Skip to content
1 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • “The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır
  • Cəmiyyət
  • Gündəm

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycanın xarici siyasəti müxtəlif güc mərkəzləri ilə münasibətlərin paralel inkişaf etdirilməsi və milli maraqların qorunması baxımından balans Hindistanın
Cavidan 30 Sentyabr, 2026
6abd0b5cc46866abd v

Azərbaycanın xarici siyasəti müxtəlif güc mərkəzləri ilə münasibətlərin paralel inkişaf etdirilməsi və milli maraqların qorunması baxımından balans Hindistanın “The Pioneer” nəşrində yayımlanan analitik məqalədə təhlil olunub.

APA xəbər verir ki, “Azərbaycan: Hamının istisnası olmaq sənəti” (“Azerbaijan: The art of being everyone’s exception”) başlıqlı məqalənin müəllifi Bhopinder Sinx Azərbaycanın xarici siyasətində əsas xüsusiyyətlərdən birinin müxtəlif ölkələrlə yaxın münasibətlər qurarkən hər hansı bir geosiyasi düşərgəyə tam şəkildə bağlanmamaq olduğunu yazıb.

Müəllifin fikrincə, Azərbaycan əsasən şiə əhalisinin yaşadığı, eyni zamanda dünyəvi dövlət quruluşuna malik və türk mədəni məkanının bir hissəsi olan ölkə kimi İsraillə strateji tərəfdaşlıq edir, Türkiyə ilə müttəfiqlik münasibətlərini inkişaf etdirir, Pakistanla strateji tərəfdaşlığa malikdir, Çinlə əlaqələrini dərinləşdirir və coğrafi baxımdan qonşu İranla münasibətləri qorumağa çalışır.

“Azərbaycanın əsl strateji üstünlüyü neft, coğrafiya və hətta hərbi gücü deyil. Bu üstünlük seçim imkanlarıdır”, – müəllif yazır.

Məqalədə qeyd olunur ki, Bakı xarici siyasətini ideoloji bloklar üzərində deyil, maraqlar əsasında qurmağa çalışır. Müəllif Azərbaycanın Türkiyə ilə yaxın siyasi və strateji əlaqələrini, İsraillə müdafiə, kəşfiyyat, texnologiya və enerji sahələrində əməkdaşlığını, Pakistanla siyasi tərəfdaşlığını və Çinlə əlaqələrini bu yanaşmanın nümunələri kimi göstərir.

“Məhz buna görə İsrail və Türkiyə Bakının xarici siyasət arxitekturasında rahatlıqla yanaşı mövcud ola bilirlər”, – müəllif vurğulayır.

Sinx yazır ki, Azərbaycanın xarici siyasətində İranla münasibətlər xüsusi yer tutur. Məqalədə bildirilir ki, iki ölkə arasında dini yaxınlığa baxmayaraq, geosiyasi fikir ayrılıqları mövcuddur. Bununla belə, tərəflər qarşılıqlı maraqların olduğu sahələrdə praktiki əməkdaşlığı bərpa etməyə çalışıblar.

Məqalədə Pakistanla münasibətlərə də xüsusi diqqət yetirilir

Müəllif Azərbaycan-Pakistan münasibətlərini də Azərbaycanın çoxşaxəli xarici siyasətinin nümunələrindən biri kimi təqdim edir. Yazıda iki ölkənin müdafiə, enerji, nəqliyyat və diplomatiya sahələrində əməkdaşlığı genişləndirdiyi qeyd olunur.

Məqalədə Azərbaycanın Kəşmir məsələsində beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanan mövqeyi xatırladılır. Həmçinin 2025-ci ilin mayında Hindistan-Pakistan gərginliyi zamanı Azərbaycanın Pakistanla həmrəyliyini ifadə etdiyi qeyd olunur. Azərbaycan XİN-in 8 may 2025-ci il tarixli açıqlamasında da xarici işlər naziri Ceyhun Bayramovun Pakistan xalqı ilə həmrəyliyini ifadə etdiyi və mülki şəxslərin ölümü və yaralanması ilə nəticələnən hücumları pislədiyi bildirilmişdi.

Eyni zamanda, “The Pioneer” məqaləsində Azərbaycanın Hindistanla iqtisadi əlaqələri qoruduğu vurğulanır. Müəllif bunu Azərbaycanın müxtəlif ölkələrlə münasibətləri ayrı-ayrı məsələlərdən asılı olaraq inkişaf etdirmək siyasətinin göstəricisi kimi qiymətləndirir.

Naxçıvan hadisəsi Azərbaycanın İranla münasibətlərinin sınağı kimi təqdim edilir

Məqalədə Azərbaycanın İranla münasibətlərinə 2026-cı ilin martında Naxçıvanda baş vermiş dron hücumları fonunda da toxunulur.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Nazirlik bildirib ki, dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminalına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. XİN hadisə nəticəsində iki mülki şəxsin yaralandığını açıqlayıb və İran tərəfdən izahat tələb edib.

Azərbaycan Baş Prokurorluğu isə hadisə ilə bağlı daha sonra dörd mülki şəxsin xəsarət aldığını və cinayət işi başlanıldığını bildirib. Qurum dronların İran ərazisindən buraxıldığını açıqlayıb və onların mənşəyi ilə bağlı texniki araşdırmanın aparıldığını qeyd edib.

“The Pioneer”in müəllifi hesab edir ki, bu hadisə Azərbaycanın eyni vaxtda İsrail və Qərblə yaxın münasibətləri qoruyarkən İranla əlaqələri tamamilə kəsməmək siyasətinin sınaqlarından biri olub. Məqalədə İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun analitiklərinin Azərbaycanın mövqeyini “məhdudlaşdırılmış təmkinlə müşayiət olunan uyğunlaşma” kimi xarakterizə etdiyi bildirilir.

“Azərbaycanın əsas strateji üstünlüyü seçim imkanlarıdır”

Məqalənin əsas tezislərindən biri Azərbaycanın eyni vaxtda bir neçə güc mərkəzi ilə əməkdaşlıq edə bilməsi ilə bağlıdır.

Müəllifin fikrincə, Türkiyənin Azərbaycanla münasibətlərdə strateji maraqları, İsrailin Azərbaycanla əməkdaşlığı, Pakistanın siyasi tərəfdaşlığı, Çinin nəqliyyat və digər sahələrə marağı, İranın coğrafi qonşuluğu, eləcə də Rusiya, Avropa və ABŞ-ın Cənubi Qafqazla bağlı maraqları Bakının xarici siyasətində müxtəlif manevr imkanları yaradır.

Sinx bunu Azərbaycanın “strateji seçim imkanları” kimi xarakterizə edir. Onun fikrincə, Bakı xarici siyasətini elə qurmağa çalışır ki, heç bir tərəf Azərbaycanın bütün xarici siyasətini müəyyənləşdirə biləcək qədər dominant mövqeyə sahib olmasın.

Məqalənin sonunda müəllif Azərbaycanın xarici siyasətini dostlar və düşmənlər arasında seçimdən daha çox, dostların, qonşuların və ölkənin öz təhlükəsizlik maraqlarının balanslaşdırılması kimi təqdim edir.

Qeyd edək ki, Bhopinder Sinx Hindistanın keçmiş hərbi qulluqçusu və Andaman və Nikobar adaları ilə Puducherri ərazilərinin keçmiş leytenant-qubernatorudur. “The Pioneer” onun məqalədəki fikirlərinin şəxsi mövqeyi olduğunu qeyd edib.

Post navigation

Previous: Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
Next: Fransızlar Makrondan üz döndərir – Fransada siyasi etimad böhranı – ŞƏRH

Bölmənin digər xəbərləri

kWVuEz20JmWn
  • Cəmiyyət

Fransızlar Makrondan üz döndərir – Fransada siyasi etimad böhranı – ŞƏRH

Cavidan 30 Sentyabr, 2026
6abcf1f50f6ab6abc b
  • Gündəm

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Cavidan 30 Sentyabr, 2026
6abcdc9a6416a6abcd N
  • Dünya

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Cavidan 30 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 191)
  • Dünya (1. 067)
  • Gündəm (3. 413)
  • İdman (243)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (228)
  • Kriminal (289)
  • Mədəniyyət (96)
  • Siyasət (423)
  • Texnologiya (15)

Xəbər Trendi

Fransızlar Makrondan üz döndərir – Fransada siyasi etimad böhranı – ŞƏRH kWVuEz20JmWn 1
  • Cəmiyyət

Fransızlar Makrondan üz döndərir – Fransada siyasi etimad böhranı – ŞƏRH

30 Sentyabr, 2026
“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır 6abd0b5cc46866abd v 2
  • Cəmiyyət

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

30 Sentyabr, 2026
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib 6abcf1f50f6ab6abc b 3
  • Gündəm

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

30 Sentyabr, 2026
Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb 6abcdc9a6416a6abcd N 4
  • Dünya

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

30 Sentyabr, 2026
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub vcrMyLIl9JHkUe b 5
  • Kateqoriyasızlar

İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub

30 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3191) Dünya (1067) Gündəm (3413) Kateqoriyasızlar (228) Kriminal (289) Mədəniyyət (96) Siyasət (423) Texnologiya (15) İdman (243) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.