Skip to content
4 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb
  • Cəmiyyət

Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə
Cavidan 4 Noyabr, 2026
7LNuDG5Jj71 vmu7uc8_1200

“Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiyanın Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2027-2029-cu illər üçün Birgə Tədbirlər Planı” imzalanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, sənədi Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-polkovnik Aleksandr Kurenkov imzalayıblar.

Azərbaycanla Rusiya arasındakı çoxşaxəli münasibətlərin yüksələn xətlə inkişafına toxunan nazir, bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumlarının uğurla əməkdaşlıq etdiklərini qeyd edib. Fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən peşəkar kadr hazırlığı, elmi-metodiki əməkdaşlıq, operativ informasiya mübadiləsi və digər istiqamətlərdə uğurlu əməkdaşlıqdan danışan nazir, bu səfərin əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Bu mənada görüş çərçivəsində imzalanan Birgə Tədbirlər Planının qarşılıqlı faydalı əlaqələrin inkişafı və müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov səmimi görüşə görə təşəkkürünü bildirərək, Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

A.Kurenkov Azərbaycan və Rusiya arasında olan sıx əməkdaşlıq və qarşılıqlı etimad çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, səfər əsnasında aparılan danışıqların və fikir mübadiləsinin, habelə imzalanan Birgə Tədbirlər Planının əməkdaşlığın genişləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Aleksandr Kurenkov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar Azərbaycana səfərə gəlib.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: AnTuTu versiyasına görə qiymət və məhsuldarlıq nisbətinə görə ən yaxşı Android-smartfonların yeni reytinqi

Bölmənin digər xəbərləri

9104b958-1e43-4 b0ecb52_1200
  • Cəmiyyət

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Cavidan 4 Noyabr, 2026
VrDM0TadkjLT V9IsfAD_1200
  • Cəmiyyət

Rumıniya sahillərində yedək gəmi batıb, üç dənizçi təxliyə edilib

Cavidan 4 Noyabr, 2026
1793777118_mu v
  • Cəmiyyət

Rəqəmsal ordu və gələcəyin döyüş məkanı müzakirə olunub

Cavidan 4 Noyabr, 2026

Teqlər

4Sİ Akademiyası 4SİM AI Express Android AnTuTu Apple AzInTelecom Azərbaycan Binance Birləşmə və alınma biznes bStocks Business Epic Games Store informasiya təhlükəsizliyi Kiber təhlükəsizlik Lenovo Lumentum Maliyyə bazarları Marvell Technology Microsoft Newsbeat Noutbuk NVIDIA Blackwell OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Tokenləşdirilmiş səhmlər Təhlükəsizlik WebTrust for CA World İlon Mask İqtisadiyyat Nazirliyi İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 401)
  • Dünya (1. 114)
  • Gündəm (3. 502)
  • İdman (259)
  • İqtisadiyyat (175)
  • Kateqoriyasızlar (246)
  • Kriminal (311)
  • Mədəniyyət (97)
  • Siyasət (449)
  • Texnologiya (51)

Xəbər Trendi

Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb 7LNuDG5Jj71 vmu7uc8_1200 1
  • Cəmiyyət

Azərbaycan və Rusiya FHN-ləri arasında Birgə Tədbirlər Planı imzalanıb

4 Noyabr, 2026
AnTuTu versiyasına görə qiymət və məhsuldarlıq nisbətinə görə ən yaxşı Android-smartfonların yeni reytinqi AnTuTu versiyasına görə qiymət və məhsuldarlıq nisbətinə görə ən yaxşı Android-smartfonların yeni reytinqi 2
  • Texnologiya

AnTuTu versiyasına görə qiymət və məhsuldarlıq nisbətinə görə ən yaxşı Android-smartfonların yeni reytinqi

4 Noyabr, 2026
Yeni Microsoft Surface Laptop Ultra bazarın ən asan təmir olunan noutbuklarından birinə çevrildi Yeni Microsoft Surface Laptop Ultra bazarın ən asan təmir olunan noutbuklarından birinə çevrildi 3
  • Texnologiya

Yeni Microsoft Surface Laptop Ultra bazarın ən asan təmir olunan noutbuklarından birinə çevrildi

4 Noyabr, 2026
Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq 9104b958-1e43-4 b0ecb52_1200 4
  • Cəmiyyət

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

4 Noyabr, 2026
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar vcrMyLIl9JHkUewu0sAyv200 5
  • Gündəm

İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar

4 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3401) Dünya (1114) Gündəm (3502) Kateqoriyasızlar (246) Kriminal (311) Mədəniyyət (97) Siyasət (449) Texnologiya (51) İdman (259) İqtisadiyyat (175)

Sayt üzrə statistika

  • 9
  • 539
  • 293
  • 9. 579

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.