynadan təxliyə olunan azərbaycanlıların sayı AÇIQLANDI

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya
Cavidan 4 Mart, 2022
1646378374.6F5594E9-F12B-4CA6-9420-2749E8038036_cx0_cy4_cw0_w1200_r1

Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladırıq ki, sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, Covid-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.

Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 6500 nəfər vətəndaşımız, Polşa Respublikasına 770 nəfər vətəndaşımız, Rumıniyaya 318 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 60 nəfər vətəndaşımız, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub.

Bu günədək Rumıniya ərazisindən həyata keçirilən 5 çarter reysi ilə 900 nəfər azərbaycanlı, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub. Ukrayna ilə həmsərhəd ölkəkərdən vətəndaşlarımızın çarter reysləri, habelə avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.

Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.

Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.az elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.com elektron poçt ünvanı ilə, eləcə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin aşağıdakı qaynar xətləri ilə məlumat əldə edə bilərlər:

Telefon: +994505748595

+994506725868

+994125969422

+994125969301

Elektron poçt: mkon3@mfa.gov.az

Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcəkdir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Putinə dəstək olan ukraynalı mer ÖLDÜRÜLDÜ
Next: Rus ordusunun daha 4 PDM-i, 2 tankı məhv edildi

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-02 185609
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 182300
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

Cavidan 2 İyul, 2026
Screenshot 2026-07-02 165056
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

Cavidan 2 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 686)
  • Dünya (3. 432)
  • Gündəm (11. 923)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb Screenshot 2026-07-02 185609 1
  • Cəmiyyət

Azərbaycanda nəqliyyat sahəsində 2030-cu ilə qədər azaldılacaq karbon emissiyasının həcmi açıqlanıb

2 İyul, 2026
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb Screenshot 2026-07-02 182300 2
  • Cəmiyyət

Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb

2 İyul, 2026
Suriya və Livan arasında razılaşma imzalanıb Screenshot 2026-07-02 173056 3
  • Dünya

Suriya və Livan arasında razılaşma imzalanıb

2 İyul, 2026
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib Screenshot 2026-07-02 165056 4
  • Cəmiyyət

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib

2 İyul, 2026
Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək Screenshot 2026-07-02 160646 5
  • Cəmiyyət

Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək

2 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9686) Dünya (3432) Gündəm (11923) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.