Skip to content
23 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
  • Cəmiyyət

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio
Cavidan 23 Noyabr, 2026
ZBryeb93 v0

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib.

Dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini dedi.

Prezident İlham Əliyev bu il İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirdi.

Dövlət başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğuladı ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir.

Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlət başçısı Azərbaycanın İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd etdi.

Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini dedi, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladı.

Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə etdi.

İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanda və İtaliyada fəaliyyət göstərən hər iki ölkədən olan şirkətlərin sayının artırılmasında maraqlı olduqlarını bildirdi.

Antonio Tayani Azərbaycanın İtaliya üçün regional sabitlik baxımından çox əhəmiyyətli ölkə olduğunu dedi, İtaliyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO münasibətlərinin inkişafına töhfə verməyə hazır olduğunu qeyd etdi.

Qonaq bir müddət əvvəl İranda baş vermiş hadisələr zamanı İtaliyanın bu ölkədəki səfirliyinin Bakıda fəaliyyət göstərməsi üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı biznes sahəsində əməkdaşlığın potensialına toxunuldu, bu ilin oktyabrında Romada imzalanmış kritik xammal sahəsində strateji əməkdaşlığa dair Birgə Bəyannamənin önəmi qeyd edildi.

İqtisadi-ticari, enerji, müdafiə, kənd təsərrüfatı, sənaye, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Görüşdə Azərbaycanın nəqliyyat bağlantıları baxımından strateji rolunun artdığı vurğulandı, bölgədə gedən proseslərə, o cümlədən Azərbaycan-Ermənistan normallaşma prosesinə və TRIPP layihəsinə toxunuldu.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib
Sonrakı: Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Bölmənin digər xəbərləri

LYje9fsW vqJL_1200
  • Cəmiyyət

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

Cavidan 23 Noyabr, 2026
1790320 b
  • Cəmiyyət

Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib

Cavidan 23 Noyabr, 2026
vFuCsWJfm viUU8G94_1200
  • Cəmiyyət

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

Cavidan 23 Noyabr, 2026

Teqlər

Alim Qasımov Android AnTuTu Apple AzInTelecom Azərbaycan biznes Business Epic Games Store Google GTA VI Huawei informasiya təhlükəsizliyi innovasiya kibertəhlükəsizlik Lenovo Meta Microsoft NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex Starlink startap Süni intellekt Tesla Texnologiya Təhlükəsizlik WebTrust for CA World Xiaomi İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 496)
  • Dünya (1. 145)
  • Gündəm (3. 542)
  • İdman (265)
  • İqtisadiyyat (180)
  • Kateqoriyasızlar (258)
  • Kriminal (318)
  • Mədəniyyət (99)
  • Siyasət (453)
  • Texnologiya (80)

Xəbər Trendi

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq LYje9fsW vqJL_1200 1
  • Cəmiyyət

Sabah Azərbaycanda 20 dərəcə isti olacaq

23 Noyabr, 2026
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib ZBryeb93 v0 2
  • Cəmiyyət

İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib

23 Noyabr, 2026
Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib 1790320 b 3
  • Cəmiyyət

Nazir: Azərbaycan İtaliyada uzunmüddətli investor kimi mövqeyini möhkəmləndirib

23 Noyabr, 2026
İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək vFuCsWJfm viUU8G94_1200 4
  • Cəmiyyət

İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçiriləcək

23 Noyabr, 2026
Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb ulHILQ viHo vl_1200 5
  • Gündəm

Azərbaycanın iki boksçusu U-23 Avropa çempionatında finala vəsiqə qazanıb

23 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3496) Dünya (1145) Gündəm (3542) Kateqoriyasızlar (258) Kriminal (318) Mədəniyyət (99) Siyasət (453) Texnologiya (80) İdman (265) İqtisadiyyat (180)

Sayt üzrə statistika

  • 3
  • 522
  • 421
  • 17. 277

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.