Skip to content
1 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Fransızlar Makrondan üz döndərir – Fransada siyasi etimad böhranı – ŞƏRH
  • Cəmiyyət

Fransızlar Makrondan üz döndərir – Fransada siyasi etimad böhranı – ŞƏRH

Cavidan 30 Sentyabr, 2026
kWVuEz20JmWn

Fransa Prezidenti Emmanuel Makronun reytinqi tarixi minimuma düşərək 18 % təşkil edib. BFMTV-nin Odoxa-Mascaret sorğusunun nəticələrinə görə, göstərici əvvəlki sorğu ilə müqayisədə daha 7 % bəndi azalıb.

Fransızlar yanacaq qiymətlərinin artımının qarşısının alınması istiqamətində hökumətin atdığı addımlardan narahatdırlar. Beləliklə, respondentlərin 82 %-nin prezidentə etimad göstərməməsi Makronun Fransa cəmiyyətində ciddi etimad problemi ilə üzləşdiyini ortaya çıxarır. Makronla yanaşı, onun hökumətinin də ictimai dəstəyi ciddi şəkildə zəifləyib. Baş nazir Sebastyan Lekornyunun da reytinqi 8 % azalaraq, 24 %-ə enib. Bütün bunlar ölkədə son dövrlər dərinləşən sosial və iqtisadi problemlərin fonunda baş verir. Bu isə göstərir ki, Makron hakimiyyətinin yürütdüyü siyasət fiaskoya uğrayıb və fransızlar ondan üz döndərirlər.

Əslində, Makronun və hökumətin reytinqinin bu dərəcədə minimuma enməsi bir problemin və ya bir neçə ayın nəticəsi deyil. Burada sistemli problemlər və hökumətin yarıtmaz siyasəti əsas məsələdir. Fransızlar hökumətin iqtisadi, siyasi, sosial sahələrdəki siyasətindən ciddi narazılıq edirlər və siyasi kursun dəyişdirilməsini tələb edirlər. Eyni zamanda Makronun idarəçilik üslubu və hakimiyyətin həddən artıq mərkəzləşməsi də ən çox tənqid olunan məsələlərdən biridir. 2024-cü ildə keçirilən parlament seçkilərindən sonra yaranmış siyasi parçalanma da əslində Makronun idarəçilik kursu ilə əlaqəlidir və aradan 2 il keçsə də, hökumət hələ də bu siyasi parçalanmanın öhdəsindən gələ bilmir.

Yanacaq böhranı və hökumətin yarıtmaz siyasəti

Yaxın Şərqdə və Hörmüz boğazı ətrafında baş verən hadisələr səbəbindən dünyada neft təchizatında problemlər və qiymət artımı müşahidə olunur. Bu isə bir sıra ölkələrdə yanacaq qiymətlərinin bahalaşmasına səbəb olub. Bu artımın yükünü gündəlik həyatlarında hiss edən fransızlar hökumətdən ciddi və təsirli tədbirlər gözləsələr də, ortaya çıxan mənzərə Yelisey sarayının bu problem qarşısında aciz qaldığını göstərir. Rəsmi rəqəmlərə görə, əhalinin 48 %-i yanacağın bahalaşmasının ailə büdcəsinə ciddi təsir etdiyini bildirir. Hökumətin yardım paketləri də problemləri həll edə bilmir və narazılıqlar getdikcə artır. Hökumət aşağı gəlirli ailələrə yardım etsə də (son olaraq 5.5 milyon nəfərə çatdırılıb) Odoxa-nın son sorğusu fərqli rəqəmlər ortaya çıxarır. Fransızların 75 %-i bu yardımı yetərsiz hesab edir. Bu da sübut edir ki, hökumət böhranın nəticələrini vətəndaşların hiss etdiyi səviyyədə kompensasiya edə bilmir.

Dövlət xidmətlərinin böhranı

Fransada dövlət xidmətlərinin bərbad vəziyyəti də ciddi narazılıqlara səbəb olur. Təhsil sahəsində və məktəblərdə kadr çatışmazlığı xüsusi diqqət çəkir. Sentyabr ayında Fransa mediası yazırdı ki, ölkədə dövlət məktəblərinin yarıdan çoxunda dərs ilinin ilk həftəsində ən azı bir müəllim çatışmayıb. Problem bununla bitmir, əlavə olaraq, işçi çatışmazlığı, binaların vəziyyəti, bir sinifdə həddən artıq şagird çoxluğu da narazılıqlardandır. 29 sentyabrda ölkə üzrə 330-dan çox liseydə müxtəlif formada tədris pozuntuları qeydə alınıb. Araşdırmalar göstərir ki, 20 mindən çox dövlət qulluqçusu öz vəzifələrini lazımi səviyyədə yerinə yetirmək üçün kifayət qədər imkanlarının olmadığını bildiriblər.

Hökumətin ciddi maliyyə problemi və artan narazılıqlar

Yanacaq böhranı üçün vətəndaşlara 450 milyon ayrılsa da, ölkənin maliyyə imkanları getdikcə daraldığı üçün bu, hökumətin qarşısında ciddi problemə çevrilir. Hökumətin etiraf etdiyinə görə, Fransada büdcə kəsiri cari ildə ÜDM-in 5.4 %-nə çatacaq. Bu da o deməkdir ki, Fransa Avrozonada ən böyük büdcə kəsirinə malik olan ölkədir. Yəni, Makron hökumətinin “uğurlu siyasəti” nəticəsində ölkə ciddi maliyyə problemləri ilə üzləşir. Hökumət proqramına görə, 2027-c il büdcəsində 54 milyard avro qənaət etməklə, vəziyyəti düzəltmək hədəflənir. Bu da özlüyündə o deməkdir ki, Fransada növbəti il böhran daha da dərinləşəcək və hökumət sosial layihələrə dəstəyini azaldacaq.

Qısacası, hökumətin qənaət tədbirləri artıq sosial narazılığın əsas mənbələrindən birinə çevrilib. Çünki ortada olan proqrama əsasən, 2 milyard avro qənaət etmək üçün 2027-ci ildə dövlət qulluqçularının maaşlarının dondurulması nəzərdə tutulub. Bu da öz növbəsində dövlət işçilərinin alıcılıq qabiliyyətinə ciddi təsir göstərəcək. Artıq 29 sentyabr tarixindən başlayaraq, bir sıra şəhərlərdə dövlət qulluqçuları, müəllimlər, səhiyyə işçiləri və yanğınsöndürənlər etiraz aksiyalarına çıxıblar. Buna görə də əminliklə söyləmək olar ki, yaxın vaxtlarda Fransada çox ciddi etiraz aksiyaları keçirilə bilər. Hökumətin büdcəyə qənaət etmək üçün atdığı addımlar onsuz da yaşayış xərcləri hər gün artan sadə fransızların gəlirlərini azaldır və sosial narazılığı ciddi şəkildə genişləndirir.Nəzərə almaq lazımdır ki, 2027-ci ildə Fransanın dövlət borcunun ÜDM-nin 120 %-ni keçəcəyi də gözlənilir. Bu da öz növbəsində vəziyyəti daha da ağırlaşdıracaq.

Siyasi idarəetmə böhranı

Bu gün Fransada baş verən narazılıqların miqyası, prezident və Baş nazirin reytinqinin dibə vurması göstərir ki, siyasi qərarların qəbulu və hökumətin parlamentdə dayanıqlı dəstək toplaması da ciddi çətinliklərlə üzləşir. Yuxarıda da qeyd etdiyimiz kimi, 2024-cü ildə parlament seçkilərindən sonra yaranan siyasi parçalanma səbəbindən Milli Assambleyada heç bir siyasi qüvvə səs çoxluğuna sahib deyil. Sözügedən tarixdə Makron parlamentdə səs çoxluğu əldə etmək üçün Milli Assambleyanı buraxdı və yeni seçkilər təyin etdi. Nəticə isə fiasko oldu və ciddi siyasi parçalanma ortaya çıxdı. Bu isə Emmanuelin siyasət və idarəçilik barədə necə “dərin biliklərə” sahib olduğunu, siyasi analitika qabiliyyətinin hansı səviyyədə olduğunu üzə çıxarır. Parlamentdə yaranan siyasi böhran bir sıra qanunların qəbulunda çatlara səbəb olur. Nəticədə Makronun siyasi qərarları parlament, hökumət və cəmiyyət arasında lazımi razılaşmanı təmin edə bilmir. Dövlət və xalq üçün vacib olan qərarların qəbulu bu gün Fransa parlamentində siyasi çəkişmələrin təsiri altına düşür. Bu da məntiqi olaraq, hakimiyyətə olan etimadı daha da zəiflədir.

Hökumətə etimadsızlıq o həddə çatıb ki, respondentlərin (ipsos sorğusu) 71 %-i növbəti il keçiriləcək prezident seçkilərinin ölkəyə real siyasi və sosial dəyişiklik gətirməsini gözləyir. 2021-ci ildə isə bu göstərici 51 % idi. Bundan əlavə, sorğuda iştirak edənlərin 78 %-i Makron və hökumətin ölkəni iflasa sürüklədiyini, 77 %-i isə xalqın parlamentdə lazımi səviyyədə təmsil olunmadığını bildirib. Bu rəqəmlər fransızların Yelisey sarayına və prezidentə göstərdiyi etimadın sübutudur. Üstəlik, respondentlərin 74 %-nin ölkədə vəziyyətin daha da pisləşəcəyinə əmin olduğunu bildirməsi vəziyyətin hansı dərəcədə mürəkkəb olduğunu üzə çıxarır. Qısacası, 2027-ci ildə keçiriləcək prezident seçkisi Fransa üçün ciddi sınağa çevriləcək…(Report)

Post navigation

Previous: “The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Bölmənin digər xəbərləri

6abd0b5cc46866abd v
  • Cəmiyyət

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Cavidan 30 Sentyabr, 2026
6abbc6345b3fc6abbcv
  • Cəmiyyət

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Cavidan 30 Sentyabr, 2026
vba6d1631a3_1200
  • Cəmiyyət

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb

Cavidan 30 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 191)
  • Dünya (1. 067)
  • Gündəm (3. 413)
  • İdman (243)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (228)
  • Kriminal (289)
  • Mədəniyyət (96)
  • Siyasət (423)
  • Texnologiya (15)

Xəbər Trendi

Fransızlar Makrondan üz döndərir – Fransada siyasi etimad böhranı – ŞƏRH kWVuEz20JmWn 1
  • Cəmiyyət

Fransızlar Makrondan üz döndərir – Fransada siyasi etimad böhranı – ŞƏRH

30 Sentyabr, 2026
“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır 6abd0b5cc46866abd v 2
  • Cəmiyyət

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

30 Sentyabr, 2026
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib 6abcf1f50f6ab6abc b 3
  • Gündəm

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

30 Sentyabr, 2026
Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb 6abcdc9a6416a6abcd N 4
  • Dünya

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

30 Sentyabr, 2026
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub vcrMyLIl9JHkUe b 5
  • Kateqoriyasızlar

İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

30 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3191) Dünya (1067) Gündəm (3413) Kateqoriyasızlar (228) Kriminal (289) Mədəniyyət (96) Siyasət (423) Texnologiya (15) İdman (243) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.