Skip to content
3 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
  • Cəmiyyət
  • Gündəm

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxt Bakı şəhərində və bir
Cavidan 3 Sentyabr, 2026
95fbd5d9-49f9-3a V

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə bu gün paytaxt Bakı şəhərində və bir sıra rayonlarda elektrik şəbəkələrində təmir işləri həyata keçiriləcək.

Bu barədə “Azərişıq” ASC-dən bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Əhməd Cəmil, Mirəli Seyidov, Nazim Hikmət küçələri, Hüseyn Cavid prospektinin bir hissəsində Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Abşeron RETSİ-nə daxil olan Xırdalan şəhəri Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi və Razqrad küçələrinin bəzi ərazilərində saat 10:00-dan 14:00-dək elektrik xəttində aparılacaq təmir işləri ilə əlaqədar enerjinin verilişi müvəqqəti dayandırılacaq.

Ağdaş Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Dəhnə” hava xəttində təmir işləri icra olunacaq. Planlı fasilə saat 11:00-dan 12:30-dək rayonun Aşağı Ağcayazı, Dəhnə, Yuxarı Ağcayazı kəndləri, Türyançay qəsəbəsi, şəhər ərazisində isə Yeni Məşəd küçəsi, 47-ci məhəlləni əhatə edəcək.

Yevlax EŞ-yə daxil olan Aran qəsəbəsi və Salahlı kəndində saat 09:00-dan 13:00-dək, Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yenicə, Yuxarı Salamabad kəndlərinin bir sıra hissələrində saat 10:00-dan 14:00-dək enerjinin verilişində fasilə yaranacaq. Müvəqqəti məhdudiyyətin yaranmasına səbəb rayon ərazisində 6 və 10 kV-luq elektrik xətlərində təmir işlərinin aparılmasıdır.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Post navigation

Previous: Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Next: “Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Vikinq” 3 futbolçu ilə müqavilə bağlayıb

Bölmənin digər xəbərləri

WGqizM2NI60uCZ7 v
  • Cəmiyyət

Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək

Cavidan 3 Sentyabr, 2026
706770b5-4f6 v
  • Cəmiyyət

Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar

Cavidan 3 Sentyabr, 2026
RlCCK v
  • Gündəm

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Cavidan 3 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 061)
  • Dünya (1. 046)
  • Gündəm (3. 341)
  • İdman (229)
  • İqtisadiyyat (157)
  • Kateqoriyasızlar (203)
  • Kriminal (278)
  • Mədəniyyət (93)
  • Siyasət (406)
  • Texnologiya (15)

Xəbər Trendi

Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək WGqizM2NI60uCZ7 v 1
  • Cəmiyyət

Nepal təbii fəlakətdən sonra 20 min evi yenidən inşa edəcək

3 Sentyabr, 2026
Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar 706770b5-4f6 v 2
  • Cəmiyyət

Milli Məclisin deputatları Özbəkistanda beynəlxalq konfransa qatılacaqlar

3 Sentyabr, 2026
Azərbaycan neftinin qiyməti 100 dolları keçib RlCCK v 3
  • Gündəm

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

3 Sentyabr, 2026
“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Vikinq” 3 futbolçu ilə müqavilə bağlayıb qvna8UQhl5qo v 4
  • Gündəm

“Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Vikinq” 3 futbolçu ilə müqavilə bağlayıb

3 Sentyabr, 2026
Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq 95fbd5d9-49f9-3a V 5
  • Cəmiyyət

Bu gün Bakı, Xırdalan, Ağdaş və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq

3 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3061) Dünya (1046) Gündəm (3341) Kateqoriyasızlar (203) Kriminal (278) Mədəniyyət (93) Siyasət (406) Texnologiya (15) İdman (229) İqtisadiyyat (157)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.