Skip to content
24 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib
  • Cəmiyyət

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

Cavidan 24 Noyabr, 2026
GE4em6xH bvVdQOz_1200

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 24-də Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qəbul edib.

Qonaq Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin və Baş nazir İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan Prezidentinin 2026-ci ilin aprelində Gürcüstana dövlət səfəri məmnunluqla xatırlandı, səfər çərçivəsində yaxşı nəticələrin əldə olunduğu vurğulandı.

İki xalq arasında əbədi dostluq və qardaşlıq əlaqələrinin mövcud olduğu qeyd edildi və bundan irəli gələrək bu gün Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdiyi bildirildi.

İkitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi və əlaqələrin genişləndirilməsi baxımından müntəzəm olaraq həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə, həmçinin bu yaxınlarda keçirilmiş hökumətlərarası komissiyanın iclasına toxunuldu.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində əldə olunmuş nailiyyətlərin Gürcüstan tərəfindən alqışlandığını bildirdi.

Cənubi Qafqaz regionunda mövcud sabitliyin önəmi qeyd edildi, Azərbaycanda və Gürcüstanda, həmçinin daha geniş regionda hökm sürən sabit vəziyyətin ölkələrimizin inkişafında rolu vurğulandı.

Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin artması məmnunluqla qeyd edilərək, bu nəqliyyat dəhlizinin, həmçinin Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi müxtəlif bağlantı layihələrinin əhəmiyyətinə toxunuldu.

Prezident İlham Əliyev regional məsələlərdə hər zaman inklüziv yanaşmanın olmasının vacibliyini vurğuladı. Bu xüsusda, Azərbaycanın və Gürcüstanın regionda birgə səylərlə həyata keçirdiyi Orta Dəhliz layihəsinin artıq funksional olduğu vurğulandı və bu xətlə daşımaların mütəmadi əsasda artdığı bildirildi.

Bu yaxınlarda imzalanmış “Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan elektrik xətti layihəsinin önəmi qeyd edildi.

Söhbət zamanı Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edildiyi xatırlanaraq, Gürcüstanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin genişlənməsinin regional əməkdaşlığın inkişafı baxımından vacibliyi bildirildi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Sabahdan havanın temperaturu 5 dərəcə enəcək – Xəbərdarlıq

Bölmənin digər xəbərləri

ZGAxJaKwvmmhASPv1200
  • Cəmiyyət

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək – Xəbərdarlıq

Cavidan 24 Noyabr, 2026
AXYkKfl13WF5e j jjT9DOt_1200 (1)
  • Cəmiyyət

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

Cavidan 24 Noyabr, 2026
92G3R8Zr7i2oA vj84nTY7ie6_1200
  • Cəmiyyət

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

Cavidan 24 Noyabr, 2026

Teqlər

AI Android AnTuTu Apple AzInTelecom Azərbaycan Ağdam Bee biznes Business Epic Games Store Google Google Maps informasiya təhlükəsizliyi innovasiya Kiber təhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 508)
  • Dünya (1. 147)
  • Gündəm (3. 544)
  • İdman (266)
  • İqtisadiyyat (180)
  • Kateqoriyasızlar (260)
  • Kriminal (318)
  • Mədəniyyət (99)
  • Siyasət (453)
  • Texnologiya (86)

Xəbər Trendi

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib GE4em6xH bvVdQOz_1200 1
  • Cəmiyyət

İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib

24 Noyabr, 2026
Sabahdan havanın temperaturu 5 dərəcə enəcək – Xəbərdarlıq ZGAxJaKwvmmhASPv1200 2
  • Cəmiyyət

Sabahdan havanın temperaturu 5 dərəcə enəcək – Xəbərdarlıq

24 Noyabr, 2026
Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar AXYkKfl13WF5e j jjT9DOt_1200 (1) 3
  • Cəmiyyət

Şura: Media subyektləri və jurnalistlər informasiya yayarkən şəxsi həyatın toxunulmazlığına həssaslıqla yanaşmalıdırlar

24 Noyabr, 2026
2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb 92G3R8Zr7i2oA vj84nTY7ie6_1200 4
  • Cəmiyyət

2027-ci il üzrə əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb

24 Noyabr, 2026
Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub Re1skwUZIjYpSvINKD Vce_1200 (1) 5
  • Cəmiyyət

Bakıda Azərbaycan və Monteneqro Baş nazirlərinin görüşü olub

24 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3508) Dünya (1147) Gündəm (3544) Kateqoriyasızlar (260) Kriminal (318) Mədəniyyət (99) Siyasət (453) Texnologiya (86) İdman (266) İqtisadiyyat (180)

Sayt üzrə statistika

  • 0
  • 249
  • 148
  • 17. 254

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.