Skip to content
21 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Ağdamın işğaldan azad olunmasından 6 il ötür
  • Cəmiyyət

Ağdamın işğaldan azad olunmasından 6 il ötür

Bu gün – noyabrın 20-i Ağdam Şəhəri Günüdür.Şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür. Azərbaycanın Vətən müharibəsində qazandığı
Cavidan 20 Noyabr, 2026
fPBd8jUeac bYrhWx78jZHZ4_1200

Bu gün – noyabrın 20-i Ağdam Şəhəri Günüdür.

Şəhərin erməni işğalçılarından təmizlənməsindən altı il ötür.

Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.

Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu əzəli torpaqların azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.

Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb.

Azərbaycan Silahlı Qüvvələrinin başqa istiqamətlərdə həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb.

Nəhayət, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir.

Xatırladaq ki, Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Qarabağın mərkəzində yerləşən Ağdamın 846,8 kv. km-i, yəni 77,4 %-i, 1 şəhər və 80 kəndi ermənilərin əlinə keçmişdi. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qalmışdı. Bütövlükdə, rayonun işğal olunmuş ərazisində bütün tikililər – Azərbaycanın tarixi, mədəni, dini və milli abidələri dağıdılıb və ya yerlə-yeksan edilib. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Məleykə Abbaszadə: Müasir universitet gəncləri ölkənin gələcəyi üçün məsuliyyət daşımağa hazırlamalıdır
Sonrakı: Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb

Bölmənin digər xəbərləri

JwGZ vde0_1200
  • Cəmiyyət

Bakıda və rayonlarda yağış intensivləşəcək – Xəbərdarlıq

Cavidan 20 Noyabr, 2026
6b002f44de b2f44de26d
  • Cəmiyyət

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

Cavidan 20 Noyabr, 2026
  • Cəmiyyət

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 13 dəfədən çox artırıb – CƏDVƏL

Cavidan 20 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan biznes Business Epic Games Store Google Maps Huawei informasiya təhlükəsizliyi innovasiya kibertəhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar Sony spacex startap Süni intellekt Tesla Texnologiya Təhlükəsizlik WebTrust for CA World Xiaomi İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 485)
  • Dünya (1. 143)
  • Gündəm (3. 540)
  • İdman (264)
  • İqtisadiyyat (180)
  • Kateqoriyasızlar (256)
  • Kriminal (316)
  • Mədəniyyət (99)
  • Siyasət (453)
  • Texnologiya (77)

Xəbər Trendi

Bakıda və rayonlarda yağış intensivləşəcək – Xəbərdarlıq JwGZ vde0_1200 1
  • Cəmiyyət

Bakıda və rayonlarda yağış intensivləşəcək – Xəbərdarlıq

20 Noyabr, 2026
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb 6b002f44de b2f44de26d 2
  • Cəmiyyət

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

20 Noyabr, 2026
Azərbaycanda külək elektrik stansiyaları istehsalı 13 dəfədən çox artırıb – CƏDVƏL 3
  • Cəmiyyət

Azərbaycanda külək elektrik stansiyaları istehsalı 13 dəfədən çox artırıb – CƏDVƏL

20 Noyabr, 2026
Kolleclər 2030-cu ilədək universitetlərin tabeliyinə veriləcək, IX sinifdən sonra qəbul məhdudlaşdırıla bilər 6b002f771d4bb6bv002f771d4b96b002f771d4ba 4
  • Cəmiyyət

Kolleclər 2030-cu ilədək universitetlərin tabeliyinə veriləcək, IX sinifdən sonra qəbul məhdudlaşdırıla bilər

20 Noyabr, 2026
Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşıb 20897454-va12436_1200 5
  • Cəmiyyət

Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşıb

20 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3485) Dünya (1143) Gündəm (3540) Kateqoriyasızlar (256) Kriminal (316) Mədəniyyət (99) Siyasət (453) Texnologiya (77) İdman (264) İqtisadiyyat (180)

Sayt üzrə statistika

  • 2
  • 15
  • 15
  • 16. 584

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.