Skip to content
22 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub
  • Cəmiyyət

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Cavidan 21 Noyabr, 2026
iNfp9BrOVohK v0

Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyev və Vyetnam Prezidenti To Lam “Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı”nı qəbul ediblər.

Sonra Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Vyetnam Prezidenti To Lamın iştirakı ilə mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında yanğın və xilasetmə xidmətləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Vyetnamın ictimai təhlükəsizlik naziri Lıonq Tam Kuanq mübadilə etdilər.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Vyetnam Sosialist Respublikası Prezidentinin Ofisi arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Vyetnam Sosialist Respublikası Prezidenti Ofisinin rəhbərinin müavini Nguyen Hoanq Anh mübadilə etdilər.

“Azərbaycan Respublikasında Günəş elektrik stansiyası layihəsinin və külək elektrik stansiyası layihəsinin qiymətləndirilməsinə, inkişafına və həyata keçirilməsinə dair Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə “ROX Group” arasında İcra Müqaviləsi”ni Azərbaycanın energetika naziri Pərviz Şahbazov və “ROX Group”un təsisçisi və sədri Tran Anh Tuan mübadilə etdilər.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Bakıda və rayonlarda yağış intensivləşəcək – Xəbərdarlıq
Sonrakı: Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib

Bölmənin digər xəbərləri

pChdTIxF1DAFd2j2 v5pM_1200
  • Cəmiyyət

İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq

Cavidan 21 Noyabr, 2026
vc5Lxcl1Pop8tm b0
  • Cəmiyyət

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

Cavidan 21 Noyabr, 2026
xDee3kIJIqUUW vSq49f_1200
  • Cəmiyyət

İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib

Cavidan 21 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Google Google Maps Huawei informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 491)
  • Dünya (1. 144)
  • Gündəm (3. 541)
  • İdman (264)
  • İqtisadiyyat (180)
  • Kateqoriyasızlar (257)
  • Kriminal (317)
  • Mədəniyyət (99)
  • Siyasət (453)
  • Texnologiya (79)

Xəbər Trendi

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək JV8EkMkg vddf1hG_1200 1
  • Dünya

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

21 Noyabr, 2026
İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq pChdTIxF1DAFd2j2 v5pM_1200 2
  • Cəmiyyət

İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq

21 Noyabr, 2026
Bazar günü hava 18 dərəcə isti olacaq rxPvi3gJd v2ThzM_1200 3
  • Kateqoriyasızlar

Bazar günü hava 18 dərəcə isti olacaq

21 Noyabr, 2026
GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb 4
  • Texnologiya

GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb

21 Noyabr, 2026
Apple Mac kompüterlərini idarə edə bilən öz süni intellekt agentini hazırlayır Apple Mac kompüterlərini idarə edə bilən öz süni intellekt agentini hazırlayır 5
  • Texnologiya

Apple Mac kompüterlərini idarə edə bilən öz süni intellekt agentini hazırlayır

21 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3491) Dünya (1144) Gündəm (3541) Kateqoriyasızlar (257) Kriminal (317) Mədəniyyət (99) Siyasət (453) Texnologiya (79) İdman (264) İqtisadiyyat (180)

Sayt üzrə statistika

  • 2
  • 8
  • 8
  • 16. 233

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.