Skip to content
4 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Paytaxtın mərkəzində hərəkət tamamilə QADAĞAN OLUNACAQ
  • Cəmiyyət

Paytaxtın mərkəzində hərəkət tamamilə QADAĞAN OLUNACAQ

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir. Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.  Bildirilib ki,
Cavidan 3 Oktyabr, 2026
1791020266_1791018378_iceri1 B

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.

Bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb. 

Bildirilib ki, İçərişəhər qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətinin təşkilində dəyişikliklər ediləcək.

Dəyişikliklərə əsasən, cari ilin 15 oktyabr tarixindən etibarən Qoşa Qala meydanında nəqliyyat vasitələrinin hərəkəti tamamilə qadağan ediləcək və ərazi piyadaların istifadəsinə veriləcək. Eyni zamanda, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindən Böyük Qala küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq, həmin istiqamətdə hərəkət M.Ə.Sabir küçəsinə yönləndiriləcək. M.Ə.Sabir küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri sağa — Qoşa Qala qapıları çıxışına, sola hərəkət edən nəqliyyat vasitələri isə Kiçik Qala küçəsinə istiqamətləndiriləcək.

Bundan başqa, Qoruq ərazisində yaşayan sakinlərin və onlara xidmət göstərən nəqliyyat vasitələrinin giriş-çıxışının daha rahat təşkili məqsədilə Səftər Quliyev, Qüllə və Böyük Qala küçələrində yaşayan sakinlərə aid nəqliyyat vasitələrinin Neftçilər prospektindən girişi Səftər Quliyev küçəsindəki birtərəfli giriş vasitəsilə həyata keçiriləcək. 

Görülən tədbirlər sakinlərin yaşayış ünvanlarına daha rahat və qısa marşrutla hərəkətini təmin etməklə yanaşı, Vəli Məmmədov küçəsindəki əsas girişdə nəqliyyat axınının optimallaşdırılmasına və ərazidə hərəkətin daha səmərəli təşkilinə imkan verəcək.

Qeyd olunan küçələrdə yaşayan sakinlərdən cari ilin 15 oktyabr tarixindən etibarən İçərişəhər qoruğu ərazisinə daxil olmaq üçün Səftər Quliyev küçəsindəki girişdən istifadə etmələri xahiş olunur.

Yeni hərəkət sxemi qədim şəhər sakinlərinin gündəlik gediş-gəlişinin daha rahat və təhlükəsiz təşkilinə, Qoşa Qala meydanında isə şəhərin tarixi ruhuna uyğun, geniş və təhlükəsiz piyada məkanının formalaşmasına xidmət edəcək. 

Post navigation

Previous: Sabah da Bakıya yağış yağacaq
Next: Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Bölmənin digər xəbərləri

590230e4-e7a4-3b8b-9bv
  • Cəmiyyət

Sabah da Bakıya yağış yağacaq

Cavidan 3 Oktyabr, 2026
4ffbf508-fed0-3b b
  • Cəmiyyət

Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib

Cavidan 3 Oktyabr, 2026
NHBgYkmVymb
  • Cəmiyyət

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Cavidan 2 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 207)
  • Dünya (1. 074)
  • Gündəm (3. 438)
  • İdman (244)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (230)
  • Kriminal (294)
  • Mədəniyyət (96)
  • Siyasət (429)
  • Texnologiya (15)

Xəbər Trendi

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH F86dVckfv 1
  • Gündəm

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

3 Oktyabr, 2026
DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var AjELHpUlJ7dTLC3dvv 2
  • Kriminal

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

3 Oktyabr, 2026
Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri Ekran şəkli 2026-10-03 152808 3
  • Gündəm

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

3 Oktyabr, 2026
Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb 2iuSO0btxe0BhG b 4
  • Dünya

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

3 Oktyabr, 2026
Paytaxtın mərkəzində hərəkət tamamilə QADAĞAN OLUNACAQ 1791020266_1791018378_iceri1 B 5
  • Cəmiyyət

Paytaxtın mərkəzində hərəkət tamamilə QADAĞAN OLUNACAQ

3 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3207) Dünya (1074) Gündəm (3438) Kateqoriyasızlar (230) Kriminal (294) Mədəniyyət (96) Siyasət (429) Texnologiya (15) İdman (244) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.