Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?
  • Cəmiyyət

Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?

2021-ci ilin sonlarından Azərbaycan idmanında ciddi dəyişikliklərə start verilib.Əsas yeniliklər idman federasiyaları ilə bağlıdır. Ötən il noyabrın 1-dən
Cavidan 12 Fevral, 2022
1644655756_1644653088_eldar

2021-ci ilin sonlarından Azərbaycan idmanında ciddi dəyişikliklərə start verilib.
Əsas yeniliklər idman federasiyaları ilə bağlıdır. Ötən il noyabrın 1-dən başlanan proses indiyədək olimpiya növləri üzrə 18 federasiyanı əhatə edib. Bütün bu işlər Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının uğursuzluğu fonunda görülməkdədir. Atlanta-1996-dan başlayaraq, Rio-2016-dək olimpiyaçılarımızın medalları get-gedə 1-dən 18-ə yüksəlib. Amma Tokio-2020-də medal sayının 7-yə enməsi ciddi tədbirlər görməyə əsas verib.
Amma 1995-ci ildə Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə yaradılmış Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 27 ildir geriləməklə məşğuldur. Hətta o dərəcədə geriləyib ki, bir müddətdir başlanğıc nöqtəsində yerində sayır. Sayan isə bilirsinizmi kim və ya kimlərdən ibarətdir? Özünü AİJA-nın prezidenti elan edən Eldar İsmayılov və onun yaxın qohumlarından. Qoy, özlərini və digər maddiyyatları saymaqda olsunlar, biz isə idman jurnalistikasına vurduqları zərərlərə nəzər yetirək.
Hazırda 74 yaşında olan E.İsmayılovun, AİJA prezidenti olanadək idman mediasına heç bir aidiyyəti olmayıb. Bu vəzifədə yerini möhkəmlətdikdən sonra isə başlayıb qurumdan şəxsi biznesi, özü və ailəsinin xarici turist gəzintiləri üçün istifadə etməyə. Ezamiyyətlərə isə uzun müddət Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə gedib. Əvəzində təşkilatı özünə nə az-nə çox – 500 min manata yaxın borclandırıb. Bura özünə və oğluna aldığı minik avtomobilləri, benzin xərcləri, hətta şəxsi mobil danışıq və digər xərcləri “daxildir”. Yəni, vəzifəsindən getməsi üçün dolayısı ilə şərt qoyub: Kim 500 min manat versə, gedərəm.
AİJA prezidenti indiyədək yalnız 2019-cu ilin dekabrında seçki keçirib. Bu isə mərhum gənclər və idman naziri Azad Rəhimovun təşkilatın fəaliyyətsizliyindən açıq narazılıq ifadə etməsindən sonra baş verib. Həmin vaxtadək E.İsmayılov ailəsi və yaxın qohumlarının əhatəsində təşkilatını tam güvəndə hiss edib.
AİJA-nı ailə biznesi kimi idarə etməsinin nəticəsidir ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) konqreslərində, beynəlxalq media tədbirlərində iştirak üçün Azərbaycana ayrılmış pulsuz yeri ailə üzvləri və dostlarına ərməğan edib, onlardan başqa heç kimi həmin toplantılara aparmayıb. Təsəvvür edin, hansısa imkanlı şəxsə deyir ki, Avropaya getmək istəyirsənsə, vizan mənlikdir, biletləri və digər xərcləri həll et, gedək. Belə müştərilər arasında hətta İlqar Sail də olub. Halbuki səfər üçün lazımi vəsaiti Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyi ayırıb…ƏTRAFLIDirol Azerbaijan
İndiyədək Azərbaycan idman jurnalistləri bir neçə dəfə AIPS və AIPS Avropanın İdarə Heyətində təmsil olunma şansı əldə ediblər. Lakin hər dəfə AİJA prezidenti heç kimə bu imkanı verməyib. Özü namizədliyini verib, amma seçilməyib. Beləliklə, Əli aşından da olub, Vəli aşından da.
E.İsmayılovun daha bir “uğurlu” fəaliyyəti AIPS kartları biznesindədir. Bu vəsiqələrin qiyməti cəmi 40 dollar olduğu halda, özü 100 avroya satır. Onun “qurban”ları arasında Azərbaycanın bir çox jurnalistləri də var. Təkcə jurnalistlərmi? Onun tilovuna gülsatan və fermerlər də keçib!
Məsələdən AIPS prezidenti Canni Merlo da xəbərdardır. Amma o, hələlik səbrli davranır. Daha doğrusu, hər şeyi buraxıb Azərbaycan idman mediasının öhdəliyinə. Həmkarlarımızın isə AİJA-nı AİLƏ biznesinə çevirmiş “qocaman rəhbər”ə təsir imkanları yoxdur.
Hamı dövlətin məsələyə müdaxilə etməsini gözləyir. (baku.ws)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Bakıda bu tarixdə internet-telefon işləməyəcək – RƏSMİ
Next: Azərbaycan Prezidenti Şuşa Bəyannaməsini təsdiqləyib

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-13 182506
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 180049
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

Cavidan 13 İyul, 2026
Screenshot 2026-07-13 170129
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

Cavidan 13 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 734)
  • Dünya (3. 453)
  • Gündəm (11. 948)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 013)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ Screenshot 2026-07-13 182506 1
  • Cəmiyyət

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul, 2026
Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib Screenshot 2026-07-13 180049 2
  • Cəmiyyət

Əli Əsədov və Yan Sonders Azərbaycan ilə ÜGT arasında əməkdaşlığı müzakirə edib

13 İyul, 2026
Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var Screenshot 2026-07-13 170129 3
  • Cəmiyyət

Diana Ryan: Hazırda Azərbaycandan “TikTok” platforması üzrə 7 milyon istifadəçi var

13 İyul, 2026
“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir Screenshot 2026-07-13 163348 4
  • Cəmiyyət

“Diario La R”: IV Şuşa Media Forumu – dünyanın aparıcı media hadisələrindən biridir

13 İyul, 2026
“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək Screenshot 2026-07-13 133951 5
  • Cəmiyyət

“Təmiz Şəhər”: Gələcəkdə utilizasiya zamanı nəqliyyat vasitələrinin tamlığı qiymətlərə təsir edəcək

13 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9734) Dünya (3453) Gündəm (11948) Kateqoriyasızlar (522) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3013) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.