Skip to content
7 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Cəmiyyət

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: “Cənab
Cavidan 7 Noyabr, 2026
kFDJuc2LPxT4Z5y vHXzkb9cif_1200

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Cənab Prezident, əziz Qardaşım.

Otuz il işğal altında olan qədim Azərbaycan torpaqlarının azadlığa qovuşduğu Zəfər Gününün altıncı ildönümü münasibətilə Zati-aliniz başda olmaqla, bütün azərbaycanlı qardaş və bacılarıma xalqım adından və öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur hissi oyadır.

Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız “Bir millət, iki dövlət” anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm.

Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirdiyimiz işlər nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır.

Vətənlərinin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirələrini hörmət və ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavan və dinc gələcək arzulayır, ən səmimi diləklərimi çatdırıram”.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib
Sonrakı: Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

Bölmənin digər xəbərləri

JpIqmjmVQF7SOKVVM3uQixvlNFlxbBuu_1200
  • Cəmiyyət

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Cavidan 7 Noyabr, 2026
asBSyqqgpzHPZ8r0v
  • Cəmiyyət

İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib

Cavidan 7 Noyabr, 2026
nryXRnxxKb0XaRr01 v
  • Cəmiyyət

Prezident İlham Əliyev: Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq, gələcək nəsillər daim fəxr edəcəklər

Cavidan 6 Noyabr, 2026

Teqlər

A20 Pro Android AnTuTu API Apple AZCON Holding AzInTelecom Azərbaycan biznes Business CyberEden Endirim Epic Games Store Halloween informasiya təhlükəsizliyi innovasiya iPad mini kibertəhlükəsizlik Lenovo maliyyə sektoru Microsoft Newsbeat Noutbuk OLED OpenAI oyun Oyunlar PCI DSS Pulsuz Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar spacex Süni intellekt SİMA İmza Texnologiya Təhlükəsizlik Valve vergi güzəştləri WebTrust for CA World İlon Mask İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 426)
  • Dünya (1. 123)
  • Gündəm (3. 514)
  • İdman (260)
  • İqtisadiyyat (178)
  • Kateqoriyasızlar (250)
  • Kriminal (311)
  • Mədəniyyət (97)
  • Siyasət (452)
  • Texnologiya (55)

Xəbər Trendi

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək v c 1
  • Dünya

Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək

7 Noyabr, 2026
Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb 9fede7a8-4327-vf03919200ec8_1200 2
  • Dünya

Simonyan: Ermənistan 70 il Türkiyə ilə bağlı yanılıb

7 Noyabr, 2026
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib kFDJuc2LPxT4Z5y vHXzkb9cif_1200 3
  • Cəmiyyət

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

7 Noyabr, 2026
Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib 6cfa4b76-74f1-39ve9591392_1200 4
  • Siyasət

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

7 Noyabr, 2026
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər “AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər 5
  • Texnologiya

“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər

7 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3426) Dünya (1123) Gündəm (3514) Kateqoriyasızlar (250) Kriminal (311) Mədəniyyət (97) Siyasət (452) Texnologiya (55) İdman (260) İqtisadiyyat (178)

Sayt üzrə statistika

  • 1
  • 835
  • 492
  • 12. 792

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.