Skip to content
7 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb
  • Cəmiyyət

ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb

Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanması və “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılaşmaların mövcudluğu Birləşmiş Ştatlara Bakı
Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 115505

Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanması və “Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılaşmaların mövcudluğu Birləşmiş Ştatlara Bakı və İrəvanla münasibətləri yenidən başlatmağa imkan verdi.

Bu barədə ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisinin baş müşaviri Arye Laytstoun “CIVILNET”ə müsahibəsində bildirib.

“ABŞ bu məqamdan (2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammit – red.) həm Azərbaycan, həm də Ermənistanla ikitərəfli münasibətlərimizi yenidən başlatmaq üçün istifadə etdi”, – müşavir bildirib.

O qeyd edib ki, bu sənədlərin imzalandığı andan etibarən regionda tərəflər arasında heç bir silahlı insident qeydə alınmayıb. Əksinə, tərəflər qarşılıqlı fəaliyyət göstərməyi, o cümlədən ticari-iqtisadi münasibətləri inkişaf etdirməyi öyrəniblər.

Laytstounun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycanla münasibətləri nə qədər möhkəm qurarsa, Cənubi Qafqazda sülh bir o qədər dayanıqlı olacaq. O vurğulayıb ki, regionun inkişafı sayəsində bölgədə möhkəm və davamlı sülhün bərqərar olma imkanı artır və Azərbaycanla Ermənistanı birləşdirmək məqsədi daşıyan logistika qovşağı layihəsinin bilavasitə adı da (TRIPP – red.) məhz buna istinad edir.

“Siz rifaha aparan sülh şanslarını əhəmiyyətli dərəcədə artırırsınız, layihənin adı da elə buradandır – Beynəlxalq Sülh və Rifaha doğru Tramp yolu (“Tramp Marşrutu”, TRIPP – red.) Rifah sülh imkanlarını gücləndirir və eynilə sülh də gələcək tərəqqi üçün platforma yaradır”, – Laytstoun bildirib.

Müşavir xatırladıb ki, ABŞ tərəfi layihənin həyata keçirilməsi üçün artıq 201 milyon dollar ayırıb və onun fikrincə, bu, investisiya əməkdaşlığının “tavanı deyil, alt həddidir”. Laytstoun həmçinin qeyd edib ki, bu cür yanaşma Ağ Evin bütün digər administrasiyalarından fərqlənir.

“Biz investisiya yatırdıqca və gəlir əldə etdikcə, sizin daha da gücləndiyinizi görəcəyik. [ABŞ] Prezidenti [Donald] Tramp ABŞ-ni və onun müttəfiqlərini gücləndirən investisiyalar yatıraraq bu yanaşmaya rəhbərlik edib. ABŞ-də biz öz coğrafi mövqeyindən çatışmazlıq kimi deyil, üstünlük yaradan tramplin kimi istifadə edə bilən strateji dostlar və müttəfiqlər axtarırıq”, – o vurğulayıb.

Post navigation

Previous: Tərtərdə ər-arvadın yanaraq öldüyü yanğının qəsdnən törədildiyi məlum olub
Next: Qalibaf Trampın təhdidlərinə cavab verib: qurtarın bu teatrı!

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-07 174203
  • Cəmiyyət

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 163732
  • Cəmiyyət

Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ

Cavidan 7 Avqust, 2026
Screenshot 2026-08-07 161608
  • Cəmiyyət

Zelenski: “Yaroslavl” neft emalı zavoduna endirilən zərbə uğurlu olub

Cavidan 7 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 902)
  • Dünya (998)
  • Gündəm (3. 252)
  • İdman (213)
  • İqtisadiyyat (148)
  • Kateqoriyasızlar (185)
  • Kriminal (262)
  • Mədəniyyət (92)
  • Siyasət (393)
  • Texnologiya (15)

Xəbər Trendi

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL Screenshot 2026-08-07 180824 1
  • Siyasət

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

7 Avqust, 2026
Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb Screenshot 2026-08-07 174203 2
  • Cəmiyyət

Malayziyadan Azərbaycana gətirilən bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

7 Avqust, 2026
Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ Screenshot 2026-08-07 163732 3
  • Cəmiyyət

Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ

7 Avqust, 2026
Zelenski: “Yaroslavl” neft emalı zavoduna endirilən zərbə uğurlu olub Screenshot 2026-08-07 161608 4
  • Cəmiyyət

Zelenski: “Yaroslavl” neft emalı zavoduna endirilən zərbə uğurlu olub

7 Avqust, 2026
İranda Təbriz Günü qeyd edilib Screenshot 2026-08-07 150812 5
  • Cəmiyyət

İranda Təbriz Günü qeyd edilib

7 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2902) Dünya (998) Gündəm (3252) Kateqoriyasızlar (185) Kriminal (262) Mədəniyyət (92) Siyasət (393) Texnologiya (15) İdman (213) İqtisadiyyat (148)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.