Skip to content
22 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var
  • Cəmiyyət

İrandan qaçaqmalçılıq yolu ilə gətirilən güclü təsiredici dərmanlar aptekdə satılıb, saxlanılanlar var

Cavidan 21 Noyabr, 2026
vc5Lxcl1Pop8tm b0

İrandan güclü təsiredici dərmanları qaçaqmalçılıq yolu ilə gətirərək “Vidal” aptekdə narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satan şəxslər saxlanılıb.

Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus “Vidal” aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı müəyyən olunub.

Baxış zamanı aptekdən İranda istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsiredici “Diazepam” və “Pregabalin” (lirika) həbləri aşkarlanaraq götürülüb.

Araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin dairəsi də müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla həmin şəxslər – 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış zamanı bu şəxslərdən də güclü təsiredici “Pregabalin” həbləri aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında satılması nəzərdə tutulan “Pregabalin” və digər adlarda olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb.

İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü təsiredici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu M.Həsənov vasitəsilə E.Aslanlıya göndərib. Bundan başqa, O.Kəngərlinin digər qohumu T.Ağayevlə güclü təsiredici preparatların istifadə etməsi ilə bağlı apardığı danışıqlar, eləcə də həmin maddələri “liri”, “lirik” “lirika” kimi şərti adlar altında əldə etməsinə dair məlumatlar əldə edilən texniki sübutlarla təsdiqini tapıb.

Qeyd edilən faktlarla bağlı O.Kəngərliyə və X.Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə adı keçən digər şəxslər barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib
Sonrakı: Apple Mac kompüterlərini idarə edə bilən öz süni intellekt agentini hazırlayır

Bölmənin digər xəbərləri

pChdTIxF1DAFd2j2 v5pM_1200
  • Cəmiyyət

İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq

Cavidan 21 Noyabr, 2026
xDee3kIJIqUUW vSq49f_1200
  • Cəmiyyət

İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib

Cavidan 21 Noyabr, 2026
eI2u0Q5Gihn voDX_1200
  • Cəmiyyət

Seul yaxınlığında yük qatarı relsdən çıxıb

Cavidan 21 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Google Google Maps Huawei informasiya təhlükəsizliyi innovasiya Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 491)
  • Dünya (1. 144)
  • Gündəm (3. 541)
  • İdman (264)
  • İqtisadiyyat (180)
  • Kateqoriyasızlar (257)
  • Kriminal (317)
  • Mədəniyyət (99)
  • Siyasət (453)
  • Texnologiya (79)

Xəbər Trendi

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək JV8EkMkg vddf1hG_1200 1
  • Dünya

Paşinyan: Ermənistan sabah TRIPP layihəsinin başlanmasını elan edəcək

21 Noyabr, 2026
İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq pChdTIxF1DAFd2j2 v5pM_1200 2
  • Cəmiyyət

İlham Əliyev: Vyetnama 2020-ci ilin Vətən müharibəsi dövründə verdiyi dəstəyə görə minnətdarıq

21 Noyabr, 2026
Bazar günü hava 18 dərəcə isti olacaq rxPvi3gJd v2ThzM_1200 3
  • Kateqoriyasızlar

Bazar günü hava 18 dərəcə isti olacaq

21 Noyabr, 2026
GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb 4
  • Texnologiya

GTA VI-nın musiqi albomunda Azərbaycan muğamı da yer alıb

21 Noyabr, 2026
Apple Mac kompüterlərini idarə edə bilən öz süni intellekt agentini hazırlayır Apple Mac kompüterlərini idarə edə bilən öz süni intellekt agentini hazırlayır 5
  • Texnologiya

Apple Mac kompüterlərini idarə edə bilən öz süni intellekt agentini hazırlayır

21 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3491) Dünya (1144) Gündəm (3541) Kateqoriyasızlar (257) Kriminal (317) Mədəniyyət (99) Siyasət (453) Texnologiya (79) İdman (264) İqtisadiyyat (180)

Sayt üzrə statistika

  • 1
  • 6
  • 6
  • 16. 231

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.