Skip to content
13 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Ali Məhkəmə: Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir
  • Cəmiyyət

Ali Məhkəmə: Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir

Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir. Bu barədə Ali Məhkəməsinin İnzibati
Cavidan 13 Noyabr, 2026
675a51f0-1f8c-3c vc69de_1200

Özünüməşğulluq proqramı ilə verilən əmlakın geri alınması üçün əvvəlcə inzibati akt qəbul edilməlidir.

Bu barədə Ali Məhkəməsinin İnzibati kollegiyasında özünüməşğulluq proqramı çərçivəsində verilmiş əmlakın geri tələb edilməsi ilə bağlı mübahisəyə baxılıb.

İşin hallarına əsasən, müvafiq inzibati orqan ilə vətəndaş arasında 2024-cü il fevralın 1-də bağlanmış müqaviləyə əsasən, ona “Broyler inkubatoru” zərfi üzrə inkubator aparatı, generator və yemüyüdən avadanlıq verilib.

Lakin 2025-ci il fevralın 19-da aparılmış monitorinq zamanı həmin avadanlıqların satıldığı müəyyən edilib. İnzibati orqan vətəndaşa xəbərdarlıq məktubu göndərərək əmlakın natura şəklində geri qaytarılmasını tələb edib. Tələb yerinə yetirilmədiyindən inzibati orqan məhkəməyə müraciət edib.

Bakı İnzibati Məhkəməsi inzibati orqanın iddiasını mümkün saymayaraq bildirib ki, əmlakın geri qaytarılması məsələsi məhkəməyə müraciət edilmədən, inzibati orqanın öz səlahiyyətləri çərçivəsində müvafiq inzibati akt qəbul etməsi yolu ilə həll oluna bilər. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən qüvvədə saxlayıb.

İşə kassasiya qaydasında baxan Ali Məhkəmə qeyd edib ki, özünüməşğulluq proqramı çərçivəsində əmlakın verilməsi iki mərhələli inzibati prosedur əsasında həyata keçirilir. İlkin mərhələdə şəxsin özünüməşğulluğa cəlb edilməsi barədə inzibati akt qəbul olunur, sonrakı mərhələdə isə həmin akt əsasında inzibati müqavilə bağlanılır.

Ali Məhkəmənin hüquqi mövqeyinə görə, vətəndaş müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə inzibati orqan ilk növbədə əvvəlki əlverişli inzibati aktın ləğvi, müqaviləyə xitam verilməsi və əmlakın, yaxud onun dəyərinin geri tələb edilməsi barədə müvafiq inzibati akt qəbul etməlidir.

Məhkəmə vurğulayıb ki, inzibati orqanlar qanunvericiliklə onlara verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq qərarları özləri qəbul etməli, məhkəməyə müraciət isə yalnız qanunla nəzərdə tutulmuş hallarda sonuncu hüquqi vasitə kimi çıxış etməlidir.

Beləliklə, Ali Məhkəmə özünüməşğulluq proqramı üzrə verilmiş əmlakın geri tələb edilməsi zamanı inzibati prosedurlara riayət olunmasının və inzibati orqanların öz səlahiyyətləri çərçivəsində qərar qəbul etməsinin vacibliyini vurğulayıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: UEFA Millətlər Liqası: Niderland Yunanıstanla, Almaniya Serbiya ilə qarşılaşacaq
Sonrakı: Dekabrın 5-i bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır

Bölmənin digər xəbərləri

6af6d7e8d372d6 v2b6af6d7e8d372c
  • Cəmiyyət

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

Cavidan 13 Noyabr, 2026
6af6c03784d686af6c ve87f961b820cc
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

Cavidan 13 Noyabr, 2026
ZdQ vPNJKtyxdcIj_1200
  • Cəmiyyət

Dekabrın 5-i bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır

Cavidan 13 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business CV Epic Games Store HMD informasiya təhlükəsizliyi innovasiya internet Kaspersky Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex startap Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik WebTrust for CA World Özgür Gənc İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 445)
  • Dünya (1. 127)
  • Gündəm (3. 524)
  • İdman (261)
  • İqtisadiyyat (178)
  • Kateqoriyasızlar (252)
  • Kriminal (312)
  • Mədəniyyət (98)
  • Siyasət (452)
  • Texnologiya (64)

Xəbər Trendi

CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib 6af70f1d92bf vaf70f1d92bfc 1
  • Dünya

CENTCOM İranın Bəhreyndə ABŞ radarını məhv etməsi barədə iddiasını təkzib edib

13 Noyabr, 2026
Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib 433567 v 2
  • Mədəniyyət

Xalq artisti Fərhad Bədəlbəyli balet artistlərinin pensiya yaşı ilə bağlı narazılığını bildirib

13 Noyabr, 2026
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub 6af6d7e8d372d6 v2b6af6d7e8d372c 3
  • Cəmiyyət

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub

13 Noyabr, 2026
Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib 6af6c03784d686af6c ve87f961b820cc 4
  • Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə noyabrın pensiyaları ödənilib

13 Noyabr, 2026
Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu 5
  • Texnologiya

Warhammer 40,000: Dawn of War IV oyununun sistem tələbləri dərc olundu

13 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3445) Dünya (1127) Gündəm (3524) Kateqoriyasızlar (252) Kriminal (312) Mədəniyyət (98) Siyasət (452) Texnologiya (64) İdman (261) İqtisadiyyat (178)

Sayt üzrə statistika

  • 3
  • 591
  • 525
  • 15. 461

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.