Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib
  • Cəmiyyət

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Cavidan 12 Oktyabr, 2026
409bcfa8-01fe-39b3- b

Prezident İlham Əliyev Milli Məclisin sentyabrın 30-da qəbul etdiyi “Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanunu təsdiq edib.

Bu il fevralın 18-də Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sənədi iki şirkətin prezidentləri Rövşən Nəcəf və Gary Guidry imzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək “Gran Tierra Energy Inc.” 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

İyunun 10-da Nazirlər Kabineti Sazişlə bağlı Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib, sentyabrın 30-da isə Milli Məclis sənədi ratifikasiya edib. Sənəddə SOCAR-ın maraqlarını təmsil edəcək şirkət kimi onun törəməsi “SOCAR Quba-Xəzəryanı” MMC göstərilib. Bu şirkət ötən il oktyabrın 3-də 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, qanuni təmsilçisi Elnur Dövlət oğlu Ağatağıyevdir.

Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olur. Sazişdə konkret başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur.

Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Qanun qüvvəyə mindikdən sonra Podratçı tərəflərin (və ya onların hüquqi varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçı tərəflərin qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir.

Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin şərtlərinə və müddəalarına uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB
Sonrakı: Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Bölmənin digər xəbərləri

v200 (1)
  • Cəmiyyət

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Cavidan 12 Oktyabr, 2026
7ef44aa8-dda v
  • Cəmiyyət

Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

Cavidan 12 Oktyabr, 2026
bvyv_1200
  • Cəmiyyət

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB

Cavidan 12 Oktyabr, 2026

Teqlər

2026 AirPods 3 Android AnTuTu Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Crew Dragon e-Devlet FCC Femmes Digitales Forza Horizon 6 Health iphone massenger MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Playground Games PlayStation 5 PS5 qadağa Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 sosial şəbəkələr spacex Sport Starlink Starlink Mobile sticker stiker Stories Türkiyə uşaqlar World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 260)
  • Dünya (1. 081)
  • Gündəm (3. 452)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (235)
  • Kriminal (299)
  • Mədəniyyət (96)
  • Siyasət (439)
  • Texnologiya (5)

Xəbər Trendi

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb v200 (1) 1
  • Cəmiyyət

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

12 Oktyabr, 2026
Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ 7ef44aa8-dda v 2
  • Cəmiyyət

Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

12 Oktyabr, 2026
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib OtKJUR1hbZ6LjwNIZ b 3
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr, 2026
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər 4
  • Kateqoriyasızlar

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

12 Oktyabr, 2026
Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib 409bcfa8-01fe-39b3- b 5
  • Cəmiyyət

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

12 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3260) Dünya (1081) Gündəm (3452) Kateqoriyasızlar (235) Kriminal (299) Mədəniyyət (96) Siyasət (439) Texnologiya (5) İdman (246) İqtisadiyyat (169)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.