Skip to content
26 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycan-Litva Dəyirmi Masası keçirilib
  • Cəmiyyət

Azərbaycan-Litva Dəyirmi Masası keçirilib

Cavidan 26 Noyabr, 2026
6b081e8ae443cva6b081e8ae443b (1)

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin və Litva Sənayeçilər Konfederasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan-Litva Dəyirmi Masası keçirilib.

Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, tikinti, sənaye, energetika, logistika, nəqliyyat, İKT, maliyyə, turizm, ticarət və xidmət sektorlarında fəaliyyət göstərən 30-dan çox şirkətin nümayəndəsi iştirak edib.

Ölkəmizdə səfərdə olan Litva Respublikasının xarici işlər naziri Kestutis Budrys qeyd edib ki, Avropa İttifaqından kənar regional tərəfdaşlarla iqtisadi əlaqələrin gücləndirilməsi getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycan Avropanın iqtisadi və strateji əlaqələrini şaxələndirmək səylərində mühüm tərəfdaşdır. Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, enerji resursları və regional bağlantıların inkişafındakı rolu onu Avropanın qaz təchizatının şaxələndirilməsinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verən tərəfdaş edir.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və Litva arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi, iqtisadiyyatın müxtəlif sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğunu bildirib. O, Litva şirkətlərini Azərbaycanın investisiya imkanlarından yararlanmağa, birbaşa biznes əlaqələrini gücləndirməyə və əməkdaşlığı konkret layihələrlə genişləndirməyə dəvət edib.

Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi tərəfindən ölkəmizin investisiya imkanlarına, Litvanın Azərbaycandakı Səfirliyi tərəfindən isə Litvanın investisiya potensialına dair təqdimatlar keçirilib.

Dəyirmi masa çərçivəsində Azərbaycan və Litva şirkətləri fəaliyyətləri barədə məlumat verib, əməkdaşlıq imkanlarını diqqətə çatdırıblar.

Tədbir B2B və B2G görüşlərlə başa çatıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq
Sonrakı: Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Bölmənin digər xəbərləri

6b082f92290a16b082 v2290a0
  • Cəmiyyət

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib

Cavidan 26 Noyabr, 2026
6b082a5473d6c6b082a5vd686b082a5473d6a
  • Cəmiyyət

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

Cavidan 26 Noyabr, 2026
6b0814d9d0d v0814d9d0df5
  • Cəmiyyət

Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Cavidan 26 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam Bee Business Epic Games Store Google Huawei informasiya təhlükəsizliyi innovasiya Kaspersky kibertəhlükəsizlik Kiber təhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar Pulsuz Reytinq Rəqəmsal İmza Sense G1 smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 525)
  • Dünya (1. 149)
  • Gündəm (3. 551)
  • İdman (266)
  • İqtisadiyyat (181)
  • Kateqoriyasızlar (261)
  • Kriminal (320)
  • Mədəniyyət (101)
  • Siyasət (454)
  • Texnologiya (89)

Xəbər Trendi

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib 6b082f92290a16b082 v2290a0 1
  • Cəmiyyət

ADY Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpası məsələsinə aydınlıq gətirib

26 Noyabr, 2026
Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb 6b082db4139286 v1307b8ae70b (1) 2
  • Kateqoriyasızlar

Yardımlı İcra Hakimiyyətində keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb

26 Noyabr, 2026
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb 6b082a5473d6c6b082a5vd686b082a5473d6a 3
  • Cəmiyyət

Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadılıb

26 Noyabr, 2026
Azərbaycan-Litva Dəyirmi Masası keçirilib 6b081e8ae443cva6b081e8ae443b (1) 4
  • Cəmiyyət

Azərbaycan-Litva Dəyirmi Masası keçirilib

26 Noyabr, 2026
Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq 6b0814d9d0d v0814d9d0df5 5
  • Cəmiyyət

Xırdalan və Masazırın bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

26 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3525) Dünya (1149) Gündəm (3551) Kateqoriyasızlar (261) Kriminal (320) Mədəniyyət (101) Siyasət (454) Texnologiya (89) İdman (266) İqtisadiyyat (181)

Sayt üzrə statistika

  • 2
  • 329
  • 224
  • 17. 498

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.