Skip to content
3 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Cəmiyyət
  • İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib
  • Cəmiyyət

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” ASC-nin İdarə Heyətinin
Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-03 123222

Azərbaycan Prezidenti İlham Əliyev “AzərEnerji” ASC-nin 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlət başçısına yarımstansiya barədə məlumat verib.

Bildirilib ki, bu irimiqyaslı “Yaşıl enerji” layihəsi Cəbrayıl rayonundakı 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının Azərbaycan enerjisisteminə inteqrasiyasını və Səngəçal terminalının ölkənin vahid enerjisistemi vasitəsilə elektrik enerjisi ilə təmin olunmasını nəzərdə tutur. Layihə “AzərEnerji” ASC ilə bp şirkəti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində icra olunub.

İlk mərhələdə “AzərEnerji” tərəfindən Cəbrayıl rayonunda tikilən 330 kV-luq yarımstansiyanın bu ilin mayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Layihənin növbəti mərhələsi kimi Səngəçal terminalının bərpaolunan enerji ilə təchizatı üçün 220/110/10 kV-luq “Yeni Səngəçal” yarımstansiyası tikilib. Bununla da terminalda fəaliyyət göstərən qazla işləyən elektrik stansiyasının dayandırılması mümkün olacaq. Gələcəkdə Cəbrayıl rayonunda istehsal olunan Günəş elektrik enerjisi ölkə enerjisistemi vasitəsilə Səngəçal terminalına çatdırılacaq.

Layihənin icrası nəticəsində terminalın illik təxminən 500 milyon kVt-saat elektrik enerjisi tələbatı bərpaolunan enerji hesabına qarşılanacaq, hər il 120–150 milyon kubmetr təbii qaza qənaət ediləcək, karbon emissiyaları isə 260–330 min ton azalacaq.

Ümumi sahəsi 6,5 hektar olan “Yeni Səngəçal” yarımstansiyası 111 kilometrlik dörd yeni 220 kV-luq elektrik verilişi xətti ilə ölkə enerjisisteminə qoşulub.

Yarımstansiyanın enerji təchizatı 785 MVt gücündə “Cənub” və 385 MVt gücündə “Qobu” elektrik stansiyaları, həmçinin 500 kV-luq “Abşeron” yarımstansiyası olmaqla, üç müstəqil mənbədən təmin edilir.

Eyni zamanda, buradan Səngəçal terminalına qədər ümumi uzunluğu 25 kilometr olan 110 kV-luq beş hava-kabel xətti çəkilib. Növbəti mərhələdə 110 kV-luq əlavə iki hava-kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

bp-nin Səngəçal terminalı (80 MVt) və Şahdəniz Kompressor Stansiyasının (85 MVt) elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək. Beləliklə, hər iki strateji obyektin illik 1 milyard kVt-saatdan çox enerji tələbatı ölkənin vahid enerjisistemi üzərindən qarşılanacaq.

Qeyd edək ki, yarımstansiyada qabaqcıl rəqəmsal idarəetmə panelləri, zəruri avadanlıq quraşdırılıb, SCADA sisteminə inteqrasiya təmin edilib, İdarəetmə Mərkəzi tikilib. Müasir texnologiyaların və rəqəmsal həllərin tətbiqi yarımstansiyanın etibarlılığını və dayanıqlılığını yüksək səviyyəyə qaldırıb.

Post navigation

Previous: Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib
Next: Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

Bölmənin digər xəbərləri

Screenshot 2026-08-03 144941
  • Cəmiyyət

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-03 140053
  • Cəmiyyət

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Cavidan 3 Avqust, 2026
Screenshot 2026-08-03 133050
  • Cəmiyyət

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Cavidan 3 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (2. 863)
  • Dünya (993)
  • Gündəm (3. 239)
  • İdman (681)
  • İqtisadiyyat (145)
  • Kateqoriyasızlar (176)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (92)
  • Siyasət (391)
  • Texnologiya (15)

Xəbər Trendi

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib Screenshot 2026-08-03 144941 1
  • Cəmiyyət

Ruben Rubinyan Ermənistan parlamentinin spikeri seçilib

3 Avqust, 2026
İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib Screenshot 2026-08-03 140053 2
  • Cəmiyyət

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

3 Avqust, 2026
Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır Screenshot 2026-08-03 133050 3
  • Cəmiyyət

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

3 Avqust, 2026
Sabah Azərbaycanda 38 dərəcə isti olacaq Screenshot 2026-08-03 125156 4
  • Cəmiyyət

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

3 Avqust, 2026
İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib Screenshot 2026-08-03 123222 5
  • Cəmiyyət

İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

3 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (2863) Dünya (993) Gündəm (3239) Kateqoriyasızlar (176) Kriminal (1416) Mədəniyyət (92) Siyasət (391) Texnologiya (15) İdman (681) İqtisadiyyat (145)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.