Skip to content
6 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Cəmiyyət
  • Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür
  • Cəmiyyət

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Cavidan 19 Sentyabr, 2026
Screenshot_20260919_095303_com_android_chrome_ChromeTabbedActivity

Qarabağda aparılan və separatizmə son qoyan lokal xarakterli antiterror tədbirlərinin başlamasından üç il ötür.

 Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycana öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

Antiterror tədbirlərinə 2023-cü il sentyabrın 19-da, təxminən saat 13:00-da start verilib. Müdafiə Nazirliyinin məlumatında bildirilirib ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqliklə icra edilən əməliyyat nəticəsində sıradan çıxarılıb.

Həmin vaxt Ermənistan silahlı qüvvələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan bölmələrinin nəzarətinə keçib, 20-dən artıq hərbi təyinatlı avtomobil, 40-dan çox artilleriya qurğusu, 30-dan artıq minaatan, iki ədəd zenit-raket qurğusu, altıdan çox “Martira” radioelektron mübarizə stansiyası və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Xeyli sayda canlı qüvvə məhv edilib.

Gecə saatlarında Müdafiə Nazirliyi antiterror tədbirlərinin aparıldığı rayonda silahın yerə qoyulması ilə bağlı çağırış edib. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi və Qarabağdakı separatçılar həmin çağırışa əhəmiyyət verməyiblər və sentyabrın 20-də döyüş əməliyyatları yenidən davam etdirilib.

Həmin gün qanunsuz silahlı birləşmələrə məxsus minaatan mərmisi ilə dolu altı “Ural” markalı hərbi avtomobil və dörd minaatan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən qənimət götürülüb. Döyüşlərin gedişində 90-dan artıq döyüş mövqeyi, eləcə də bir neçə strateji əhəmiyyətli yüksəklik, yeddi hərbi nəqliyyat vasitəsi, dörd minaatan, bir tank, iki piyada döyüş maşını və xeyli sayda silah-sursat ələ keçirilib.

Ermənilərin uzun müddət ərzində qurduqları və möhkəmləndirdikləri mövqeləri azərbaycanlı hərbçilərin yüksək peşəkarlığı sayəsində məharətlə məhv edilib. Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə olunan tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının səmərəli istifadəsi əməliyyatın uğurla nəticələnməsində böyük rol oynayıb.

Hərbçilərimiz bir neçə saat ərzində Ağdərə-Əsgəran, Xankəndi-Xocavənd, Suqovuşan-Vəng, Təzəkənd-Sırxavənd, eləcə də Xankəndi-Xocalı istiqamətində düşmənin dərinliyinə doğru irəliləyərək bütün yolları kəsiblər. Xüsusi təyinatlı bölmələrimiz bütün istiqamətlərdə əraziyə giriş-çıxışa nəzarətin tam təmin olunması tapşırığını uğurla yerinə yetiriblər. Məhz Silahlı Qüvvələrin birgə fəaliyyəti nəticəsində separatçı rejimin rəhbərliyi və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığı ağ bayraq qaldırıb. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, heç bir mülki və şəxsi obyekti hədəfə almadan 24 saatdan da az müddətdə 15-18 minlik hərbi qruplaşmanı təslim olmağa məcbur edib. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərk-silah olub. Azərbaycan öz dövlət suverenliyini tam şəkildə təmin edib.

Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.

Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” sərəncam imzalayıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır
Sonrakı: XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Bölmənin digər xəbərləri

Z2dFStEqzsLKUw2ohoEv
  • Cəmiyyət

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb

Cavidan 5 Noyabr, 2026
NnltjbnZnIuuDbwqd3kuvmZP_1200
  • Cəmiyyət

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

Cavidan 5 Noyabr, 2026
5791f5a1-d4e2-301e-ab5a B0
  • Cəmiyyət

Prezident bir qrup media nümayəndəsini təltif edib – Siyahı

Cavidan 5 Noyabr, 2026

Teqlər

4Sİ Akademiyası 4SİM AI Express Android AnTuTu Apple AzInTelecom Azərbaycan Binance Birləşmə və alınma biznes bStocks Business Epic Games Store informasiya təhlükəsizliyi Kiber təhlükəsizlik Lenovo Lumentum Maliyyə bazarları Marvell Technology Microsoft Newsbeat Noutbuk NVIDIA Blackwell OpenAI oyun Oyunlar PCI DSS Reytinq Rəqəmsal İmza Science smartfon Smartfonlar SOCAR spacex Süni intellekt SİMA İmza Texnologiya Tokenləşdirilmiş səhmlər Təhlükəsizlik WebTrust for CA World İlon Mask İqtisadiyyat Nazirliyi İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 414)
  • Dünya (1. 116)
  • Gündəm (3. 509)
  • İdman (259)
  • İqtisadiyyat (176)
  • Kateqoriyasızlar (246)
  • Kriminal (311)
  • Mədəniyyət (97)
  • Siyasət (450)
  • Texnologiya (51)

Xəbər Trendi

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb Z2dFStEqzsLKUw2ohoEv 1
  • Cəmiyyət

Fərid Qayıbov Aleksandr Çuprianla yanğın-xilasetmə idmanının inkişafına dair müzakirələr aparıb

5 Noyabr, 2026
Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər NnltjbnZnIuuDbwqd3kuvmZP_1200 2
  • Cəmiyyət

Fransa parlamenti büdcə layihəsini rədd edib, hökumət misli görünməmiş tədbirlərə əl ata bilər

5 Noyabr, 2026
İran Ermənistana xəbərdarlıq edib 6aec7398050e ve06aec7398050e1 3
  • Dünya

İran Ermənistana xəbərdarlıq edib

5 Noyabr, 2026
Prezident bir qrup media nümayəndəsini təltif edib – Siyahı 5791f5a1-d4e2-301e-ab5a B0 4
  • Cəmiyyət

Prezident bir qrup media nümayəndəsini təltif edib – Siyahı

5 Noyabr, 2026
Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib 6cfa4b76-74 v91392_1200 5
  • Gündəm

Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib

5 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3414) Dünya (1116) Gündəm (3509) Kateqoriyasızlar (246) Kriminal (311) Mədəniyyət (97) Siyasət (450) Texnologiya (51) İdman (259) İqtisadiyyat (176)

Sayt üzrə statistika

  • 4
  • 186
  • 146
  • 11. 388

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.