Skip to content
24 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi
  • Cəmiyyət

BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi

Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərman Bakı şəhərinin inzibati
Cavidan 7 Fevral, 2022
1644225674_16408691601844241219_1000x669

Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Fərman Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.

  1. Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilsin.
  2. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması;

2.2.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi;

2.2.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

2.3. Bakı Şəhər İcra Hakimiyyətinə:

2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

  1. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilsin.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.2. bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Cavanşir Feyziyev bu vəzifəsindən istefa verdi
Next: “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” DİN-ə verilib

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-23 173441
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 155526
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

Cavidan 23 İyun, 2026
Screenshot 2026-06-23 150724
  • Cəmiyyət

Rusiya Krivoy Roqa hücum edib: ölən və yaralananlar var

Cavidan 23 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 635)
  • Dünya (3. 412)
  • Gündəm (11. 895)
  • İdman (666)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (515)
  • Kriminal (1. 404)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI Screenshot 2026-06-23 173441 1
  • Cəmiyyət

İlham Əliyev dövlət qulluqçularını təltif edib – SİYAHI

23 İyun, 2026
İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib Screenshot 2026-06-23 170051 2
  • Gündəm

İrəvanda Ağsaqqallar Şurasının iclası zamanı kütləvi dava baş verib

23 İyun, 2026
DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar Screenshot 2026-06-23 162549 3
  • İdman

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

23 İyun, 2026
“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib Screenshot 2026-06-23 155526 4
  • Cəmiyyət

“EU Reporter”: Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirib

23 İyun, 2026
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb Screenshot 2026-06-23 152232 5
  • Kateqoriyasızlar

Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb

23 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9635) Dünya (3412) Gündəm (11895) Kateqoriyasızlar (515) Kriminal (1404) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (666) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.